Размер шрифта:
A+
A
A-
01 Март 2019

Sınaq ayəsi

Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də imamət istədi.
وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ

"Rəbbi İbrahimi (bəzi) kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara imam edəcəyəm!” – dedi. (İbrahim:) “Nəslimdən də (imam et)!” – dedi. (Allah:) “Zalımlar Mənim (onlarla) əhd (bağlamağıma) nail olmazlar!” – dedi." (Rum, 30).

İzah: Bu ayə həzrət İbrahimə (ə) ağır ilahi sınaqlardan başıuca çıxdıqdan sonra imamət məqamının verilməsindən xəbər verir. Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də imamət istədi. Amma Allah təkidlə bildirdi ki, imamət xüsusi bir məqamdır və onun nəslindən zalım olanlara verilməyəcəkdir. Bu ayə imamın məsum olmasını göstərən dəlillərdən biridir. Çünki hər növ zülm və ədalətsizliyin, harada olursa olsun, kimin etməsindən asılı olmayaraq, yüksək imamət məqamından məhrum olmağa səbəb olur. Digər tərəfdən bilirik ki, günah da Allaha və özünə zülm hesab olunur. Odur ki, imamət məqamının verilməsi üçün məsumluq zəruridir. Qeyd edək ki, bu ayədən imamət məqamının nübuvvət məqamından üstün olması da aydın olur. Çünki həzrət İbrahim (ə) nübuvvətdən sonra imamət məqamına yüksəldi.

Hədis: İmam Rza (ə): “Bu ayə Qiyamətə qədər hər bir zalımın imamət və xilafətini batil edir.” (Kafi, c. 1, səh. 199, hədis: 1).
6553 dəfə baxılıb
ожидание...