Размер шрифта:
A+
A
A-
31 Декабрь 2018

Namazda ixlas

İxlassız ibadətin heç bir faydası yoxdur
فَوَيْلٌ لِلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ الَّذِينَ هُمْ يُرَاءُونَ

"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar." (Maun, 4-6).

İzah: İxlas bütün ibadətlərin qəbul olunma şərtidir. İxlassız ibadətin heç bir faydası yoxdur. Bu həqiqət “Maun” surəsində çox gözəl və təsirli şəkildə bəyan olunmuşdur. Burada Allah iki qrup namaz qılanların məşum və təəssüf doğuran aqibətindən xəbər vermişdir: 1. Namazlarını qılmaqda səhlənkarlıq edənlər; 2. Namazda gerçək məbud əvəzinə digər məqsədlərə könül verən və məxluqatın razılığı üçün ibadət edənlər. Qeyd edək ki, Allah “Nisa” surəsinin 142-ci ayəsində namazda riya və özünü nümayiş etdirməyi münafiqlərin xüsusiyyəti adlandırır.

Hədis: İslam peyğəmbəri (s): “Bəzi namazların yarısı, üçdə biri, dörddə biri, beşdə biri, onda birinə qədər qəbul olunur. Bəzi namazlar isə əzilmiş köhnə bir şey kimi sahibinin üzünə çırpılır. Namazın yalnız öz qəlbinlə üz tutduğun hissəsi sənə aiddir.” (Biharul-ənvar, c. 84, səh. 260, hədis: 59).
3929 dəfə baxılıb
ожидание...