Размер шрифта:
A+
A
A-
09 Сентябрь 2017

Qədir-Xum günü və vəhabinin "peyğəmbəri"

Əbdülvəhhabdan bu sapıq və azğın əqidəni miras alan Ali-Səud höküməti də öz batil və sərsəm müftiləri vasitəsiylə öz batil və zəhərli fikirlərini yaymağa çalışırlar.
Qədir günüylə bağlı bir neçə şad xəbər eşitməkdəyik. Birinci şad xəbər elə bu günün özünün qeyd edilməsidir. Bu bayram İmam Zaman ağaya (ə) və bütün Əhli-beyti sevənlərə mübarək olsun. Hər il bu gün Əhli-beyt (ə) aşiqləriylə öz imamlarıyla beyəti təzələyirlər.
Şad xəbərlərdən bir başqası Ali Məqamlı rəhbər Seyid Əli Xameneinin İranda 1166 məhbusu əfv etməsi xəbəridir. Allah-Təala bütün dünyada və Azərbaycanda haqq uğrunda həbs edilən insanların qapısını açsın.
İkinci şad xəbər xarici mətbuatın qaniçən vəhabi Ali Səud hökümətinin dağılması və tarixin zibilliklərinə gömülməsi proqnozunu verməsidir. Ölkə problemlər içində batıb gedir, ailə daxili çəkişmələr də digər tərəfdən sıxıntı gətirir. Başqa bir xəbər isə Livanda Ərəb Vəhdəti Partiyası Ali-Səud şahını qoyun adlandırıb. Doğrudan da qoyuna təhqir olmasaydı Ali-Səud kralı başda olmaqla bütün vəhabi şeyxlərini qoyun adlandırmaq olardı.
Bildiyimiz kimi İslam Peyğəmbəri (s) Qədir-Xum günü İmam Əlini (ə) ümmətə özündən sonra rəhbər təyin etdi. Vəhabilik isə yaranan gündən bəri, Əbdülvəhhab məlundan bu yana hər zaman təkidlə belə bir hadisənin olmadığını, Peyğəmbərin (s) mövla sözündən məqsədinin dost olmasını öz ölkələrində yetişdirdikləri vəhabi "alimləri" vasitəsiylə dünyaya yaymağa çalışırlar. Əbdülvəhhabdan bu sapıq və azğın əqidəni miras alan Ali-Səud höküməti də öz batil və sərsəm müftiləri vasitəsiylə öz batil və zəhərli fikirlərini yaymağa çalışırlar. Əlbəttə, Əbdülvəhhab başda olmaqla bütün vəhabi şeyxləri, kralları Əziz İslam Peyğəmbərini (s) tanımayıblar. Onlara Allaha əl-qol, bud, baldır nisbət verib onu yanlış tanıdıqları kimi İslam Peyğəmbərini (s) haqqıyla tanıya bilməyib öz fantaziyalarında uydurduqları "peyğəmbərə" iman gətirmişlər. Bunlar cahiliyyət zamanındakı müşriklər kimidirlər ki, özləri yonub düzəltdikləri bütə səcdə edirdilər. Ali-Səud şeyxləri və kralları da özlərinin düzəltdikləri "peyğəmbərə" tabe olublar. Nə üçün?
Tarixə çox qısa nəzər: Səqifədə Əbubəkr ümmətə "xəlifə" seçilir. Can üstə olarkən müşaviri Osmanı çağırıb vəsiyyət edir. Ümmətə "xəlifə" təyin edərkən özündən gedib huşunu itirir. Ayılarkən Osmandan kimin adını yazdığını soruşur. Osman deyir Ömərin adını yazdım. "Xəlifə" Ömər can üstə olarkən ümmət rəhbər təyin etmək üçün altı nəfərdən ibarət şura qurur. Osman "xəlifə" seçilir. Müaviyə məluna "xilafət" çatanda o da özündən sonra oğlunu vəsiyyət edir. Beləliklə hər şah özündən sonra öz oğlunu təyin edir. Hazırda Ali-Səud ailəsi müqəddəs torpaqların rəhbərliyini zorla əlində saxlayıb top kimi bir-birinə ötürür. Neçə qardaş qoca vaxtlarında biri o birindən sonra kral olur. Uzun illərdir Səud ailəsi adı dünya mətbuatından, özləri də xalqın yaxasından düşmür. Bu yaxında xəbərdə deyilirdi ki, daxili çəkişmələr Ali-Səudda davam edir və artıq kral Salman hakimiyyəti oğluna verməyi planlaşdırır. Görürsünüzmü, Ali Səud hökümətinin, onların vəhabi şeyxlərinin, ümumiyyətlə vəhabilərin, İbn Teymiyyənin, İbn Qeyyimin, Əbdülvahhabın nəzərində Əbubəkr, Ömər, Osman, Müaviyə, Əməvilər, Abbasilər, hətta Ali Səud (özlərindən sonra xələf təyin etdikləri üçün) ağıllıdırlar, bircə İslam Peyğəmbəri (s) güya bunların bildiyi qədər bilmirdi. Deməli, Ali Səudun dəyərsiz, məhvə məhkum olan, şər üzərində qurduqları qaniçən, terrorçu dövlətləri "çox dəyərlidir", amma İslam Peyğəmbərinin (s) şəhidlərin qanı bahasına qurduğu, ərsəyə gətirdiyi müqəddəs İslam dövlətinin davamı üçün Peyğəmbərin (s) xəlifə təyin etməsinə ehtiyac yox idi.
Əlbəttə, işin axırı bu cür olmalı idi. İmam Əlini (ə) rəhbər bilməyənlər özlərinə Müaviyəni, Yezidi rəhbər biləcəkdilər. Çünki Əli (ə) kimi insanlar pak qəlblərdə yaşaya bilər, müşrik qəlblərdə yox.
5564 dəfə baxılıb
ожидание...