Siz tarixin ironiyası deyin, kimsə Qasim Süleymaninin ruhu Trampa qənim olur desin, biz deyirik ki, Allah Qasim Süleymaninin terror edilməsinin qisasını qatil Trampdan bu cür alır. Külbaş Tramp 4 il prezidentliyi dövründə ABŞ üçün güya bir iş görmək istədi, başqa bir dövlətin ərazisində başqa dövlətin səlahiyyətli generalını öldürdü, amma, ABŞ xalqı onun bu əməlini təqdir etsəydi bu günlərdə ABŞ qarışmazdı. Bəli, Qasim Süleymaninin ildönümü ərəfəsində Tramp da rüsvayçı bir şəkildə tarixin zibilliklərinə gömülür. Bu günlərdə ABŞ qarışıb. Dövlət çevrilişi baş verə bilər. Tramp sırtıq kimi hakimiyyətdən yapışıb getmək istəmirdi. Amma, sən saydığını say, gör fələk nə sayır.
Hansı müsəlmandan soruşsanız deyəcək ki, yüz dənə Tramp kimi gədələr Qasim Süleymaninin bir dırnağı olmaz. Bu, müsəlmanın mövqeyidir. Bəs, abşlının mövqeyi nədir? Burasını yəqin bilirik ki, hətta, İranda mövcud quruluşla barışmayan insanlar belə Qasim Süleymaninin dəfnində, şəhər-şəhər gəzdiriləndə necə canfəşanlıqla iştirak etdilər. Tramp zənn elədi ki, İranda hərbi qüvvələri və şəhadət ruhunu bu cür zəiflədə, aradan apa bilər, amma əksinə, Qasim Süleymani bütün müsəlman dünyasında bir məktəb qoyub getdi. Trampa gəlincə, görünür ki, xalq onu sevmir, sevsəydi ikinci dəfə də prezident seçilərdi. Həmçinin, xalq tərəfindən Tramp sevilsəydi bu gün ordu da, xalq da onun tərəfində dayanardı.
Maraqlıdır ki, İranda bir balaca qarışıqlıq olan kimi həyasız arvad mövqeyindən çıxış edən bəzi zümrələr bu aralar susublar. Tez-tez ABŞ-dan pul alıb İranın ziddinə danışan agentlər nədənsə yoxdular.
Düzdür, bəzi dırnaqarası müsəlmanlardan fərqli olaraq ABŞ-da bu cür halların baş verməsi o qədər də qorxulu deyil. O bəzi müsəlmanlardır ki, tez “tırkaya” gedir, amma, Amerika kimi bir dövlətdə bu cür halların baş verməsi nəticədə nəyisə dəyişmir. Gedən Trampdır, gələn Co Bayden. Quruluş həmin quruluşdur – zahirdə demokratiya, əslində fitnəkarlıq! Təbii ki, ABŞ-da hal-hazırda demokratiyanın adı qalıb. Ayıq-sayıq müsəlmanlar bilir ki, ABŞ-da kimin prezident olması fərq eləmir, bu ölkədə prezident postu fitnə kürsüsüdür. Orada kimin baş olması mühüm deyil, mühüm odur ki, kim o andıra qalmış kürsüyə otursa quduzlaşır. Ya da belə deyək ki, orada oturmaq üçün namizədlər quduz insanlar arasından seçilir. Hər biri quduz köpək kimi gəlir və prezident olduğu müddətdə bir və ya bir neçə ölkədə çaxnaşma yaradırlar.