Təcrübədə təsdiq olunmuşdur ki, quldur və zalım padşahların hökuməti ölkədə viranəliklərə səbəb olur.
Günahın yayılmasına, artmasına imkan yaradan amillərdən biri də siyasi amillərdir. Bu amillərin çox hissəsi siyasi xadimlərin və dövlət işçilərinin adı ilə bağlıdır.
Dediklərimizi təsdiq etmək üçün «Bəqərə» surəsinin 205 və 206–cı ayələrini nümunə gətirək.
«(Münafiqlərin bir əlaməti də budur ki,) Hakim və rəis olanda yer üzündə fitnə-fəsad, qarışıqlıq salarlar, əkin-biçini məhv edərlər. Allah fəsadı sevməz. Ona Allahdan qorx» deyilsə, qürurlanar, günaha batar. Belə şəxsə cəhənnəm bəs eləyər, necə də pis yerdir ora!».Bu ayədən belə məlum olur ki, mömin olmayan və öz nəfsinin istəklərinə əsir olan şəxs rəhbər olan zaman cəmiyyəti pozğunluğa və qarışıqlığa çəkər.
«Nəml» surəsinin 34-cü ayəsində oxuyuruq:
«Hökmdarlar girdikləri şəhəri xaraba qoyar, camaatın ən nüfuzlu şəxslərini alçaldarlar. Beləcə davranarlar onlar».Təcrübədə təsdiq olunmuşdur ki, quldur və zalım padşahların hökuməti ölkədə viranəliklərə səbəb olur.
Həzrəti Yusif böyük ilahi peyğəmbərlərdəndir. O, həyatda müxtəlif hadisələrlə üzləşdi; O cümlədən qardaşlarının ona zülm etməsi, onu quyuya atmaları, onun Misir padşahının sarayına yol tapması, sonra zindana düşməsi və Misir padşahlığında vəzir olması. Yusif peyğəmbər ömrünün axırlarında Misrin padşahı oldu. O Həzrət üzləşdiyi hər bir hadisədə bir cür dua edirdi. Lakin rəyasət məqamına çatdıqda, özünü rəyasətə əsir etmədi. O, həmişə dünyanın fani olmasını və hamının əbədi padşaha (Allaha) qovuşacağını xatırlayırdı. Onun padşah olandan sonra duası bu idi:
«(İlahi:) Məni dünyadan müsəlman halında apar». («Yusif» surəsi, ayə-101.)
Deməli, Yusif bu duanı yalnız padşah olandan sonra edirdi. Bu o deməkdir ki, rəyasət xətərli bir işdir. Hətta bu işdə Yusif peyğəmbər kimi şəxsiyyətin də ayağı büdrəyə bilər. Buna görə o Həzrət özünün Allah yolunda sadiq qalmasından ötrü dua edirdi. Yusif peyğəmbər özünün axıra kimi Allah yolunda olacağına şübhə etmirdi. Lakin bununla belə o rəyasət və padşahlığın xətərli və aldadıcı bir iş olduğuna görə həmişə Allahdan kömək diləyirdi.
«Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:
«Bu axirət evini o kəslərə veririk ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı sevməzlər. Axirət evində müttəqilərə (təqvalı insanlara) uğurlu tale qismət olar». Rəyasətə can atmaq lovğalığın bir növüdür. Deməli, bu ayədən məlum olur ki, rəyasətə can atan şəxslərə axirət həyatından bir bəhrə yoxdur. Bu ayənin təfsiri o qədər genişdir ki, İmam Əli (ə) buyurur: «Bəzi vaxtlar bir şəxs hətta ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasına görə lovğalanır. Bu ayə onlara (lovğalara) şamil olur.»