Размер шрифта:
A+
A
A-
30 Октябрь 2013

Təqlid mərcələri (müctəhidlər) hicab haqqında

İslam düşmənlərinin ideoloji müharibəsində əsas hədəflərdən biri hicab, qadınların İslam meyarları ilə geyimidir. İlkin İslam dövürlərində qadınlar ev libaslarının üstündən iri parçaya bürünüb və bədənlərinin zərifliyi nəzərə çarpmayıb. Təəssüf ki, zaman ötdükcə bu ənənə aradan qalxıb və müxtəlif geyimlər bütün bədəni örtən kamil hicabın yerini tutub. Hazırda bəziləri iddia edir ki, artıq qara çadranın dövrü keçib və bu geyim məkruh, dində bəyənilməyən geyimdir. Bəs həqiqət haradadır? Dar, yuxa, bədəni göstərən, rəngarəng geyimlər hicabdırmı? Alimlərə belə bir sual ünvanlanıb ki, başqa libaslar qara çadranın yerini tuta bilərmi, doğrudanmı qara çadra məkruhdur?

Ayətullah Xamenei:

Bu düzgün söz deyil və ən üstün hicab çadradır. Qara çadranın heç bir eybi yoxdur və bu geyim məkruh deyil.

Ayətullah Təbrizi:

Qadın öz bədənini görünməyən şəkildə naməhrəmdən örtməlidir. Onun zinətləri görünməməlidir. Hətta zinət sayılan geyimi örtməsi lazımdır. Çadra ilə bədən və zinətləri ən üstün şəkildə örtmək olar. Qara çadra da qara əba kimi məkruh deyil.

Ayətullah Behcət:

Qara çadranın məkruh olması batil sözdür.

Ayətullah Safi Gülpayiqani:

Deyilən söz düzgün deyil və onun xeyli fəsadı var. Təəssüf ki, dövrümüzdə bəziləri qadının bədəninin görünməsinə aparan iddialar üzərində israr göstərirlər. Bu münasibət qadının şəxsiyyət və ləyaqətinin əsası olan iffətə ziddir. Bu hərəkətlərinə İslam donu geyindirmək istəyirlər. Həl halda dində belə bir şey yoxdur.

Ayətullah Fazil Lənkərani:

Qara çadra ən üstün hicab növüdür. Diqqəti cəlb edən libaslar geyinmək haramdır.

Ayətullah Məkarim Şirazi:

Hazırda qadının hifzi üçün qara rəng üstün sayıldığından bunun məkruh olduğu sübuta yetməyib.

Növbəti sual budur ki, xanımların bədəni göstərən nazik corabla mənzildən çıxması, naməhrəmə görünməsi düzgündürmü? Saçın tüklərinin hicabdan çıxmasının, naməhrəmə görünməsi necə?

Ayətullah Xamenei:

Qadına bədənini naməhrəmdən örtmək vacibdir. Belə corablar şəri hicab olaraq kafi sayılmır. Naməhrəm qarşısında saçı tam örtmək vacibdir.

Belə bir sual ünvanlanır ki, qadınların evdən çıxarkən zinətlənməsi, saçlarından bir miqdarını açıq qoyması, bədəni göstərən corab geyinməsi, təhrik edici libaslardan istifadə etməsi icazəlidirmi?

Ayətullah Fazil Lənkərani:

Haramdır.

Ayətullah Safi Gülpayiqani:

Haramdır.

Ayətullah Məkarim Şirazi:

Şübhəsiz icazəli deyil.

Ayətullah Təbrizi:

İcazəli deyil.

Ayətullah Sistani:

İcazəli deyil.

Sual budur ki, yuxa, nazik corabların naməhrəm qarşısında istifadəsi icazəlidirmi? Xanım naməhrəmlərin qarşısına corabsız çıxa bilərmi?

Ayətullah Xamenei:

Əgər nazik corab elə bir şəkildə olsa ki, corab hesab edilməsin, bu corabla naməhrəm qarşısına çıxmaq olmaz.

Ayətullah Behcət:

Caiz deyil.

Ayətullah Məkarim Şirazi:

Əgər corab o qədər nazik olsa ki, ayaq corabdan görünə bu corabı geymək kifayət etmir. Yaxşı olar ki, ayağın üstü də örtülü ola.

Ayətullah Safi Gülpayiqani:

İki haldan heç biri icazəli deyil.

Ayətullah Sistani:

İcazəli deyil.

Ayətullah Sübhani:

İcazəli deyil.

Sual verilir ki, əgər qadın bir kişinin onun üzünə və əllərinə ləzzət məqsədi ilə baxdığını bilsə üzünü və əllərini örtməlidirmi?

Ayətullah Xamenei:

Deyilən şəraitdə üz və əllər örtülməlidir.

Ayətullah Behcət:

Üz və əllər ehtiyata görə mütləqən örtülməlidir.

Ayətullah Təbrizi:

Hər iki halda ehtiyata görə örtünmək lazımdır.

Ayətullah Safi Gülpayiqani:

Üz və əllər vacib ehtiyata görə örtülməlidir.

Ayətullah Fazil Lənkərani:

Örtünmək lazımdır.

Qısa, dar, rəngarəng, açıq rəngli və naməhrəmin diqqətini cəlb edən mantolar geymək olarmı?

Ayətullah Behcət:

Naməhrəmin diqqətini cəlb edən bütün geyimlər icazəli sayılmır.

Ayətullah Safi Gülpayiqani:

Naməhrəmin gözü qarşısında onun diqqətini cəlb edəcək geyimlərdən istifadə caiz deyil.

Ayətullah Təbrizi:

Əgər qadının geyimi zinət sayılsa həmin geyim özü örtülməlidir.

Ayətullah Sistani:

Belə geyim naməhrəmdən örtülməlidir.

Ayətullah Məkarim Şirazi:

Əgər manto dar, bədənə yapışmış, bəzəkli olmasa, üz və əldən başqa bütün bədəni örtsə eybi yoxdur. Amma çadra ən üstün hicabdır.

Bədənin həcmini bildirən dar və qısa manto geyinməka olarmı?

Ayətullah Xamenei:

Naməhrəmin diqqətini cəlb edirsə, fəsad yaradırsa, harama yol açırsa icazə verilmir.

Ayətullah Behcət:

Diqqəti cəlb edirsə haramdır.

Ayətullah Məkarim Şirazi:

Caiz deyil.

Ayətullah Safi Gülpayiqani:

Bu gün dəbdə olan şəkildə manto geyinmək kafi deyil. Bu mantolar nəinki bədənin zərif nöqtələrini örtmür, hətta fəsada şərait yaradır. Ən üstün örtük bədəni tam örtən çadradır.

Ayətullah Sistani:

Belə manto naməhrəmdən örtülməlidir.

Ayətullah Sübhani:

Bədənin həcmi örtülməlidir.

Qadınların zərurət olmadan küçə və bazarda dolaşması, naməhrəmlərlə məhdudiyyətsiz ünsiyyəti icazəlidirmi?

Ayətullah Fazil Lənkərani:

Münasib sayılmır, hətta bəzi hallarda caiz deyil.

Ayətullah Safi Gülpayiqani:

İslam sünnəsinə ziddir, biganələrlə ünsiyyətdən uzaqlığa və iffətə qarşıdır.

Ayətullah Təbrizi:

İffət tələb edir ki, zəruri hallar istisna olmaqla naməhrəmlə söhbətdən çəkinmək lazımdır. Küçə və bazarda, naməhrəmlərin gözü önündə zəruri olmayan hallarda görünməmək lazımdır.

Ayətullah Behcət:

İcazəli olub-olmaması harama səbəb olub-olmaması ilə ölçülür.

Ayətullah Sistani:

Şəri hökmlərə əməl etməklə bu işin eybi yoxdur. Amma onu tərk etmək daha yaxşıdır.

Ayətullah Məkarim Şirazi:

Naməhrəmlərlə ünsiyyət və söhbətdə zəruri hədlə kifayətlənmək lazımdır.

Mühüm suallardan biri də budur ki, qadınlara məxsus toy məclislərində, qonaqlıqlarda qadınlar yarıçılpaq geyinir və bu hal günbəgün artır. Qərb və kafirlərə məxsus bu qəbil libaslardan istifadə etmək olarmı?

Ayətullah Məkarim Şirazi:

Belə geyimlər şəri baxımdan eyiblidir, hətta qadın məclislərində iradı var.

Ayətullah Fazil Lənkərani:

Əgər ürfən kafirlərə oxşarlıq yaratsa haramdır. Qadınların hətta öz aralarında həyanı aparan libaslar geyinməsi münasib deyil.

Ayətullah Sübhani:

Fəsad və fəsadın yayılmasına səbəb olarsa bundan çəkinmək lazımdır. Məsləhət budur ki, insan qərbə uymasın, bilsin ki, qərbsayağı geyim inkişaf deyil. İnkişaf elm və imandadır.

Ayətullah Nuri Həmədani:

Qərbi yamsılamaq düzgün deyil və müsəlman qadına zəruridir ki, İslami geyimə tam riayət etsin və özünü naməhrəmdən qorusun.

Nur-az.com
7154 dəfə baxılıb
ожидание...