Размер шрифта:
A+
A
A-
03 Январь 2017

Yeddi yüz alimin təsdiq etdiyi beş cümlə

Aqil (ağıllı) kimdir?
Şəfiq ibn İbrahim deyir: Beş məsələni yeddi yüz alimdən soruşdum, hamısı eyni cavabı verdi.

1. Soruşdum: Aqil (ağıllı) kimdir?
Dedilər: Dünyaya könül bağlamayan kəs.

2. Soruşdum: Zirək kimdir?
Dedilər: O kəs ki, dünya onu məğrur etməyib.

3. Soruşdum: Ehtiyacsız kimdir?
Dedilər: Allahın verdiyinə razı olan kəs.

4. Soruşdum: Fəqir kimdir?
Dedilər: Daim artırmaq fikrində olan kəs.

5. Soruşdum: Simic kimdir?
Dedilər: Allahın haqqını ödəməyən kəs.
11382 dəfə baxılıb
ожидание...