Размер шрифта:
A+
A
A-
02 Ноябрь 2017

ABŞ-ın İraqda İranla mübarizə aparması üçün yerdə qalan 6 strategiyası

ABŞ rəsmilərinin Kürdüstan məsələsində ən mühüm nigarançılıqlarından biri İranın İraqda nüfuzunun artması və bunun əksinə olaraq ABŞ-ın nüfuzunun azalması və nəhayətdə (ABŞ rəsmiləri demişkən) Orta Şərqdən çıxmasıdır.

İraq Kürdüstanı və ABŞ son 30 ildə səmimi və yaxın müttəfiq olaraq tanınırdılar. Belə ki, İraqın İŞİD-lə mübarizəsindən öncə 27 Avropa və Amerika şirkəti ölkənin şimalında fəaliyyət göstərib.
Lakin 2 tərəfin əlaqəsi yalnız iqtisadi sahədə deyildi. İŞİD-lə daxili mübarizə başladıqdan sonra Amerika, avropalı müttəfiqlərini cəlb etməklə Kürdüstan silahlı qüvvələrinə olan hərbi dəstəklərinə başladı. Misal olaraq demək olar ki, Almaniyanın ABŞ-la razılaşması əsasında 89 milyonluq silah-sürsat Peşmərgə qüvvələrinə təhvil verib.

Bu yardımlar referendumun keçiriləcəyi son həftələrədək davan etdi. Belə ki, ABŞ, İraqın neft yataqlarının 40%-nin kürdlərin nəzarətində olmasını nəzərə alaraq, Bərzani dövlətinə 300 milyonluq silah dəstəyi etməklə, onları gələcək düşmənləri olan İran və İraqın mərkəzi dövləti müqabilində gücləndirmək fikirinə düşür.
Lakin ABŞ rəsmilərinin etirazına səbəb olan referendum Bərzanini daha çox beynəlxalq dəstək yığması mövzusunda uğursuz olmasına səbəb oldu. Belə ki, İraq ordusunun Kərkükə tərəf yollanmasından və Onu kürdlərdən geri almasından sonra, Tramp da məsələyə münasibət bildirərək, bunu daxili bir məsələ adlandırdı.

Diqqət etmək lazımdır ki, Kərkükün çox sayda neft yataqlarına (neft azuqəsinin 9 milyard barel ehtimal olunur) sahib olduğunu nəzərə alaraq bu bölgəni itirməklə Kürdüstanın iqtisadi fəqərə sütunlarının sındığını və müstəqillik xəyallarının puç olduğunu anlamaq olar, çünki kürdlərin bu bölgəni itirməsiylə artıq onların Qərb dəstəkçilərinə heç bir mənfəət qalmır. Bu səbəbdən qərblilər İraqın mərkəzi dövətini və ölkənin ərazi bütövlüyünü dəstəkləməyi daha məqsədə uyğun hesab edirlər.

Lakin ABŞ, İraq dövlətində olan nüfuzunu nəzərə alaraq, kürdlərin ayrılıq tələbləri önündə ölkənin ərazi bütövlüyünü dəstəklədi. Hətta iş o yerə çatdı ki, kürdlərin iddiasına görə onlar, İraq ordusu və “Haşd şabi”-nin kürdlərə nisbət istifadələrinə də səssiz qalıblar. Lakin Ağ Ev sakinləri hələ də İraqın şimalında olan mənafelərini itirməyə narazıdırlar.
Amerika rəsmilərinin bu barədə ən mühüm narahatçılıqlarından biri, İran İslam Respublikasının İraqda olan nüfuzunun artması və onların nüfuzunun azalmasıdır.
Bu səbəbdən, İranın ABŞ-ın stratejik addımlarına nisbət mövqeyini nəzərə alaraq, rəsmi Vaşinqton İranın İraqda və Kürdüstan bölgəsində nüfuzunun qarşısını alacaq son stratejik variantlarının yenidən gözdən keçirilməsini planlaşdırıb:
1.Barzanini sivil yolla iqtidarda uzaqlaşmağa dəvət etmək və İrana meyilli, İraqın mərkəzi dövlətinə tabe olan kürd partiyaların qüdərt əldə etməsinin qarşısını almaq,
2.Kürdüstan bölgəsinin bölünməsinin qarşısını almaq və kürdlərin, İraqın gələcəkdə olan siyasi strukturunda olan mənafeyini qorumaq,
3.Müqtəda Sədrlə yaxından əlaqə qurmaq, İranla mübarizə aparmaq üçün ən mühüm Qərbə meyilli olan şiə liderinə dəstək vermək və şiə qruplarını İran əleyhinə qaldırmaq üçün bu hərəkata iqtisadi və siyasi dəstək vermək,
4.Heydər əl-İbadiyə dəstəyin artırılması və Onun Qərbə qarşı olan güvənini qazanmaq, əl-Maliki cərəyanını növbəti seçkilərdən uzaqlaşdırıb, əl-İbadinin uğurlarını gündəmə gətirmək,
5.Səudiyyə Ərəbistanı və ərəb-sünni mərkəzinin İraq dövlətiylə siyasi və iqtisadi məsələlərini yenidən qurmağa dəvət etmək və İraq sənayesinə gözə çarpacaq investisiyaların yatırılması,
6.İraqın yenidən qurulması məqsdədiylə ABŞ-ın iqtisadi investisiya yatırımlarının artması, İranın İraqda olan fəal banklarını bu ölkədən çıxamaq üçün iqtisadi və bank yönümlü sanksiyalar tətbiq etmək.

Sonda diqqət etmək lazımdır ki, Donald Tramp elə bir şəraitdə ABŞ-ın İraqda olan yeni strategiyasını seçməyə məcbur qalıb ki, İraqda siyasi dəyişikliklərin baş verməsi ciddi olaraq artıb və ölkənin hazırki siyasi qrpları ABŞ-ın hazırki siyasıtlərinə müxalifdirlər. Beləlikə təbii olaraq, ABŞ-ın hazırki şəraiti qoruma ehtimalı olduqca zəifləyib. Bütün bunlara baxmayaraq növbəti aylarda bu ölkdə baş verənləri yaxından izləmək lazımdır.
5577 dəfə baxılıb
ожидание...