Biz hər gecə, səhəri gün günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq.
Qış aylarında hamı yayın intizarını çəkir. Bununla belə, yayadək hamı soba qalayır və qızınır.
Əsrin İmamının (ə) zühurunadək hamı öz qüvvəsi daxilində zülmlə mübarizə aparmalı, cəmiyyətin islahına çalışmalıdır.
Hədisdə buyurulur: “Ən üstün əməl fərəc, yəni həzrət Mehdinin (ə) zühuru intizarında olmaqdır.” (“Bihar”, c. 75, s. 208.)
Hədisdən göründüyü kimi, intizar hal yox, əməldir. Ona görə də bu zühuru gözləyənlər əməl sahibi olmalıdırlar. İmamı gözləyənlər saleh olmalıdırlar. Qeybət dövründə insanların vəzifəsi özünütərbiyə, yaxşılığa dəvət, pislikdən çəkindirməkdir.
Bəli, qonaq gözləyən adam hazırlıq görməlidir.