Размер шрифта:
A+
A
A-
18 Август 2017

ALLAH-TƏALA GÜNAHDAN TÖVBƏ EDƏNLƏRİ SEVİR

Tövbə edən şəxs Allahın sevimli bəndəsidir
«Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:
«Allah tövbə edənləri sevir».

İmam Baqir (ə) buyurur: «Allah-təalanın tövbəkar şəxslərə qarşı sevinci gecə yarısı səhrada dəvəsini itirib sonradan tapan şəxsin sevincindən çoxdur».

İmam Baqir (ə) başqa bir hədisdə buyurur: «Allah-təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur».

İslam Peyğəmbəri (s) buyurur:
«Heç bir məxluq Allah dərgahında tövbəkar qadından və ya kişidən sevimli deyil.»

O Həzrət başqa bir kəlamında buyurmuşdur: «Tövbə edən şəxs Allahın sevimli bəndəsidir».
4725 dəfə baxılıb
ожидание...