Размер шрифта:
A+
A
A-
25 Декабрь 2016

ZAHİDLİK NÜMUNƏSİ

Onun izzət və şərəfinin aradan getməsini istəmirəm
Ustad Qazi şagirdlərindən hər birinə istedadına uyğun, əhkami əməllərin batini ədəb-ərkanına riayət etməklə şəri qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verərdi. Bununla da onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazırlayırdı. Şagirdlərinə tapşırmışdı ki, namaz qıldığınız, Quran oxuduğunuz və zikr etdiyiniz vaxt, gözəl sima və ya qeyb aləminə aid olan bəzi şeylər müşahidə etsəniz, onlara diqqət etmədən öz ibadətinizlə məşğul olun!
Rəhmətlik Qazi əməl baxımından canlı nümunə idi. Nəcəf camaatı, xüsusilə də elm əhli ondan qəribə əhvalatlar nəql edirlər. Böyük bir ailə ilə ağır maddi durumda yaşamasına baxmayaraq təvəkkül, təslim və tövhid məqamına elə qərq olmuşdu ki, bu çətinliklər onu az da olsun haqq yolundan ayıra bilmirdi. Nəcəf müctəhidlərindən biri deyir: “Bir gün meyvə-tərəvəz dükanına getmişdim. Qazi də dükanda idi. O, əyilib kahı götürürdü. Amma başqalarının tam əksinə olaraq yarpaqları cod və solmuş kahıları seçirdi. Qazi yığdığı kahıları tərəzidə çəkmək üçün dükançıya verdi. Sonra bu kahıları əbasının altına tutub evə yollandı. O vaxtlar mən cavan bir tələbə, Qazi isə yaşlı qoca idi. Onun dalınca gedib dedim: Ustad, mənim sizə bir sualım var. Niyə siz hamının etdiyi işin tam əksinə olaraq xarab və solmuş kahıları aldınız? Dedi: “Ey cavan! Bu satıcı çox kasıb adamdır. Mən bəzi vaxtlar ona kömək edirəm. Amma iki səbəbə görə istəmirəm ona etdiyim bu kömək əvəzsiz olsun. Birincisi budur ki, onun izzət və şərəfinin aradan getməsini istəmirəm. İkincisi isə, Allah eləməmiş, zəhmətsiz qazanca adət edib öz alış-veriş işini boş tutmasın. Bizim üçün təzə kahı ilə solmuş kahının heç bir fərqi yoxdur. Mən bilirəm ki, bunları alan olmayacaq və satıcı günorta vaxtı dükanı bağlayanda bunları çölə tökəcək. Onun zərər çəkməməsi üçün mən onları aldım.” (“Mehri taban”, Ayətullah Hüseyni Tehrani, səh. 30-32)
5661 dəfə baxılıb
ожидание...