Размер шрифта:
A+
A
A-
22 Июнь 2014

“Ramazanın əzəməti Quranla bağlıdır!”

Ramazanda Quranla rabitə

Höccətülislam vəlmüslimin Qəraəti ilə söhbət


Sual: Ramazan ayının Quranla nə kimi rabitəsi var?

Cavab: Namazdan qabaq azan deyilir və ya novruz bayramından qabaq şəhər məsulları bayram bazarlıqı üçün tədarük görür, müsafirlərə şərait yaradır. Ramazandan da qabaq hazırlıq lazımdır. Ramazan ayının böyüklüyü oruc tutmaq yox, Quranla bağlıdır. Ramazan ayında həm oruc vacib olub, həm də Quran nazil olub. Allah Quranın əzəmətindən danışanda buyurur ki, ramazan ayı Quranın nazil olduqu aydır. Bu, Quranın nazil olmasının oruc tutmaqdan əhəmiyyətli olduqunu göstərir.

Biz Quranın haqqını ödəyirikmi? İnsan küfr, həsəd, yalan kimi ruhi xəstəliklərə yoluxanda dava-dərmana ehtiyacı olur. Allah buyurur ki, Quran şəfadır. Insan öz işlərində şəkkə düşsə, Quran insanı şəkdən çıxarır. Quran qaranlığı aradan qaldıran nurdur. Quran buyurur ki, biz höccəti tamamladıq, xəbərdarlığı başa çatdırdıq. Biz başımızı itirəndə dəlillərə ehtiyac duyuruq. Quran dəlildir. Əgər insan dəlil sorağındasa bilməlidir ki, Quran dəlildir. Quranda kifayət qədər dəlil var ki, hakimiyyət həzrət Əlinin (ə) ixtiyarında olmalıdır.

Quranda deyilir ki, həzrət Davud Calutu öldürdü. Allah buyurur ki, bu işinə görə Davuda elm və hakimiyyət verdik. Bu tarixdir. Demək, Allahın lütfləri hikmətsiz olmur. Əhzab döyüşündə həzrət Əli (ə) Əmr ibn Əbdüvədi öldürdü. Demək, hakimiyyət Əlinin (ə) ixtiyarında olmalıdır.

Quranda Yusifin dastanı nəql olunandan sonra Allah buyurur ki, siz də təqvalı olsaydınız Yusifə verdiyimizdən sizə də verərdik. Allah Yunisin əhvalatından dolayı buyurur ki, Yunisəa verdiklərimizdən möminlərə də verərik. Bu bir qanundur. Allah qanun əsasında kiməsə nəsə verir.

Allah bizə danışmaq qaydalarını öyrədir. Peyğəmbər düşmənlərinə birbaşa demirdi ki, siz səhf edirsiniz onları söhbətə dəvət edirdi. Söhbətdə kimin haqlı olduğu bilinirdi. Mədəniyyətlərin dialoqu elə Qurandakı dialoqlardır.

Inqlabın əvvəllərində münafiqlərdən biri məktəblərə gedib şagirdlərə təbliğat aparırdı. Mən onu izləyib sinfə daxil oldum. Şagirdlərə deyirdi ki, ölkədə azadlıq yoxdur, ruhanilər bütün postları tutub. Mən uşaqlara üz tutub dedim ki, bu ağa danışır, mən cavab verirəm, siz də dinləyib düzgün saydığınızı qəbul edirsiniz – azadlıq budur!
Fürqan qrupunun rəhbəri şah dövründə çıxışlar edirdi. Bir gün küçədə rastlaşdıq və əyləşib söhbət etdik. Mən gördüm ki, onun heç bir sözü Qurana əsaslanmır. Həmin dövrdə şəhid Mütəhhəri Qumda tədrislə məşqul idi. Mən fürqançıya dedim ki, sizin sözlərinizi cənab Mütəhhəriyə çatdırıb, cavabını sizə deyərəm. O başa düşəndə ki mənim Mütəhhəri ilə əlaqəm var, mənə xain deyib uzaqlaşdı. O istəmirdi ki, mənə danışdıqlarını onlar bilsin. Mən onun sözlərini cənab Mütəhhəriyə dedim və o məni Behişti ilə görüşdürdü. Şəhid Behişti məni şəhid Müfəttihin yanına göndərdi. Fürqançı danışdığı sözlər əsassız olduqundan bu sözləri islamşünaslardan gizlədirdi.

Din düşüncələri işiqlandırmalı, insanı inkşaf etdirməlidir. Ziyarətnamədə oxuyuruq ki, Allaha doğru getmək istəyən şəxs üçün yol aydındır. Quran nur adlandırılıb. Quran təbirincə, peyğəmbər nurdur.

Sual: Nə üçün Qurandan istifadə edə bilmirik?

Cavab: şah dövrü ilə müqayisədə Quran və təfsir sahəsində xeyli irəli getmişik. Amma lazım olan səviyyədən çox aşağıyıq. Duada deyilir ki, günahlarımı görəndə fəryad qoparıram, Allahın lütfünü görəndə istəyim artır. Hazırda Qumda yüzə yaxın Quran təfsiri dərsi var. Amma təfsir dərsinə yenə ehtiyac var. Keçmişdə minbərlərdə xütbə oxunar, şeir deyilər, rəvayət nəql edilərdi. Təfsirin yeri yox idi. Amma indi söhbətlərdə Quranın payı qorunur. Söhbət dinləyənlər Allahın bəndələridir. Biz bəndələrin əlini Allahın ətəyinə çadırmalıyıq.

Allah Quranda Zülqərneyni tərif edir. Bu şəxs imkanlarından istifadə edib. Qurana görə, xalq Zülqərneyndən elə bir sədd tikməsini istədi ki, təcavüzkarlar onların şəhərinə soxula bilməsin. Insanlar sakitlik istəyirdi. Zülqərneyn onların təklifini qəbul etdi və kömək istədi. Prezident xalqdan kömək istəməlidir. Rəhbər iynəyə, xalq sapa bənzəyir. İynə sapsız iş görə bilməz. Xalq prezidentə kömək etməlidir. Iş necə gəldi yox, qaydasınca həyata keçməlidir. Quran buyurur ki, Zülqərneynin işləri çox möhkəm idi.

Bir iclasda dövlət rəsmləri də vardı. Namaz vaxtı çatdı, dedim ki, iclası saxlayın, namaz qılaq. Otaqda qiblə bilinmirdi. Bir şəxs dedi ki, namazı hər hansı tərəfə qılın, Qiraəti qibləni bilməməkdə bizi qınamasın. Belə yanaşma xeyirə aparmır. Bizə deyilib ki, səddin möhkəm olması üçün onu ərimiş dəmir və misdən ucaldın.

Xalq Zülqərneynə pul təklif edəndə o qəbul etmədi. Həzrət Süleyman bütün təbəqələrdən iş tələb edirdi. Hətta Hudhudu görməyəndə onun harada olduqunu soruşur.

Yusuf surəsində müdiriyyətin, rəhbərliyin 40 prinsipi göstərilib. Əgər prezident seçəndə Qurana baxmasaq demək Quranı əsas saymırıq. Qonaqlıq qaydalarından biri budur ki, dəvət edilən yerə qonaq gedərlər. Rəvayətdə tapşırılır ki, dəvət etdiyiniz qonaqı yaxşı qarşılayın, amma dəvətsiz gələn qonağın süfrəsinə evdə olan şeylərdən qoyun. Ev sahibi dəvətsiz gələn qonaqa hazır olmadıqını desə qonaq inciməməlidir. Bəziləri telefonla istixarə etdirir. Bu düzgün deyil. Məscidə gedin, namaz başa çatandan sonra istixarə etdirin. Digər tərəfdən, Allaha aid işləri istixarə etməzlər. Doğulacaq uşaqın oğlan və ya qız olması istixarəlik deyil. Istixarə Allah yox, insanın işləri üçündür. Istixarə məsləhət-məşvərətdən sonraki işdir. Qonaq getməyin bir qaydası da budur ki, daxil olanda salam verəsiniz. Indi salamlaşmaq da əhəmiyyətdən düşüb. Orduda salam təlim proqramına daxildir. Quranda salam haqqında 40 ayə var. Salavat təşəkkürdür və böyük bərəkəti var.

Qonaqlıq qaydalrından biri də budur ki, salamı isti alasan. Biri “salam” deyirsə, siz “səlamun ələykum”, deyin. Məclisə bir şəxs daxil olanda ona bir yer göstərin ki, Allah da sizə işlərinizdə yardımçı olsun. Quranda deyilir ki, Allah yolunda bir addım atsanın, Allah daim sizə lütf edəcək. Məclisdə birinə yer versəniz, Allah sizin elm və düşüncənizi gücləndirər. Bir buğda dənəsi əkirik, Allah bir dəstə sünbül verir. Allah işlərimizi islah edir. Rəcəb duasında oxuyuruq ki, Allah az iş müqabilində çox əvəz verir.

Bəzən təklif olunan iş müqbilində deyirlər ki, bu mənim işim deyil. Allah yolunda sürətli deyilik. Hansı ki Allahın qat-qat artıq əvəz verdiyini bilirik.

Qonaqlığın bir qaydası da budur ki, ev sahibi tez süfrə salsın. Saat 8-də gələn qonaq üçün saat 10-da süfrə salmaq yaxşı deyil. Çalışın ki, süfrəyə evdə bişən yeməklərdən qoyun. Quran buyurur ki, həzrət İbrahim zövcəsinin xörəklərindən süfrəyə gətirdi. Süfrə elə salınmalıdır ki, hamının əli çatsın.

Quran insana öz xörəyinə baxmasını tövsiyə edir. Məqsəd xörəyin halal olub-olmaması ola bilər. Başqalarına baxmamaq da nəzərdə tutula bilər. Quran buyurur ki, yeyin, amma israf etməyin. Tapşırılır ki, yediyindən fəqirlərə də ver, şükür et, nankorluq etmə. Hər nemətin müqbilində insan məsuliyyət daşıyır. Tövsiyə olunur ki, yeyəndən sonra durub gedin. Bəzən günorta yeməyinə peyğəmbərə qonaq olanlar axşamadək oturardılar. Ayə nazil oldu ki, yeməyinizi yeyəndən sonra dağılışın. Peyğənbər əziyyət çəkər, amma qonaqlara deməzdi ki, durun gedin.

Rəvayətdə deyilir ki, xəstəyə dəyməyə gedəndə bir qoyunu sağmaq müddətində oturun. Yəni təqribən 5 dəqiqə oturub qalxın. Gələnin çox oturması xəstə üçün əziyyətdir. Bir alim xəstələnmişdi. Ona dəyməyə gələnlər uzun müddət əyləşdilər. Alimə dedilər ki, bizə nəsihət et. Alim dedi: “Pərvərdigara, bu insanlara xəstə ilə davranmaq düşüncəsi əta et.” Quran başdan başa həyat tərzi oyrədir. Necə yaşamağı Qurandan öyrənək.

Qonaqlıq qaydalarından biri də budur ki, qonaq gedəndə ev sahibindən icazə alın. Qonaq oluğunuz müddətdə hər işdə ev sahibindən icazə almaq lazımdır.

Ramazan ayında minbərdəki söhbətin yarısı Qurandan olmalıdır. Qədr gecəsi bütün məscidlərdə “Əlğəvs” duası oxunur, amma Quran təvsirindən danışılmır. Qədr gecəsi Quranın nazil olduğu gecədir. Söhbətin mehvəri Quran və rəvayətlər olmalıdır. Ruhanilər ramazan məclislərinə hazırlaşmalıdır. Söhbət nə qədər qısa olsa ondan faydalanan da çox olar. Təbliğatda mühəndisliyə, müdiriyyətə ehtiyac var.

Sual: Qurani-kərimin 355-ci səhifəsində nədən danışılır?

Cavab: Həmin səhifədə deyilir ki, alış-verişə məşğul olmaqla Allahı yaddan çıxarmayanlar var. Yəni bir qrup insan ticarəti dayandırıb, namaza tələsər. Cumuə surəsində deyilir ki, peyğənbər cümə namazı xütbəsi oxuyanda karvan gəldi və camaat peyğəmbəri tənha qoyub alış-veriş dalınca qaçdı.


Sual: Ramazanda Quranı həyatımıza, günümüzə gətirmək üçün tövsiyəniz nədir?

Cavab: İmam-cümələr ramazan ayından qabaq ruhani və tələbələri ayağa qaldırıb hərəkat yaratmalıdır. Mən özümü sizdən yaxşı müsəlman saymıram. Amma həqiqət budur ki, Quranın dadını bilən ondan əl çəkmir. Əgər təfsiri uzatmadan qısa şəkildə danışsaq xalq Quran və Nəhcülbəlağəyə çox maraq göstərər.

Quran tilavəti məclislərinə, bu işi bacaranlara ciddi yanaşaq. Ana yaxşı Quran oxuya bilmirsə qızı ona kömək edə bilər. Quranın hər sözü elmdir. Şiələr başın qabaqına, sünnilər bütün başa məsh çəkir. Imam Sadiqdən (ə) səbəbi soruşulanda Qurana istinad etdi. Quran başın bir hissəsinə məsh çəkməyi tapşırıb. Demək, Quranın hər sözündə göstəriş var. Çox dillərdə sadəcə “getmək” sözü işlədilir. Amma Quranda sürətlə getmək, qızıla doğru getmək, gümüşə doğru getmək, dini qorumağa getmək, səfərə getmək sözləri ayrıca sözlərdir. Biz isə cəmi bir söz işlədirik. Həzrət Əli (ə) buyurur ki, Quran okeandır və bizim əlimiz onun təkinə çatmaz.

Tikdiyimiz evlər memarlıq baxımından dəbdən düşür. Quran isə belə deyil. Onun sözləri hər zaman aktualdır.

Nur-az.com
7339 dəfə baxılıb
ожидание...