QMİ özünü həqiqətən də çox pis vəziyyətə salıb. Ona görə də heç kəs bu insanlara etibar etmir, heç kəs onların ardınca getmir. Çünki bu qurum özünü əməlli-başlı hakimiyyətin əlaltısı hesab edir. Özləri könül xoşluğu ilə deyir ki, biz şərəf duyuruq ki, zalım bir hakimiyyətin çaldığı hava ilə oynayırıq.
Harda hakimiyyət nümayəndələri, məmurlar, hətta sirkdə, zooparkda xoruldayan qoca deputatlar belə bir qərar verir, QMİ “mollaları” çıxıb bunu dinin tövsiyəsi kimi qələmə verirlər.
Yadınızdadırsa COVİD meydana çıxanda QMİ-nin dırnaqarası mollaları çıxıb deyirdilər ki, dövlət belə bir qərar çıxarıb ki, xəstəlik yayılmasın deyə hətta qüsul-kəfən işləri də yerinə yetirilməyəcək. Bütün bunları da QMİ-nin adıyla edirlər. Bir nəfər “molla” tapılıb demir ki, ay kişi, bu işləri bizim öhdəmizə buraxın, biz daha yaxşı bilərik ki, din nəyi buyurur, nəyi necə etmək olar? Əksinə, çıxıb deyirlər ki, bu, Allahın əmridir, din insan həyatının qayğısına qalır və s.
İndi də əndirabadi bir məsələ meydana çıxarıblar ki, məscidlər açılacaq və məscidlərə insanlar maska ilə gəlməli, 50 nəfərdən çox insan məsciddə olmamalıdır. Bəli, insanlar bu sözləri eşidən kimi deyir ki, ay alçaqlar, məgər, hansısa supermarketlərdə, metro və s. nəqliyyat vasitələrində bunu tətbiq edirsinizmi? Hansı supermarketdə, metroda, restoranda-kafedə, avtobusda belə bir qayda mövcuddur? Niyə məhz məsciddə?
İkinci məsələ budur ki, ancaq COVİD pasportu olanlar, iynə-vaksen vurduranlar gəlib məscidlərdə namaz qıla bilərlər. Birincisi, hansı haqla insanları məcbur edirsiniz ki, iynə vurdursunlar. Məgər, dünyada hansı ölkədə belə absurd, əndirabadi məsələ var? Yenə də, hansı bir supermarketdə, metroda və ya avtobusda insanlar COVİD pasportu ilə olurlar? Bunu etməklə bunlar əslində məscidlərdəki sayları azaltmağa çalışırlar. Onlar istəyir ki, dindarlar, inanc əhli hakimiyyət əleyhinə ayaqlansın, qəzəblənsinlər və nəhayətdə hakimiyyət desin ki, baxın, biz icazə veririk, amma bunlar təxribatla məşğul olur, xarici dövlətlərin maraqlarına xidmət edirlər.
Üçüncü məsələ budur ki, uşaqların məscidə girişi qadağandır. Özü də 14 yaşdan aşağı insanlar. Onsuz da elə bəhanələr gəzirdilər ki, uşaqları məscidlərdən uzaqlaşdırsınlar, belə etməklə məqsədlərinə çatırlar. Niyə görə bir insan əgər 14 yaşına çatmayıbsa məscidə daxil olub ibadət edə bilməz? Hansı bir yerdə belə şey var? Hansı ölkədə bu cür absurd qaydalar var? Ölkəmizin hansı supermarketində, metro stansiyasında və avtobusunda bu cür sərsəm qaydalar mövcuddur?
Dördüncü məsələ budur ki, məsciddə olarkən insanlar arasında məsafə 1.5 metr olmalıdır. Hətta sahə imkan versə (məscid yekə olsa) daha çox fasilə olmalıdır. Başqa sözlə desək camaat namazını da batil etməyə, namazda işkal yaratmağa çalışırlar. Hansı supermarketdə, metroda, avtobusda belə qaydalar vardır. Məgər, sizin büdcəni talamağınız səbəbindən ölkədə az sayda avtobusun olması ucbatından insanlar avtobusa girdikdə onların arasında 1.5 metr məsafə saxlamaği zəruri etmisiniz? Ay alçaqlar, hansı idarə və ictimaiyyətin gur olduğu yerlərdə bu qanunları qoymusunuz? Şuşada gedib konsert verərkən bir-birinin ağzının içində girib oturmuşdunuz.
Beşinci məsələdə daha xırda-para işlərə baş qoşublar. Məsələn, məscidə gələrkən dezinkefsiya olunmalı, ibadət ocaqlarının məsulları qanunları riayət etməyi təmin etməlidir, insanların hərarəti yoxlanmalıdır və s. Hansı qeyd etdiyimiz ictimai yerlərdə bunlara riayət edirsiniz? Avtobus sürücüləri camaatımı yoxlayır? Yoxsa bir-birinin üstündə gedən camaat bu qaydaları riayət edir?
Bütün bu sərsəm qaydaların hakimiyyət tərəfindən uydurulması azmış kimi, QMİ də özünü könüllü olaraq hakimiyyətin əlaltısı edib və bütün bu işləri Allahın əmri kimi qələmə verirlər. Bilinmir ki, bunların Allahı Allahdır, yoxsa zalım bir hakimiyyət?