Размер шрифта:
A+
A
A-
19 Февраль 2018

Bu gün Xanım Fatimənin (s) şəhadət günüdür

Peyğəmbər (s) belə buyururdu: “Fatimə bədənimin bir parçasıdır. Ona əziyyət verən mənə əziyyət verir.”
Fatimə (s) Peyğəmbərin əmisi oğlu, həm də birinci İmamımız Həzrət Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s) himayəsi altında ilahi tərbiyə alıblar.

Həzrət Fatimə (s.ə) İslam Peyğəmbərinin (s) dördüncü və ən kiçik qızı idi. Onu həm də Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul çağırırdılar. Allah-Taala onu və onun aşiqlərini cəhənnəm atəşindən qoruyacağına görə “Fatimə” adlandırılıb. Erkən yaşlarından anasını itirən Həzrət Fatimə (s) peyğəmbərlik vəzifəsini yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olub. Atasına sədaqətli və əsl ana qayğısı göstərdiyinə görə “Ummu Əbiha”, yəni “atasının anası” adlandırılıb. Peyğəmbərin (s) öz kiçik qızı Fatiməyə (ə) olan məhəbbəti misilsiz olub. Qadına vəhşi münasibətin hakim olduğu bir dövrdə İslam Peyğəmbərinin (s) Fatiməyə olan sevgisi həm qadına verilən əhəmiyyətdən, həm də atanın övladına olan heyrətamiz məhəbbətindən danışır. Hətta Peyğəmbər (s) belə buyururdu; “Fatimə bədənimin bir parçasıdır. Ona əziyyət verən mənə əziyyət verir.” Fatimə (s) İslam Peyğəmbərinin əmisi oğlu, həm də birinci İmamımız Əmirəlmöminin Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s) himayəsi altında ilahi tərbiyə alıblar. Onlar Allahın razılığı ilə bəşəriyyətə nümunə olacaq bir ailə qurublar. Kasıb həyat tərzinə baxmayaraq onlar bir-birinə qarşı səmimi və mehriban həyat yoldaşları idilər. Ən çətin vəziyyətdə də Fatimə Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Fatimə (s) o qədər gözəl həyat yoldaşı olub ki, Həzrət Əli (ə) onun barəsində belə söyləyib: “Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir.” Həzrət Fatimə (s) çox qısa bir ömür sürüb. O, atasının vəfatından sonra həyasız münafiqlərin zülmlərinə sadəcə 75 gün davam gətirə bildi. Həmin vaxtlar Həzrət Əli (ə) həyatının ən ağır günlərini yaşadı. Əmirəlmöminin Əli (ə) ona tapşırılan əmanəti özü torpağa tapşırdı və heç kimə onu harada dəfn etdiyini söyləmədi. Onun harada dəfn olunduğunu təkcə İmam Əli (ə) və övladları bildilər.
5429 dəfə baxılıb
ожидание...