Tavus Yəmani deyir:
Kəbə evinə getdim. Kəbəninin navalçasının altında durub namaz qılan və Allahla razi-niyaz edən bir şəxsi gördüm. Namazdan sonra onun yanına getdim. Bu şəxs İmam Səccad (ə) idi. O Həzrətə dedim: Ey peyğəmbər övladı! Sən nə üçün belə ağlayırsan, nədən nigaransan? Halbuki sənin camaatla üç fərqin vardır ki, sənə nicat verəcəkdir:
1. Peyğəmbər övladısan.
2. Peyğəmbərin şəfaəti sənə çatacaqdır.
3. Sənə qarşı Allahın rəhməti böyükdür.
İmam mənim cavabımda buyurdu:
Ey Tavus! Mənim peyğəmbər övladı olduğumu deyirsən, Allah-təala Quranda buyurur:
«Sur çalınan zaman (Qiyamət günündə) əsil-nəsəb deyilən şey aradan qaldırılar və bir-birindən kömək istəməzlər». («Möminun» surəsi, ayə 101).
Deməli, təkcə peyğəmbər övladı olmaq mənə fayda verməyəcəkdir.
«Şəfaət» barəsində isə Allah-təala buyurur:
«Allahın yüksək məqamlı bəndələri, təkcə Allahın onlardan razı olduğu şəxslər şəfaət edəcəkdir.» (“Ənbiya» surəsi, ayə 28)
Deməli, şəfaət də təklikdə məni Allahın xovfundan amanda saxlamır.
Allahın rəhməti haqqında isə Quranda oxuyuruq:
«Allahın rəhməti yaxşı işlər görənlərə yaxındır».Mənsə yaxşı işlər görən şəxs olmağımı hələ bilmirəm! (İmamın məqsədi ismət məqamının ən yüksək mərtəbəsidir)
İmamın bu kəlamından belə nəticə alırıq ki, Allahın rəhmətinə ümid bəsləmək, iman gətirib yaxşı işlər görməkdən sonra olmalıdır.