("Hikmətli Quran" kitabından. Müəllif: Ayətullah Cavadi Amoli)Həzrət Rza (ə) buyurur: Nəfsini hesab-kitaba çəkən xeyir görəcək və ondan xəbərsiz qalan ziyana uğrayacaq. Qorxan şəxs amandadır və ibrət alan açıq gözlüdür, görən şəxs anlayır və anlayan bilir. Cahillə dostluq edən çətinliyə, zəhmətə düşəcək... Ən üstün ağıl insanın özünü tanımasıdır, insanın özünə olan biliyidir; (“Musnədul-imamul- Riza”, c.1, “Kitabul-adab vəl-məvaiz”, s.302, h.44)
Əmirəlmöminin (ə) buyurur: “Ən layiqli iş insanın öz nəfsini islah etməklə məşğul olmasıdır.” (“Ğurərul-hikəm və durərul-kəlim”, 1-ci fəsil, hədis 1366)
Nəfsini çirkinliklərdən təmizləməyən ağıldan faydalanmaz. (həmin mənbə, 78-ci fəsil, 319-cu hədis)
Özünün islahı ilə, özünütərbiyə ilə məşğul olmayan şəxsi pis adətlər rüsvay edəcək.” (həmin mənbə, 78-ci fəsil, 1517-ci hədis)
Qəflət (qafillik) ən ziyan verici düşməndir. (həmin mənbə, 1-ci fəsil, 527-ci hədis)
Qəflət axmaqların üslubudur. (həmin mənbə, 1-ci fəsil, 947-ci hədis)
Davamlı qəflət bəsirət gözünü kor edir. (həmin mənbə, c.4, 5146-cı hədis)
Sizinlə moizə arasında qəflət və xəbərsizlikdən olan bir pərdə var. (həmin mənbə, 21-ci fəsil, 209-cu hədis)
Hər kəs qəflətə məğlub olsa, qəlbi ölər. (həmin mənbə, 78-ci fəsil, 780-ci hədis)
Qəflətə məğlub olmuş şəxsə vay olsun! Çünki o köçüb getməyi yaddan çıxarıb və səfərə hazırlaşmır. (həmin mənbə, 83-cü fəsil, 29-cu hədis)
Düşünmək ibadətdir. (həmin mənbə, 1-ci fəsil, 52-ci hədis)
Təfəkkür ağlın parlamasına səbəb olur. (həmin mənbə, 978-ci hədis)
Göylər və yer barəsində düşünmək ixlaslıların ibadətidir. (həmin mənbə, 1817-ci hədis)
İşlərdəki qaranlıqlar təfəkkürlə işıqlanar. (həmin mənbə, 1-ci fəsil, 144-cü hədis)
Qəlbin günah düşünməyərək oruc olması qarının yemək yeməyərək oruc olmasından daha yaxşıdır. (həmin mənbə, 44-cü fəsil, 63-cü hədis)
Hər kəsin təfəkkür, düşüncə gözü oyaq olsa, o öz məqsədinin kamilliyinə qovuşacaq. (həmin mənbə, 78-ci fəsil, 1130-cu hədis)
Fikri olmayanın bəsirəti də yoxdur. (həmin mənbə, 86-cı fəsil, 338-ci hədis)
Nəfs istəkləri korluğun şərikidir. (həmin mənbə, 1-ci fəsil, 632-ci hədis)
Nəfs istəkləri ibadət olunan bütdür. (həmin mənbə, 2240-cı hədis)
Nəfsə və onun istəklərinə itaət bütün çətinliklərin əsası və hər bir azğınlığın köküdür. (həmin mənbə, 9-cu fəsil, 109-cu hədis)
Nəfs istəklərinə tabe olsan, səni kar və kor edəcək, sığındığın yeri viran qoyacaq və səni məhv edəcək. (Ğurərul-hikəm və durərul-kəlim”, 13-cü fəsil, 47-ci hədis)
Nəfsin dərmanı nəfs istəklərinə oruc olmaq və dünya ləzzətlərindən çəkinməkdir. (həmin mənbə, c.4, 5805-ci hədis)
Nəfsin xeyiri nəfs istəkləri ilə mübarizədədir. (həmin mənbə, 43-cü fəsil, 14-cü hədis)
Nəfsi nəfs istəklərinin vəsvəsələrindən uzaq etmək zirəklik və fərasətdən doğur. (həmin mənbə, 36-cı fəsil, 17-ci hədis)
Bir çox ağıllar nəfs istəklərinin əsiridir. (həmin mənbə, 63-cü fəsil, 3-cü hədis)
Nəfs istəklərindən çəkinməyən ibadətin ləzzətini necə dada bilər?! (həmin mənbə, 12-ci hədis)
Əgər nəfs istəkləri bir kənara qoyulsa, ixlası olmayan insan öz əvvəlki əməllərindən utanacaq. (həmin mənbə, 12-ci hədis)
Nəfs istəklərinə məğlub olan həmişə bədbəxt və sonadək quldur. (həmin mənbə, 80-cı fəsil, 126-cı hədis)
Dinin möhkəmliyi və quruluşu nəfs istəkləri ilə müxaliflik və dünyadan çəkinməkdədir. (həmin mənbə, 82-ci fəsil, 32-ci hədis)
Ayıq-sayıqlıq nurdur. (həmin mənbə, 71-ci fəsil, 143-cü və 224-cü hədislər)
Riyazət (nəfsin tərbiyəsi üçün məşq) yalnız ayıq-sayıq nəfsdə faydalıdır. (həmin mənbə, 86-cı fəsil, 464-cü hədis)
Yəqin nurdur. (həmin mənbə, 1-ci fəsil, 89-cu hədis)
İxlasın səbəbi yəqindir. (həmin mənbə, 38-ci fəsil, 29-cu hədis)
Yəqin özü bir ibadətdir (və bu onun dəyərli olmasına bəs edər). (həmin mənbə, 65-ci fəsil, 35-ci hədis)
Qəlbini yəqin sərinliyi ilə hamarlayan şəxs necə də xoşbəxtdir. (həmin mənbə, 79-cu fəsil, 104-cü hədis)
Zöhd, zahidlik yəqinin nəticəsi, bəhrəsidir. (həmin mənbə, 1-ci fəsil, 894-cü hədis)
İxlas ən böyük qurtuluşdur. (həmin mənbə, 672-ci hədis)
Bütün əməllər toz-torpaq kimidir, yalnız ixlasla yerinə yetirilən əməl belə deyil. (həmin mənbə, 1-ci fəsil, 1442-ci hədis)
İxlas yarandıqda qəlbin gözü işıqlanır. (həmin mənbə, 52-ci fəsil, 12-ci hədis)
Niyyətini xalis edən kiçiklikdən, xarlıqdan uzaqlaşır?? Ləyaqətsizlikdən uzaq olur. (həmin mənbə, 78-ci fəsil, 797-ci hədis)
Gözəl niyyət batini gözəlliyə səbəb olur. (həmin mənbə, 27-ci fəsil, 4-cü hədis)
Pis niyyət gizli xəstəlikdir. (həmin mənbə, 39-cu fəsil, 19-cu hədis)
Nəfsə güvənmək şeytan üçün ən möhkəm, güclü fürsətlərdəndir. (həmin mənbə, 1-ci fəsil, 1504-cü hədis)
Allaha güvənmək ən üstün əməldir. (həmin mənbə, 657-ci hədis)
Allahı yad etmək ağlın nuru, canların həyatı və qəlblərin parıltısıdır. (həmin mənbə, 2-ci fəsil, 2021-ci hədis)
Allahı davamlı şəkildə zikr et. Çünki bu iş qəlbi işıqlandırır və ən üstün ibadətlərdəndir. (həmin mənbə, 3-cü fəsil, 59-cu hədis)
Allahı yad etmək sinələri təmizləyir və qəlblərin aramlğına səbəb olur. (həmin mənbə, 32-ci fəsil, 7-ci hədis)
Allahı yad etməyi unutma. Çünki onu yad etmək qəlbləri nurlandırır. (həmin mənbə, 9-cu fəsil, 23-cü hədis)
Hər kəs Allahı yad etsə, Allah onun qəlbini dirildər, ağlını və dərkini nurlandırar. (həmin mənbə, 78-ci fəsil, 1223-cü hədis)
Heç bir əməl tədqiqat, araşdırma kimi ola bilməz və araşdırmazsız, tədqiqsiz çalışmaq faydalı olmur. (həmin mənbə s.86, h.9)
Heç bir sünnə tədqiqatdan, araşdırmadan üstün deyil. (həmin mənbə, 86-cı fəsil, 202-ci hədis)
Dünya ağılların qətlgahıdır (öldürüldüyü məkandır). (həmin mənbə, 1-ci fəsil, 964-cü hədis)
Dünya məhəbbətindən çəkin, çünki bu hər bir günahın əsası və hər bir bəlanın qaynağıdır. (həmin mənbə, 5-ci fəsil, 39-cu hədis)
Fani arzuları olan nəfs arzular tələbində məhv olur və onları əldə edərkən bədbəxt olur. (həmin mənbə, 9-cu fəsil, 151-ci hədis)
Dünyanın ləyaqətsizliyinə bu bəs edər ki, Allahın sözünə iatət olunmayan yeganə yerdir. (həmin mənbə, 9-cu fəsil, 286-cı hədis)
Dünya korun görməsinin sonudur və o ondan oyananı görməz. (“Ğürərul-hikəm və durərul-kəlim”, 9-cu fəsil, 134-cü hədis)
Dünya məhəbbəti ağılı xarab edir və hikmət eşidərkən qəlbi kar edir. (həmin mənbə, 28-ci fəsil, 12-ci hədis)
Behiştin mehriyyəsi dünyaya təlaq verməkdir ( boşamaq). (həmin mənbə, 47-ci fəsil, 7-ci hədis)
Təəccüb edirəm! Özünü tanıyan fani aləmə necə bağlana bilir?! (həmin mənbə, c.4, 6264-cü hədis)
Dünya hər kəsə qalib gəlsə o qarşısındakını görməz. (həmin mənbə, 78-ci fəsil, 1203-cü hədis)
Hər kəs dünyaya bağlansa və onu dini ilə dəyişsə, məhv olacaqdır. Dünya hayana üz çevirsə, o da üzünü həmin səmtə çevirəcək. (həmin mənbə, 84-cü fəsil, 21-ci hədis)
Mömin o şəxsdir ki, qəlbini çirkinliklərdən təmizləsin. (həmin mənbə, 1-ci fəsil, 1977-cu hədis)
Şəriət nəfsin riyazətidir (riyazət yəni nəfsin tərbiyəsi üçün çalışmaq, məşəqqətli məşqlər etmək) (həmin mənbə, 596-cı hədis)
Riyazətin, nəfsi tərbiyələndirməyin, nəfslə mübarizənin bəhrəsi hikmət əldə etmək və adətlərə qalib gəlməkdir. (həmin mənbə, 76-cı fəsil, 16-cı hədis)
Davamlı şəkildə nəfsini tərbiyələndirən faydalanacaq, xeyir görəcək. (həmin mənbə, 78-ci fəsil, 660-cı hədis)
Allah hansısa bir bəndəsini sevdikdə gözəl ibadətləri ona ilham edir. (həmin mənbə, 17-ci fəsil, 90-cı hədis)
Davamlı ibadət qələbə və səadət göstəricisidir. (həmin mənbə, c.4, 5147-ci hədis)
Elm insanı əmələ çağırır, cavab eşitmədikdə köç edir. (həmin mənbə, 1-ci fəsil, 1966-cı hədis)
Alimin zinəti öz elminə əməl etməsidir. (həmin mənbə, 26-cı fəsil, 37-ci hədis)
Sükut təfəkkür bağçasıdır. (həmin mənbə, 1-ci fəsil, 599-cu hədis)
Xoş halına sakit insanın, ilahi zikr edən şəxsin sükut etməməsi istisnadır. (həmin mənbə, 46-cı fəsil, 1-ci hədis)
Təqvalı sakit şəxs nicat tapmışdır. (həmin mənbə, 60-cı fəsil, 61-ci hədis)
Yorulmadan sakit qal, çünki sükut alimin zinəti və cahilin eyblərini örtən pərdədir. (həmin mənbə, 56-cı fəsil, 46-cı hədis)
Təfəkkürsüz sükut dilsizlikdir. (həmin mənbə, 1-ci fəsil, 1326-cı hədis)
Nəfslə cihad behiştin mehriyyəsidir. (həmin mənbə, 26-cı fəsil, 39-cu hədis)
Bu qəlblər ilə vuruşun. Çünki çox tez büdrəyirlər. (həmin mənbə, 28-ci fəsil, 64-cü hədis)
Yalnız nəfsini paklayan və mübarizə aparan şəxs hədəflər qülləsinə çata bilir. (həmin mənbə, 32-ci fəsil, 30-cu hədis)
Özünü tanıyan şəxs, özü ilə vuruşur. (həmin mənbə, 78-ci fəsil, 212-ci hədis)
Çox yemək zirəkliyə manedir. (həmin mənbə, 1-ci fəsil, 703-cü hədis)
Qarın dolduqda, qəlb doğrunu və məsləhətlini görməz olur. (həmin mənbə, 17-ci fəsil, 165-ci hədis)
Daim tox olan şəxsin fikri necə saf ola bilər?! (həmin mənbə, 64-cü fəsil, 20-ci hədis)
Ağıllı olmaq, qarın otarmaqla bir yerə sığmaz. (həmin mənbə, 86-cı fəsil, 95-ci hədis)
Toxluq vacibləri yerinə yetirmək, bərpa etməklə bir yerə sığmır. (həmin mənbə, 134-cü hədis)
Ən faydalı dərman aclıqdır. (həmin mənbə, 1-ci fəsil, 953-cü hədis)
Aclıq nəfsi əsir etmək və pis adətləri məğlub etmək üçün ən yaxşı vasitədir. (həmin mənbə, 81-ci fəsil, 63-cü hədis)
Ən gözəl zikr Qurandır, o qəlbləri genişləndirir və batini işıqlandırır. (həmin mənbə, 8-ci fəsil, 429-cü hədis)
Gərək Quran sənin həmsöhbətin olsun. (həmin mənbə, 71-ci fəsil, 76-cı hədis)
Arzu şeytanların qafillərin qəlblərinə hökmranlıq etməsi üçün vasitədir. (həmin mənbə, 1-ci fəsil, 853-cü hədis)
Allahdan uzaq düşmək səbəbi ilə Allah qorxusundan ağlamaq ariflərin ibadətidir. (həmin mənbə, 1816-cı hədis)
Uzaqgörənlik və ehtiyat Allaha itaət və nəfsə yox deməkdir. (həmin mənbə, 15-ci fəsil, 3-cü hədis)
Dünyada nəfsinin tərbiyəsinin qüssəsini çəkən şəxsin Allah qiyamət günü gözünü aydınlaşdıracaq. (həmin mənbə, 78-ci fəsil, 1373-cü hədis)
Qəlb düşüncə kitabıdır. (həmin mənbə, 1-ci fəsil, 1129-cu hədis)
Qəlb yatıbsa, gözlərin ayıq qalması faydasızdır. (həmin mənbə, 1-ci fəsil, 1892-ci hədis)
Qəlbin orucu dilin orucundan və dil orucu qarın orucundan daha yaxşıdır. (həmin mənbə, 44-cü fəsil, 80-ci hədis)
Pak qəlblər Sübhan Allahın nəzər saldığı məkanlardır. Odur ki, hər kəsin qəlbi pak olsa, Allah ona nəzər salar. (həmin mənbə, 61-ci fəsil, 65-ci hədis)
Sağlam qəlbdən yalnız düzgün məna xaric olar. (həmin mənbə, 86-cı fəsil, 437-ci hədis)
Özünü bəyənmək ağılın yüngüllüyünün göstəricisidir. (həmin mənbə, 36-cı fəsil, 58-ci hədis)
Bəndənin özündən razı olması onun rəbbinin qəzəbinə yaxındır. (həmin mənbə 57-ci hədis)
Dünyada zahid ol, Allah sənə eyblərini göstərəcək və xəbərsiz olma ki, səndən xəbərsiz deyillər. (həmin mənbə, 2-ci fəsil, 1381-ci hədis)
Zöhd səbəbi ilə hikmət meyvəsi yetişər. (həmin mənbə, 18-ci fəsil, 51-ci hədis)
Dünyaya arxa çevirmək nəfsin islahına, paklanmasına səbəb olar. (həmin mənbə, 38-ci fəsil, 19-cu hədis)
Dünyaya rəğbət göstərməyən şəxs nəfsini azad, rəbbini razı edib. (həmin mənbə, 78-ci fəsil, 1161-ci hədis)
Ən pis yoxsulluq nəfsin yoxsulluğudur. (həmin mənbə, 41-ci fəsil, 50-ci hədis)
Özünü bəyənmək axmaqlıqdır. (həmin mənbə, 1-ci fəsil, 1227-ci hədis)
Özündənrazılıq nöqsan və ağlın zəifliyinin göstəricisidir. (həmin mənbə, 2007-ci hədis)
Ağıl “illiyin” aləminə doğru yüksəliş nərdivanıdır. (həmin mənbə, 1373-cü hədis)
Nəfs ağıl vasitəsi ilə kamilləşir. (həmin mənbə, 18-ci fəsil, 340-cı hədis)
Ağıl vasitəsi ilə hikmətin son dərəcəsi əldə olunur. (həmin mənbə, 30-cu hədis)
Ağlın sərhəddi fanilərdən ayrılıb, əbədilərə bağlanmaqdır. (həmin mənbə, 28-ci fəsil, 39-cu hədis)
Yalnız arifin ağlı və zahidin nəfsi Allah qarşısında fərəhlənəcək, qürrələnəcək. (həmin mənbə, 86-cı fəsil, 446-cı hədis)
Düşünən şəxs qəflət yuxusundan ayılır, səfərə hazırlaşır və əbədi evini abad edir. (həmin mənbə, 78-ci fəsil, 1265-ci hədis)
Xof, qorxu ariflərin yoldaşı və libasıdır. (həmin mənbə, 1-ci fəsil, 715-ci hədis)
Allahdan qorxu nəfsi günah aləmində türməyə salır və onu üsyandan qoruyur. (həmin mənbə, 2010-cu hədis)
Batinlərin ləyaqəti düzgün bəsirətin göstəricisidir. (həmin mənbə, 43-cü fəsil, 16-cı hədis)
Nəfsinin (özünün) qədrini bilən onu fani şeylərdən ötəri xar etməz. (həmin mənbə, 78-ci fəsil, 973-cü hədis)
Çətinliklər və müsibətlər kəramətli, alicənab şəxsə təsir etməz. (həmin mənbə, 1-ci fəsil, 1591-ci hədis)
Kəramətli, böyük şəxsin gözündə dünya kiçikdir. (həmin mənbə, 78-ci fəsil, 1475-ci hədis)
Hiyləgər insan insan surətinə girmiş şeytandır. (həmin mənbə, 1-ci fəsil, 243 və 1503-cü hədis)
Ən böyük siyasət insanın öz siyasətini bilməsidir (özünü idarə edə bilməsi) və ən böyük rəislik elmdə rəis olmaqdır. (həmin mənbə, 39-cu fəsil, 40-cı hədis)
İnsanın elmi artdıqca, onun özünə diqqəti çoxalır və özünü tərbiyə etmək üçün daha çox çalışır. (həmin mənbə, 68-ci fəsil, 10-cu hədis)
Ən yaxşı hakim o şəxsdir ki, öz nəfsinə hakimlik edə bilir. (həmin mənbə, 29-cu fəsil, 52-ci hədis)
Tövhid nəfsin həyatıdır. (həmin mənbə, 1-ci fəsil, 593-cü hədis)
Moizələr nəfsin paslarını aparır və qəlbləri işıqlandırır. (həmin mənbə, 1-ci fəsil, 1399-cu hədis)
Həyatının ən gözəl vaxtlarını və ən yaxşı hissəsini özünə və Allahına ayır. (həmin mənbə, 2-ci fəsil, 219-cu hədis)
Dünyaya bağlı olan qəlbdə təqvanın sakinləşməsi haramdır. (həmin mənbə, 28-ci fəsil, 38-ci hədis)
Təqva ilə dolmayan qəlbi dünya fitnələri doldurar. (həmin mənbə, 30-cu fəsil, 41-ci hədis)
Özün üçün Allahdan başqa heç kəsə təvəkkül etmə və sənin üçün Allahdan başqa heç bir ümid olmasın. (həmin mənbə, 85-ci fəsil, 136-cı hədis)
Nur-az.com
Dilimizə çevirdi M. Əhməd