Размер шрифта:
A+
A
A-
06 Декабрь 2020

Ermənistanda və bizdə müxalifət və müxalifət lideri

Ermənistan 44 günlük müharibədən sonra baş nazir Paşinyanı əvəzləməyə adam axtarırdı. Azərbaycanda olan problem onlarda da bu ərəfələr mövcud idi: müxalifət lideri qıtlığı. Bəli, Ermənistan düşmən dövlət olsa da bizdən olduqca demokratik bir dövlətdir. Prezidentlər vaxtı bitdikdə yerlərini tərk edib gedirlər. Niyə? Çünki onlarda müxalifət də müxalifətdir, xalqın da kəsəri var.

Məsələn, heç bir ay keçməyib ki, qondarma hökümətlərini itirdikləri üçün bir vaxt hay-hayla baş nazir postuna gətirdikləri Paşinyanı indi kənara atırlar. (Paşinyan bilməli idi ki, “hayla gələn vayla gedər” zərbi-məsələni yadigar qoyan ataların balaları ilə zarafat etmək olmaz!)

Paşinyan hökümət başına gələndə də elə yazırdılar ki, Ermənistanda daha çox demokratiya var, nəinki bizdə. Çünki Azərbaycanda hələ indiyədək bir jurnalistin başına beyzbolka qoyub “vayenni mayka” geyinib dövlətin əvvəl prezident, sonra baş nazir olmuş şəxsini kostyum-qalstukla oteldə görüşməyə məcbur edə bilməyib. O zamanlar da ermənilər meydanlara tökülüb günlərlə meydanlarda qaldılar və istədiklərinə çatdılar. Bəli, onların namizədini Qərb dəstəkləyirdi, elə bizim də müxalifəti Qərb dəstəkləyir, onlar da qərbpərəstdir, müxalifətimizin lideri də var. Amma, bizdə bizim müxalifət demək olar ki, heç bir işə yaramır.

İndi də Paşinyanı baş edən camaat nəhayət müxalif lideri seçə bildi. 17 müxalif partiya birləşib bir qoca kişini, Ermənistanın ilk baş naziri Vazgeni müxalifəıt lideri seçib ki, baş nazir olub ölkəni mövcud vəziyyətdən çıxartsın. Özü də bu adam Ermənistanın ilk baş naziri olmaqdan əlavə həm də birinci Qarabağ müharibəsi vaxtı Müdafiə naziri olub, Ermənistanın nizami ordusu da məhz onun baş nazir olduğu vaxtda yaradılıb. (Bunun özü sanki müharibə anonsu verir)

Deməli, Ermənistanda təkcə iki dəfə prezident seçildikdən sonra vaxtı bitəndə gedən iqtidar deyil, həmçinin, iqtidarları bəzən vaxtından tez getməyə vadar edən müxalifət də bizdəkindən daha demokratdır. Əslində, bütün məsələ daha çox xalqa qayıdır. Müxalifət də, müxalifət lideri də xalq olmasa boş şeydir. Ermənistanda məhz xalq bir yerə yığılıb yeni baş nazir seçmək istəyir.

Bizdə isə nəinki müxalifət lideri, müxalifətin özü bir işə yaraya bilmir. Həm öz aralarında didişib-boğuşmaları, həm iqtidar tərəfindən darmadağın edilmələri, həm də xalqın gözüqorxaqlığı, müxalifətə inanmamaları ölkəmizi pis vəziyyətə salıb.

Bəyənmədiyimiz erməni xalqına baxın ki, bir ay deyil ki, işğal etdikləri torpaqları itiriblər, artıq baş naziri bir kənara atır, birlik nümayiş etdirib yeni müxalifət lideri seçiblər ki, baş nazir olub ölkəni düşdüyü durumdan xilas etsin. Biz isə 30 ilə yaxındır ki, öz torpaqlarımızı ermənilərə peşkeş edənləri elə təqribən 30 ildir hakimiyyətdə saxlayan millətik. Elə düşünməyin ki, kimsə durub özündən Amerika icad edib erməniləri tərifləyir, ermənilərin bu cür olmasını 2 əsr əvvəl Mirzə Cəlil ağzı sulana-sulana qeyd edirdi.
2792 dəfə baxılıb
ожидание...