Размер шрифта:
A+
A
A-
03 Июнь 2014

Həddi aşan sevgi (Mütəhhəri-Şəriəti polemikası)- Yeniləndi

Şəhid Mütəhhərinin oğlu Müctəba Mütəhhəri ilə söhbət  (2) 

Məsələn, qəbrin də nöqsanları var. Yaxşı olar ki, müsbət və mənfilərə yanaşı baxaq. İslam liberalizmlə uyğun gəlmir. Amma İslamda liberalizmə aid bəzi məfhumlar var. İslam qərb demokratiyasına kökündən müxalifdir. Amma respublika, azadlıq kimi məfhumlar İslamda yer alıb. Bu səbəbdən İmam (r) nə bir kəlmə artıq, nə bir kəlmə əskik, "İslam Cümhuriyyəti" dedi. Bəziləri İmamın bu sözünə irad tutdular. Dedilər ki, bu qərb dəyəridir. Tam yanlış münasibət idi. İslamda hər şey var və nəyi isə qərbdən götürməyə ehtiyac yoxdur. Bəziləri düşünür ki, İslam liberalizim və sosializmlə tam ziddiyyət təşkil edir. Amma ayrı-ayrı məqamlarda müştərək məfhumlar var.
İslamda demokratiya, sosializm və liberalizm məfhumları ilə rastlaşırıq. Amma İslamdakı məfhumlar fərqlidir. İmamın məqsədi bu idi ki, İslamda olan məfhumu gözəllik xatirinə qərbdən gətirmək olmaz. Gözəlliyə xatir nəsə gətirmək səmavi dinimizin təhqiridir. Böyük İslam mütəfəkkiri İqbal Lahuri bir məqamda nübuvvət əvəzinə dəyanət sözünü işlətdi. Hansı ki "xətmi-dəyanət" peyğəmbərlərdən ehtiyacsızlıqdır. "Xətmi-nübuvvət" yeni din və peyğəmbərə ehtiyac olmadığını bildirir. Doktor Şəriəti bəzən İqbal Lahuri kimi danışır, onun təsiri altına düşür. Nəticədə Nağızadə kimi ziyalılar deyirlər ki, İslam müasir problemlərin həllində acizdir. Şəhid Mütəhhəri vaxtı ilə onlara səhv etdiklərini deyib. Bəli, ziyalılıq və yenilikçilik sünnə və şəriət, irfan və vilayət əsasında olmalıdır. Hər yenilikçiliyi faydalı saymaq olmaz.
Yenilikçiliyin meyarları var. Bu səbəbdən şəhid Mütəhhəri Şəriətinin ruhniyyət və hövzə ilə yaxınlığını zəruri sayırdı. Təəssüf ki, Minaçi kimi adamlar irşad hüseyniyyəsində bu rabitəyə mane olurdular. Bu şeytanlar dini ziyalılarla ruhaniyyət arasında qarşıdurma yaradır, divar çəkirdilər. Bəziləri universiteti hövzə ilə üz üzə qoyub bulanıq sudan balıq tuturdu. Şübhəsiz ki, bu işdə şah savakının, kəşfiyyat idarəsinin rolu vardı. 
Minaçi doktor Şəriətini ruhaniyyətdən uzaq salmaq istəyənlərdən idi. İrşad hüseyniyyəsində müdiriyyət belə qərar çıxarmışdı ki, çıxışlar mütəxəssislərin nəzarətindən keçsin ki, hansısa büdrəmələrə yol verilməsin. Təəssüf ki, savak həm xaricdən, həm də Minaçi kimi adamların əli ilə daxildən doktor Şəriəti ilə şəhid Mütəhhəri arasında rabitə yaranmasına imkan vermədilər. Onlar hər vasitə ilə ziyalı ilə ruhani arasında uçurumu dərinləşdirməyə çalışırdılar. Şəhid Mütəhhərinin irşad hüseyniyyəsindən uzaqlaşmasının bir səbəbi belə hadisələr idi. Şəhid Mütəhhəri genişqəlbli insan olsa da durum ağır idi. Şəhid Mütəhhəri deyirdi ki, Müctəba Meynəvi dini şəxs olmasa da ondan istifadə etmək lazımdır. Şəhid Mütəhhərinin nəzərincə pak niyyətli bütün alimlərdən faydalanmaq zəruridir. O başa düşmüşdü ki, pərdə arxasında olan əllər onu doktor Şəriətidən uzaqlaşdırmaq istəyir.

Sual: Şəhid Mütəhhəri ilə doktor Şəriətinin münasibətləri necə olub? Bu münasibətlər əvvəlcə isti olub ki, sonradan soyuqluq yaranıb?

Cavab: Doktor Şəriəti şəhid Mütəhhərinin dəvəti ilə irşad hüseyniyyəsinə gəlib. Atam düşünürdü ki, qərbdə təhsil almış dindar bir insanın müasir və gözəl dilindən istifadə olunmalıdır. Bu baxımdan doktor Şəriətini nemət saymaq lazımdır. Sonradan Minaçi və başqaları araya girib münasibətləri pozdular. Doktor Şəriəti pak insan idi. Elə buna görə də atama icazə vermişdi ki, onun yazılarına əl gəzdirsin.

Sual: Doktor Şəriətinin yazılarını kimlər redaktə edə bilərdi? Məhəmmədriza Həkimi də həmin adamlardan idi:

Cavab: Bəli. Mühəndis Bazərqan da vardı. Amma geri çəkildilər, sonradan imzalarını geri götürdülər. Bəzi hadisələrin təsiri altında geri çəkildilər və şəhid Mütəhhəri tək qaldı. Sonra İnqilab sürətlə qələbə nöqtəsinə çatdı. Şəriətinin əsərlərini yenidən nəzərdən keçirməyə imkan olmadı. Şəhid Mütəhhəri şəmsi 1358-ci ildə (34 il öncə) şəhadətə çatdı, başqaları da bir iş görmədilər. Hansı ki Şəriətinin əsərlərinin yenidən işlənməsi nəzərdə tutulmuşdu. Şəhid Mütəhhəri düşünürdü ki, islamşünaslıq bir ixtisasdır. Dini təhsil almamış insan dini düzgün anlaya bilməz. Söhbət qalstuk və libasda deyil. Daha dərin məsələlərdən danışılır. Atam ruhani libasını sevsə də bu sahədə təəssübkeş deyildi. Mühəndis Bazərqan, azadlıq hərəkatının fəalları, ziyalılarla rabitəsi vardı. Şəriətinin islamşünas olmaması iddiası elmi bir gerçəklikdir. Bu sözdə təəssüb yoxdur. 
Qeybi maarif, dini təlimlər əzəli və əbədidir, heç zaman dəyişmir. Amma din insanla bağlı olduğundan və insan ictimai şəraitə uyğun olaraq dəyişdiyindən, İslamda da müəyyən şərtlər nəzərə alınır. Bizim fiqhimiz canlı bir fiqhdir. Şəhid Mütəhhəri həm ənənəvi din alimi, həm də dini ziyalı sayılırdı. Hazırda bizim elə insanlara ehtiyacımız var ki həm İslam maarifinə bələd olsun, həm də qərb dünyasını tanısın. İslam maarifinin müasir ədəbiyyatla təbliği lazımdır. Belə adamlar həm dini təfsir edə bilir, həm də qərbi tənqid etməyi bacarır. Biz ruhani-ziyalı rabitələrini lazımınca tanımalıyıq. Dini ziyalılar dinin əsaslarına lazımınca diqqətli deyil. Təəssüf ki ənənəvi ruhanilər də yenilikçiliyə diqqət göstərmir. Hər iki tərəfdən problemlə üzbəüzük.
Doktor Şəriətinin əsərləri bir tərəfdən gözəldir, digər tərəfdən tənqidə ehtiyaclıdır. Biz Şəriətinin, dini ziyalılığın yerini dəqiqləşdirməliyik. Bəziləri dini ziyalılıqla müxalifdirlər. Bu niyyətlə doktor Şəriətini inkar edirlər. Başqa bir qrup ziyalılığa, yenilikçiliyə sevgi səbəbindən Şəriəti və onun əsərlərini qeyd-şərtsiz qəbul edir. 
Bu gün də doktor Şəriətinin vaxtındakı problemlərlə üzbəüzük. Bəzi universitet adamları fəlsəfə və İslam maarifinin tamından xəbərsizdir, ustad görməyib, ilk addımda qərb fəlsəfəsinin sorağına gedib. Bu səbəblərdən İslam fəlsəfəsini kiçik görür. Biz əvvəlcə öz İslam maarifimiz, İslam fəlsəfəsi ilə dəqiq tanış olmalı, sonra qərb maarifini öyrənməliyik. 
İqbal Lahurinin də belə səhvləri vardı. Amma İqbalın mənəvi, işraqi ruhiyyəsi yüksək idi. İxtisası də fəlsəfə idi. Bu baxımdan doktor Şəriətidən üstün idi. Bu xüsusiyyətlər İqbalın nöqsanlarını müəyyən həddə aradan qaldırırdı.

Sual: Şəriətinin fantaziyalı baxışlarının kökü onun qeyri-dini ziyalı olmasında idi? Bu baxış Şəriətinin ünsiyyətdə olduğu qeyri-dini çevrələrdə müşahidə olunur. Doktor Şəriəti mərhum Məhəmmdtəqi Şəriətinin oğlu olsa da, mövzuya girişimiz dini deyil. 

Cavab: Qeyd etdiyiniz nöqtə düzgündür. Şəhid Mütəhhəri düşünürdü ki, öncə İslam maarifini öyrənmək, sonra qərb maarifi ardınca getmək lazımdır. Xatırlayıram ki, şəhid Mütəhhəri cənab Xatəmiyə deyirdi: "Hələ tezdir, qərbin sorağına bir az ötsün, sonra gedərsən." Bir çox büdrəmələrin səbəbi bu ola bilər ki, İslam maarifi ilə dərindən tanış olmadan qərbə üz tuturlar. Şəhid Mütəhhəri qərbi araşdırmağı faydalı iş sayırdı. Özü həmişə deyirdi: "Mənim nöqsanım ingilis dilini bilməməyimdir. Qərbə gedib qərb alimləri ilə dialoqa girməyi arzulayıram. İstəyirəm ki, Avropa və Britaniyada İslam haqqında danışım." Atam bizə tövsiyə edirdi ki, ingilis dili üzərində çox işləyək. Qeyd edirdi ki, tərcümələri mütaliə etmək bəs etmir, xarici dil bilmək lazımdır. Kitabları orjinaldan oxumağı faydalı sayırdı. Deyirdi ki, tərcümədə əsərin incəlikləri qorunmur. Bəzən iqtisadiyyatçı alimlər atama deyirdilər ki, biz sizin iqtisadiyyatla bağlı bildiklərinizi bilmirik. O çox hafizəli insan idi. Bununla belə kitabları orjinaldan oxumağa üstünlük verirdi. Əgər atam xarici dil bilsəydi baxış üfüqlarəri daha geniş olardı.
Doktor Şəriəti bilmədən nöqsana yol verirdi. Onun qərbə marağı qərəzli, məqsədli deyildi. Bəziləri onu dinsiz, şiəlikdən çıxmış adam kimi sayırdılar. Atam deyirdi ki, bu sözlər cəfəngiyyatdır və dini hörmətdən salır. Doktor Şəriəti müsəlman idi, ixlaslı insan idi, dinə xidmət etmək istəyirdi. Nöqsanı bu idi ki, İslam maarifi ilə qədərincə tanış deyildi. Digər tərəfdən, təhsil fəzası qərb ziyalılığının təsiri altında idi. Bu səbəbdən bəzən yenilikçilik və gözəllik onun dini maarifə diqqətini azaldırdı. Elə bu məqamda o dini ziyalılıq çevrəsindən çıxırdı. Onun əsərləri çeşidlidir. Müxtəlif mövuzularda, o cümlədən islamşünaslıq mövzusunda yazıb. Onun əsərlərini tənqid üçün şəxsiyyətini hər tərəfli nəzərdən keçirmək lazımdır.
Bir baxışla hansısa cəryanı inkar etmək olmaz. Bu ağıl və məntiqə uyğun deyil. Bu hal cəmiyyətimizin dəyərli bir hissəsini İslamdan qaçırır. Düşünürəm ki, Şəriətini tənqid etməklə yanaşı onun əsərlərinin dəyərini dilə gətirməliyik. Şəriəti büt deyil. Onun qərb ziyalılığına meyli, büdrəmələrini də nəzərdə saxlamalıyıq. Bəzi gənclərimiz elə düşünür ki, Şəriətinin ümumiyyətlə səhvi olmayıb. Atam deyirdi ki, Şəriətini tənqid etmək istəsəm on gözəlliyini, on beş eyibini dilə gətirsəm, dözməzsiniz. Yadımdadır ki, zamana ehtiyac olduğunu düşünürdü. Deyirdi ki, bir çox problemlər zaman keçdikcə həll olur. Şəhid Mütəhhəri deyirdi ki, bütün bunları yazsaq çoxları narazı qalar. Hazırda bu məsələlər üzərində dayanmaq məsləhət deyil. Şəriətinin əsərlərinin həm müsbət və həm də mənfi tərəfləri var. Əsərləri və şəxsiyyətini əhatəli bir baxışla nəzərdən keçirmək lazımdır.

Sual: Şəhid Mütəhhərinin doktor Şəriəti ilə münasibəti necə idi?

Cavab: Atam Şəriəti ilə yola gedir, dinin əsas mövzularında müzakirə aparmırdı. Atam deyirdi ki, insanların dini tutumu və istedadı eyni deyil. Hamı ali dərəcədə ola bilməz. Düşünürdü ki, hər bir insan dindarlığı səviyyəsində möhtərəmdir. Bu mənada yola getmək, sülhlə yaşamaq yaxşıdır. Qeyd edirdi ki, düşüncə azadlığımız olmalıdır, bəzilərinin yanlış fikirlərinə dözümlü olmalıyıq. Bu zəiflik deyil. Kitab əhli də bu sıradandır. Bəzən bu sərhədlər düzgün müəyyənləşdirilmir.

Sual: Sülhlə keçinməyin sərhədləri haraya qədərdir?

Cavab: Mövzu dini həqiqətlər olanda şəhid Mütəhhəri öz şəxsiyyətini nəzərə almadan açıq-aşkar əqidəsini bəyan edirdi. Düşünməzdi ki, sərt danışsa onu dini ziyalı saymazlar. Ayətullah Xəzəli deyir ki, Salman Rüşdi mövzusunda İmamın sərt mövqeyini onun nəzərinə çatdırdıq. Dedik ki, bu sərt mövqe məsihilər arasında onun hörmətini azalda bilər. İmam elə bir söz dedi ki, görüşdəkilərin rəngi qaçdı. İmam buyurdu: "Quranın, Peyğəmbərin hörməti təhlükədədir, mənim hörmətin dəyəri nədir?!" Söhbət həqiqətdən gedəndə İmam özünü yaddan çıxarırdı. Şəhid Mütəhhəri nə qədər ki, mövzu Allah, Peyğəmbər və Quran deyildi dini ziyalılırla yola gedirdi. Bu mövzular təhrif ediləndə güzəştə getməzdi. Şəriətidən də belə bir məqamda ayrıldı. 
Ruhaniyyətin cazibəsi olduğu kimi, sərtliyi də var. Bu gün də Şəriəti haqqında müxtəlif fikirlər bildirilir. Amma o əfsanə deyil. Şəriəti biganələrə də işləməyib. O dini mütəfəkkir, dini sosioloq idi. 

Sual: Amma İmamın doktor Şəriətiyə münasibəti daha qətiyyətli idi. İmam Şəriətini "ruhanisiz İslam" tezisinə onun ölümündən sonra münasibət bildirir. Nə üçün Şəriəti həyatda olarkən İmam münasibət bildirmədi?

Cavab: Bu tezis imperializmə məxsus bir tezisdir. İmam həmin dövürdə bu tezisə münasibət bildirməyi münasib saymırdı. Əgər İmam fürsət tapsaydı belə mövzuları araşdırardı. Şəhid .Mütəhhəri də o cümlədən. Mütəhhəri "İslam hərəkatları" kitabında yazır ki, Şəriətinin tənqidi ilə bağlı sözlərim var, amma demək istəmirəm. Şəhid Mütəhhəri də zamanı münasib saymırdı. Onun nəzərincə solçuluğa rəvac verən doktor Şəriəti olmuşdu. Özü də bilmədən belə bir səhvə yol vermişdi. Marksistlər kapital, din və dövləti, doktor Şəriəti zorakılıq və dəbdəbəçiliyi inkar edirdi. Marksizm nəzəriyyəsini oxuyan tələbə Şəriətinin fikirləri ilə tanış olanda oxşarlıqlar tapırdı. Beləcə solçu müsəlmanlar səhnəyə gəldi. Hətta xalq mücahidləri, fürqan qrupu onun solçu fikirlərindən bəhrələnirdi.

Sual: Şəhid Mütəhhəri doktor Şəriətiyə, yoxsa doktor şəhidə yaxınlaşırdı?

Cavab: Öncə şəhid Mütəhhəri İslamın mənafeləri xatirinə doktor Şəriətinin sorağına getdi. Amma Minaçi imkan vermədi ki, onlar arasında yaxşı rabitə yaransın. Şəhid Mütəhhəri bu cərəyandan ayrıldı və elan etdi ki, Şəriəti bu yolu ruhanisiz getmək istəyirsə, yolumuz ayrıdır, onunla razı deyilik. Atam bu əqidədə idi ki, doktor Şəriəti ruhaniyyətin tövsiyələri olmadan büdrəyir. Onun ən böyük səhvi "rahunisiz İslam" tezisi idi. İmam məhz bu sözə görə Şəriətiyə xoş münasibətdə deyildi.
İmam buyururdu ki, şeyx Bəhai, Əllamə Məclisiyə hücum edən şəxs İslamı dərk etmir. Doktor Şəriəti deyirdi ki, bizim İbn Sinaya yox, Əbuzərə ehtiyacımız var. Şəhid Mütəhhəri etiraz edirdi: "Xeyr, cənab ziyalı! Bizim həm Əbuzərə, həm də İbn Sinaya ehtiyacımız var." Şəriətinin baxışları sosialogiya üzərində qurulmuşdu. O problemlərə tarix, sosialogiya prizmasından yanaşıprdı. İnqilabı ictimai aspektdən təhlil edirdi. Hansı ki İslam maarifinə təşnə idi, xidmət etmək istəyirdi, dinə can yandırırdı. Atası böyük və şərafətli bir insan idi. Təəssüf ki Şəriəti bu imtiyazdan faydalana bilmədi. 
Doktor Şəriəti ruhaniyyəti tənqid etmək əvəzinə inkar etdi. Missiyası mübarək idi. Pak insan olduğundan əsərlərinin redaktəsini və tənqidini atama həvalə etmişdi. Bir qrup şeytan aranı qızışdırırdı, arada yaranmış soyuqluqdan istifadə edirdi, elm və din, ziyalı ilə ruhani arasında uçurum yaradırdı. 

Sual: Şəriətidən sonra onun düşüncələrinə əsaslanan cərəyanlara necə baxırsınız?

Cavab: Şəriətidən sonra onun səhvini davam etdirənlər oldu. Bu adamlardan biri də Süruşdur. Onun da əsərlərində müsbət və mənfi tərəflər var. Amma Şəriəti hərtərəfli araşdırılası bir şəxsiyyətdir. Onun Həcc, Fatimə Fatimədir kitabları faydalıdır, amma sosialogiya, tarixi baxımdan araşdırılıb. Onun əsərləri sırf İslam maarifi əsasında nəzərdən keçirilməlidir. Bu əsərlərdə kifayət qədər nöqsanlar var. Bununla belə Şəriəti öz xüsusi baxışı ilə insanları İslama cəlb edə bilib. 


Şəhid Mütəhhərinin oğlu Müctəba Mütəhhəri ilə söhbət  (1)

P.S. Ustadın parlamentdəki oğlu Əli Mütəhhəridir.

Sual: Əgər doktor Şəriətiyə açıq gözlə baxmaq istəsək görərik ki, şəriəti dini sosiologiya, mədəniyyət tarixi, dinlər tarixi, İslam tarixi, ictimai-siyasi məktəblər ixtisasları üzrə dərin araşdırmalar aparsa da onu islamşünas adlandırmaq olmaz. Nə üçün?

Cavab: Çünki İslam ensklopediyası, ümumiyyətlə bütün İslam dini maarif məcmuəsindən ibarətdir. Peyğəmbərlərin maarifi humanitar elm sayılır, sırf dini təlimlərdən ibarət deyil. Bəlkə də bu baxımdan ilahiyyat və ədəbiyyat institutlarını bir-birindan ayırmaq düzgün deyil. İslam təlimləri humanitar elmlərdən ayrı deyil. Atam deyərdi ki, mənim ixtisasım ilahiyyat və humanitar elmlərdir. İslam ensklopediyasında İslam fiqh, üsul, təfsir, hədis, kəlam, fəlsəfə, irfan, sosiologiya, psixologiya kimi elmlərin məcmusu şəklində təqdim olunur. İslamdan danışan insan bu elmlərdən məlumatlı olmalıdır. Problemin həlli üçün bu məcmunu bilmək zəruridir. Bu baxımdan sadalanan təlimlərə kifayət qədər bələd olmayan insanı islamşünas adlandıra bilmərik. 
Hər bir insan fəlsəfə və başqa sahələrdə öz ixtisası üzrə danışa bilər. Amma bütün humanitar elmlər barədə münasibət açıqlaya bilməz. İki-üç humanitar sahəyə bələd olan insanın ümumi maarifdən danışması düzgün deyil. Digər tərəfdən, İslam maarifində bünövrə fiqh və fəqihlikdir. Bu sahədə çalışanlar psixologiya, hikmət, irfana maraqla əvvəlcə ədəbiyyat, fiqh və üsul oxuyurlar. Yalnız bundan sonra maraqlandıqları sahəyə üz tuturlar. 
Doktor Şəriəti dini ziyalı, aydınlardandır. Onun müəyyən həddə qədər İslam maarifi ilə tanışlığı olub, bu elmlərlə maraqlanıb. Qərbdə təhsil alıb, onun təhsil fəzası qərbdən ilhamlanıb. Doktor Şəriəti ədəbiyyatı, müasir dünya standartlarını bilib. Məqsədi bu olub ki, İslamı yeni meyarlarla, müasir dillə dünya və hazırkı nəslə çatdırsın. Bu işin hazırda adı yenilikçilikdir. Şəhid Mütəhhəri bu əqidədə idi ki, doktor Şəriəti dini ziyalıdır və modern dünya ilə yaxından tanışdır. Şəhid Mütəhhərinin nəzərincə doktor Şəriətini böyük din alimi, təqlid mərcəsi ilə sıx bağlılığı zəruri olub. Təkcə Şəriəti yox, bütün ziyalılar böyük din alimləri ilə əlaqədə olmalıdır ki, səhvlərdən, büdrəmələrdən qaça bilsin.

Sual: İrşad hüseyniyyəsində doktor Şəriətinin problemi, o dövrün ixtilafları dediklərinizlə bağlıdır?

Cavab: Atam irşad hüseyniyyəsinə qədəm qoyduğu gündən deyidi ki, doktor Şəriətinin vücudundan bəhrələnmək lazımdır. O əmin idi ki, Şəriəti mübarək bir hadisədir, amma böyük ruhanilərin nəzarəti altında olmalıdır. Atamın fikri bu idi ki, doktor Şəriəti bəsirətli dini ziyalılardandır və ondan İslam yolunda istifadə edilməlidir. Bu işdə onun söhbət və əsərlərinin ruhani nəzarətində olmasını zəruri sayırdı. 
Dini ziyalılığın problemi var. Bu problem yenilikçiliklə bağlıdır. Az ziyalılar dinin üsullarına ehtiyatla yanaşır. Yenilikçilik, forma dəyişikliyi öz-özlüyündə yaxşı işdir. Amma bu işdə dinin üsullarını, fiqhi bilmək lazımdır. Dini ziyalıların, o cümlədən doktor Şəriətinin problemi bu idi ki, İslam maarifi ilə dərindən tanış deyildi. Şəhid Mütəhhəri düşünürdü ki, hər yeni sözü dilə gətirmək olmaz. Sözün gözəl olması bəs etmir, bişmiş söz demək lazımdır. Doktor Şəriəti isə dəqiqlikdən daha çox gözəlliyə meyilli idi. Şəhid Mütəhhəri gözəl bəyanı böyük nemət sayırdı. Amma deyirdi ki, bu gözəllikdə ölçülü, bişmiş olmaq şərtdir. Gözəllik bəzən ziyalını qərbə meyilləndirir, büdrəmələrə aparır. 

Sual: Siz dediklərinizə misal göstərə bilərsiniz? Şəriəti hansı işi ilə dini ziyalılığı qərb ziyalılığına yaxınlaşdırdı?

Cavab: Doktor Şəriəti ruhaniləri tənqid edərkən bəzən "ruhanisiz islam" şüarı ilə çıxış edirdi. Bu barədə atam İmam Xomeyni ilə eyni fikirdə idi. Hər ikisi deyirdilər ki, ruhaniyyətin problemi var, ruhaniyyət tənqid olunmalıdır, bununla belə, cəmiyyətin ən şərafətli və pak zümrəsi ruhanilərdir. Onların nəzərincə cəmiyyətdə ruhaninin yerini tutacaq zümrə yox idi. Doktor Şəriəti ruhaniyyəti inkar etməməli idi. Ruhanilərin tənqidi ruhaniliyin islah və hifzinə xidmət etməlidir. 
Ruhaniyyət möhkəm kökləri olan ağacdır. Bəzən bu ağaca xəstəlik gəlir. Bu xəstəliyə görə onu kəsmək olmaz. Şəhid Mütəhhəri, ilk öncə İmam Xomeyni bildirirdi ki, ruhaniyyəti tənqid etməyin eybi yoxdur. Ruhaniyyət yeniliyə, düşüncəyə, irfana, gözəlliyə qarşı olanda tənqid edilməlidir. O zaman bəzi ziyalılar islah yox, inkar məqsədilə ruhaniləri hədəfə almışdı.

Sual: Ruhanini kim tənqid edə bilər?

Cavab: Bu sahədə müsbətə doğru dəyişiklik edə biləsi zümrə ruhanilər özləridir. O insanlar ki, hövzə və ruhaniliyə aşiqdir, özü bu zümrədəndir. Ruhanilər özləri öz sahələrini islah və tənqid etməlidir. Kimsə kənardan bu işi görə bilməz. Şəhid Mütəhhəri, şəhid Behişti kimi insanların yazdığı məqalələr göstərir ki, universitet əhli ruhaniyyəti tənqid edə bilməz. Bu işi müqəddəs hövzənin alimləri, mərcə alimlər görməlidir. Hövzəni onlar ayağa qaldıra bilər, onlar dəyişə bilər. Atam hövzəni də tənqid edirdi. Deyirdi ki, hövzədə yeni mövzular, günün problemlərindən danışılmalıdır və hövzə dəyişməlidir. Bununla belə düşünürdü ki, hövzə və ruhaniyyət hifz olunmalıdır. 
Hövzəni ləğv etmək olmaz. Onun yerində universitet yaratmaq düzgün deyil. Şəhid Mütəhhəri "İslamşünaslıq" kitabında gözəl bir ifadə işlədir: "İslamşünaslıq, yoxsa İslamın tərənnümü?!" Atam deyirdi ki, doktor Şəriəti İslamı zövq və gözəlliklə bir süjet kimi təqdim edir. Hansı ki İslam mərifət mövzusudur. Onu tanıyandan sonra gözəl təfsirlərə başlamaq olar. Şəhid Mütəhhəri düşünürdü ki, Şəriətinin işi şərqi tanımadan sevən Viktor Hüqo, Höte, Fransa və Alman şairlərinin işi kimidir. Amma İqbal Lahuri kimi şəxsiyyətlər həqiqi şərqşünas olub. Çünki şərqdə yaşayıb. İslam mərifət mövzusudur. Onun mənbələri var, sadəcə süjet deyil. Doktor Şəriəti Hüqo və Höte kimi İslamı şeir süjetinə çevirdi, onun tərənnümü ilə məşğul oldu. 
Şəhid Mütəhhəri doktor Şəriətiyə çox ədəblə yazırdı: "Ey əziz və böyük qardaş! Kaş İslamı onun əsl mənbələrindən tanıyıb təfsir edəydiniz. İnsan İslam elmlərini mütaliə etməsə, ustad qarşısında əyləşməsə İslamı düzgün tanıya bilməz. Siz əsl İslam mənbələrinə istinad etmədən hövzə təhsili almadan sırf İslamı süjet seçmisiniz."
Bu gün cəmiyyətin əsas problemlərindən biri tənqid əvəzinə inkar etməkdir. Bu olduqca zərərli bir hadisədir. Əgər söz bişmiş olsa, yerində deyilsə, qarşı tərəf onu qəbul edər. Bəzən tələbələr doktor Şəriətinin səhvlərini təəccüblə qarşılayırlar. Deyirik ki, Molla Sədra, İbn Sina kimi şəxslər də səhvə yol verib. Böyük istedadların da səhvi olduğunu yada salırıq. Deyirik ki, belə bir şəraitdə Şəriətinin səhvə yol verməməsi mümkün deyildi. Bu sözlərlə tələbələr sakitləşir, razılaşır. 
Bəzən insanları səhvlərinə görə inkar edirik. Tənqid əvəzinə inkara əl atırıq. Ağıllı iş budur ki, doktor Şəriətini inkar yox, düzgün tənqid edək. Mərhum Cəfəri oğluna deyib ki, Şəriətinin "Həcc" kitabını oxumamış həccə getmə. Şəriətiyə münasibətdə iki yanlış münasibət var. Bir qrup şəxs onu əfsanələşdirir, başqa bir qrup dinsiz sayır. 


Nur-az.com
6537 dəfə baxılıb
ожидание...