Размер шрифта:
A+
A
A-
01 Ноябрь 2013

Alber Kamyudan

Bizi başqa insanlara əsir edən şeyə eşq deməyin.

***

İnsan yeganə varlıqdır ki olduğu kimi qalmaq istəmir.

***

Böyük insan olmaq vacib deyil. Əsas odur ki insan olasan.

***

Sənin üçün kim üstündür: Sənə çörək verib azadlığını alan, yoxsa çörəyini alıb azad buraxan?

***

Əsl demokrat o insandır ki, rəqibinin haqlı olmasını mümkün sayır. Rəqibinə imkan verir ki, fikrini azad bəyan etsin.

***

Mənim seçdiyim adama təkcə çoxluq yox, azlıqlar da səs verməlidir.

***

Pul hakim olan yerdə ədalət və azadlıq axtarma.

***

Bir hökumət o zaman legitim olur ki, cəmiyyətdə ədaləti təmin etsin, ümumi mənafeini fərdi azadlıqlarla tənzimləsin.

***

Kapitalistlərə xidmət edən qanunlar, pərdəarxası layihələr ədalətsizliyi yayan fəsaddır.

***

Azadlıq təkamül üçün fürsətdən başqa bir şey deyil.

***

Düşüncə və ziyadan məhrum olan dünyada insan biganəlik hiss edir. Bu sürgündən geriyə yol yoxdur. Çünki belə bir dövr keçmiş irsdən və ümiddən məhrumdur.

***

Dünənlə sabah əl-ələ verib. Dünən xatirələri ilə məni aldadır, sabah isə vədələri ilə məni yuxuya verir. Qəflətdən oyananda isə görürəm ki, gün ötüb keçib.

***

Bütün insanlar ölümə məhkumdur. Ayaq üstə ölmək diz üstə ölməkdən üstündür.


Nur-az.com
7832 dəfə baxılıb
ожидание...