Размер шрифта:
A+
A
A-
26 Февраль 2018

Allah yolunda infaq

Budur dünyada zöhd! Budur Musanın Tövratda xəbər verdiyi!
Salman Farsi bir gün peyğəmbərin göstərişi ilə yenicə müsəlman olmuş ərəbi yedirtmək üçün xanım Zəhranın (s.ə.) qapısına gəldi. Xanım Fatimə (s.ə.) məsələni bilib buyurdu: “And olsun Allaha, Həsən və Hüseyn aclıqdan titrəyə-titrəyə yatdılar. Amma mən xeyiri əldən çıxarmaq istəmirəm. Ey Salman! Bu köynəyi apar yəhudi Şəmunun yanına, xurma və arpa al gətir!” Salman köynəyi yəhudinin yanına apardı və əhvalatı danışdı. Şəmunun gözündən yaş gəldi. Dedi: “Budur dünyada zöhd! Budur Musanın Tövratda xəbər verdiyi!” Yəhudi şəhadət kəlmələrini deyib İslamı qəbul etdi.
Yəhudi iman gətirdikdən sonra Salmana xurma və arpa verdi. Salman yəhudidən aldıqlarını Zəhranın evinə apardı. Xanım öz əli ilə arpanı üyüdüb, çörək bişirdi. Salman dedi: “Ey peyğəmbər qızı! Bu çörək və xurmadan Həsən və Hüseyn üçün bir qədər götür.” Xanım buyurdu: “Allah yolunda verdiyimizdən istifadə etmərik!” (“Rahinuş-şəriə”, 1-130; “Biharul-ənvar”, 43-71, bab 3, hədis 61)
4694 dəfə baxılıb
ожидание...