İncəsənət sözü bugünkü anlamda estetik (bir növ mənəvi) zövq verən əsər mənasındadır. İncəsənətdə kriteriya qarşıda dayanmış insanda əsər vasitəsilə ehtizaz yaratmaq məharətidir. İnsan yarandığı gündən onda yaratmaq marağı olub. Bu baxımdan ibtidai insanların qayalara çəkdiyi zahirən primitiv şəkillər də incəsənət nümunəsidir. Amma ümumi halda incəsənətin başlanğıcı yunan-roma cəmiyəti ilə əlaqələndirilir.
İncəsənət əsərləri statik və dinamik əsərlərə bölünür. Rəsm, qrafika, dekorativ-tətbiqi sənət, heykəltəraşlıq, fotoqrafiya, kino, teatr, opera, sirk, arxitektura, ədəbiyyat, musiqi, natiqlik, kompyuter sənəti və s. incəsənət növləridir.
Məşhur sənət əsərləri adətən muzeylərdə qorunur. Hazırda dünyada 100 min muzey rəsmən tanınır. Dünyanın ən məşhur muzeyləri:
-Luvr muzeyi (Fransa, Paris, 1793)
-Milli incəsənət qalereyası (Vaşinqton, ABŞ)
-Metropolitan (Metropoliten) muzeyi (Nyu-York, ABŞ, 1879)
-Uffitsi qalereyası (Florensiya, İtaliya)
-Ermitaj (Sankt-Peterburq, Rusiya)
-Prado muzeyi (Madrid, İspaniya)
-Britaniya muzeyi (London, Böyük Britaniya, 1753)
-Misir muzeyi (Qahirə, Misir, 1853)
-Vatikan muzeyi (Vatikan, İtaliya)
İncəsənətin mühüm sahələrindən biri də arxitektura, memarlıqdır. İslam memarlığı dünyada diqqət mərkəzində olan əsərlərə malikdir. Onlardan biri də Tac Məhəl türbəsidir. Bina 5-ci hind qorqan imperatoru Şah Cahanın əmri ilə, iranlı zövcəsi Banu Bəyimin (Mümtaz Məhəl) xatirəsinə tikilmişdir. Mümtaz Məhəl 1631-ci ildə doğuş üstündə dünyasını dəyişmişdir. Türbənin tikintisində 20 min memar çalışıb. Tikintiyə 1632-ci ildə başlanıb. Tikinti 15 ilə başa çatdırılıb.
Nur-az.com