Amerikada hakimiyyətə gəlmiş yeni dövlətin İrana qarşı təzyiqlər icra etməsi, Sepahı terrorçu adlandırması və nüvə sazişini ləğv edəcəyi ilə təhdid etməsinə diqqət etməklə demək olar ki, Hizbullah rəsmilərinə qarşı sanksiyalar da müqavimət hərəkatını zəifləndirmək istiqamətində gedən oyunların bir hissəsidir.
Son günlərdə Amerika Hizbullahın yüksək çinli iki komandiri; Təlal Həmiyyə və Fuad Şükr barədə məlumat verə biləcək şəxslərə 12 milyon dollar mükafat verməyi nəzərdə tutmuşdur.
Sözügedən hərəkətlərdən öncə də Respublikaçılar Partiyasının Konqresdə nümayəndəsi Ed Roycenin layihəsi əsasında və Konqresin təsdiqi ilə Amerika dövləti Livan Hizbullahına qarşı təzyiqləri 2014-cü illə müqayisədə daha da gücləndirdi, iqtisadi və maliyyə sanksiyalarını da ona əlavə etdi.
ABŞ-ın bu addımı sionist rejim və Ərəbistan tərəfindən alqışlandı. Sionist rejimin müharibə naziri Liberman kimi rəsmiləri Livan və Hizbullaha qarşı hərbi müharibə təhdidlərini artırdı, Ərəbistanın Samir əs-Subhan kimi dövlət işlərindəki nümayəndələri Hizbullaha qarşı sanksiyaları dəstəklədi və onunla mübarizə aparamq üçün beynəlxalq koalisiyanın yaranmasının zəruriliyinə təkid etdi.
Buna diqqət etməklə belə nəzərə gəlir ki, müqavimət hərəkatının genişlənməsinin qarşısını almaq üçün Amerika və onun sionist rejim və Ərəbistan başda olmaqla regiondakı müttəfiqləri arasında xüsusi bir razılaşma vardır. Amma bu hərəkətlərin hansı səbəbdən baş verdiyi və onun mümkün nəticələrinin hansı olacağı qarşıya çıxan əsas suallardandır və aşağıda bu suallara cavab verməyə çalışacağıq.
1. Hizbullahın regionda uğurları
2006-cı ildə sionist rejimin Livana hərbi hücumunda Hizbullah ərəb-İsrail toqquşması tarixində bənzərsiz qələbə əldə etdi və ərəb dünyasının sevgisini qazandı. Regionda təkfirçi terrorçuların meydana çıxması ilə Hizbullah terrorçulara qarşı öz mübarizəsini başladı, qərb-ərəb-ibri layihəsini həyata keçirən İŞİD üzərində böyük qələbələr qazandı. Hizbullahın güc və ayıq-sayıqlığı onu regionun təsirli oyunçusuna çevirmişdir. Ona görə də Amerika, sionist rejim və səudiyyəlilər Hizbullah müqavimət hərəkatını öz mənafeləri üçün böyük təhdid hesab edir və onun qüdrətinin qarşısını almaq üçün sanksiyalar tətbiq edirlər.
2. Livanın daxili siyasətində Hizbullahın təsirli rolu
Livanda siyasi qruplar arasında hakimiyyət uğrunda yaranan ixtilaflar üzündən yaranmış ölkədaxili böhran Hizbullah və ona yaxın olan 8 Mart hərəkatının əli ilə həll olundu. Bu məsələ Hizbullahın Livan camiəsindəki sevimliliyini göstərdi və bir daha sübut etdi ki, Hizbullah hərbi sahədən əlavə, siyasi arenada da öz qüdrətini artırmışdır. Hizbullah rəhbərlərinə qarşı son sanksiyalar da bu hərəkatın Livanın siyasi səhnəsindəki gücünə və onun xalq arasında təməllərinə qarşı yönəlmişdir.
3. Hizbullah sinost rejimin regional maraqları üçün təhddidir
Hizbullahın daxili və xarici gücünün artması, ictimai fikrin ona rəğbəti sionist rejim başçılarına, onun qərbli və regiondakı himayədarlarına xoş gəlmir. Çünki Hizbullahın sionist rejimi əleyhinə mübarizəsi yeni örnək yaratmışdır və sübut etmişdir ki, İsrailin əlindən üstünlüyü almaq mümkündür.
4. Müqavimət hərəkatının Amerikanın Suriyadakı planlarını puç etməsi
Hizbullaha qarşı sanksiyaların digər mühüm bir səbəbi də müqavimət hərəkatının Suriyada geniş qələbələri və Amerikanın Suriya ilə bağlı bütün planlarını puça çıxmasıdır. Elə bu səbəbdən də Tramp müqavimətin əsas qollarından sayılan Hizbullahı hədəfə almaq və onu yeni əlavə əngəllərlə qarşılaşdırmaqla zəifləndirməyə təlaş edir.
Yeni sanksiyalar Amerikanın regiondakı məğlubiyyətinin əvəzini çıxmaq üçün müqavimət hərəkatına qarşı atdığı ən kiçik addımdır.
Hizbullaha qarşı təzyiqlərin şiddətlənməsi bu hərəkatın Livanın siyasi və ictimai səhnəsində qanuniliyinə və təsirli olmasına diqqət etməklə Livanda anti-Amerika və ansi-sionizm meylini daha da gücləndirəcək. Hizbullah Amerikanın təkfirçilər, Ərəbistan və sionist rejim vasitəsilə regionda sabitsizlik yaratmasının əksinə olaraq sabitlik yaranmasının tərəfdarıdır və bunun üçün faktiki addımlar atmışdır. Hizbullahın bu hərəkətini xalqdan əlavə, siyasi təşkilatlar da bəyənmişdir. Ona görə də Vaşinqton və müttəfiqlərinin Hizbullaha qarşı sankiyaları təsirli olmayacaq.
Amerikanın Hizbullaha qarşı düşmənçilik hərəkətləri bu hərəkatın Amerika və sionist rejimin regiondakı, xüsusilə də Suriyadakı maraqları əleyhinə əməliyyatları ilə nəticələnəcək. Bu da regionda gərginliyi artıracaq. Sionist rejim dəfələrlə elan etmişdir ki, Hizbullah qüvvələrinin Qolan sərhədlərində hüzurunu qəbul etməyəcək. Bu üzdən də Hizbullaha qarşı təzyiqlərini artıracaq. Hizbullah da onun əvəzini Suriyada öz əsli düşməninə qarşı təzyiqlər göstərməklə çıxacaq.
Ümumi olaraq, Amerikada hakimiyyətə gəlmiş yeni dövlətin İrana qarşı təzyiqlər icra etməsi, Sepahı terrorçu adlandırması və nüvə sazişini ləğv edəcəyi ilə təhdid etməsinə diqqət etməklə demək olar ki, Hizbullah rəsmilərinə qarşı sanksiyalar da müqavimət hərəkatını zəifləndirmək istiqamətində gedən oyunların bir hissəsidir. Lakin bunlara baxmayaraq müqavimətə qarşı artan sanksiyalar həmişə olduğu kimi məğlubiyyətə uğrayacaq.
Nur-az.com