Размер шрифта:
A+
A
A-
14 Август 2017

ƏXLAQ

Nəfsini tərbiyə edən insan mələkdən üstün...
İslam təlimi üç hissədən ibarətdir və onun ikinci hissəsi əxlaqdır. Əxlaq nəfsin tərbiyəsi ilə məşğul olan olduqca əhəmiyyətli bir elmdir. Dini mənbələrə istinadən mələklər yalnız əqlə, heyvanlar isə yalnız nəfsə malik olduğu halda, insan həm əqlə, həm də nəfsə sahibdir. Nəfsini tərbiyə edən insan mələkdən üstün, nəfsini özbaşına buraxan insan isə heyvandan alçaqdır. Dinin əsaslarına inanıb hökmlərinə əməl edən insan nəfsini tərbiyə edib özünü gözəl əxlaqa çatdırmazsa, xoşagəlməz aqibətlə üzləşər. Qurani-Kərimin üç ayəsində «tərbiyə» sözü «təlim» sözündən əvvəl işlədilib. («Bəqərə» surəsi, ayə 151; «Ali-İmran» surəsi, ayə 164, «Cumuə» surəsi, ayə 2.)

İslam Peyğəmbəri (s) buyurur: «Sizə əxlaqi dəyərləri tövsiyə edirəm». İmam Sadiq (ə) buyurur: «Allah-təala Peyğəmbərləri insanların əxlaqının tərbiyəsi üçün göndərmişdir». Həzrət Əli (ə) buyurur: «Əxlaqi dəyərlər səadət yoludur».
İmam Səccad (ə) belə dua edir: «Pərvərdigara, daim pisliyə çağıran nəfsdən sənə şikayət edirəm».
Bəli, insanın iki «mən»i var: heyvani və insani. «Heyvani mən»ə itaət edən insanın istəyi yemək-içmək, şəhvət, geyim, ev-eşik, cah-cəlaldır. «İnsani mən» isə əqli düşüncəyə, gördüklərindən nəticə çıxarıb ilahi göstərişlərə itaət etməyə, əxlaqını zinətləndirməyə çağırır. «Nəcm» surəsinin 39-cu ayəsində buyurulur: «İnsan üçün çalışqanlığından başqa bir şey yoxdur».
7897 dəfə baxılıb
ожидание...