Təyinatla deputatxanada oturan Ceyhun Məmmədov deyib ki, azərbaycanlıların gedib İranda oxumasının qarşısını almaq lazımdır. İsrailin ölkəmizdəki agent şəbəkəsinin üzvü olan bu insan istər-istəməz sionist nökərçiliyini yerinə yetirir. İstəyib istəməməsi də zatən mühüm deyil. Mühüm olan nəticədir, o da budur ki, bu cür adamlar sionistlərin ölkəmizdə nökərçiliyini yerinə yetirir. Ona görə ki, sionist rejimidir ki, ölkəmizdə paklığın, dinin qəsdinə dayanıb. İstəmir ki, ölkədə namus qeyrət adında bir dəyər qalsın. Onlar istəyir ki, bayram nurlu kimi murdar məxluqlar Azərbaycanda çoxaldıqca çoxalsın. Buna görə də bir yandan ruhaniləri, ilahiyyatçıları həbs edirlər, digər tərəfdən də Ceyhun kimi agentləri danışdırıb sərsəm sərsəm fikirləri cəmiyyətdə yayırlar. Yəni, Ceyhun Məmmədov kimilərin əliylə də bu işi lazımi həddə bacarırlar. Çünki bu ölkədə dini, paklığı yayanlar ruhanilərdir. İranda dərs oxuyan tələbə də gələcəyin, elə həm də bu günün ruhanisidir.
Özü də təəccüblüsü budur ki, Ceyhun Məmmədovun özü də xaricdə oxuyub. Suriyada, Liviyada fırlanan bu insan (niyə fırlanan yazırıq, deyəcəyik) daha sonra ilahiyyatçı adı ilə güya İlahiyyat universitetinin rektoru təyin edildi. Məzun olan naməhrəm qızlarla əllə görüşürdü. Soruşsanız durub sizə yeni İslam modelindən dəm vuracaqlar.
Amma, onun dövründə onun kimi bir agent bu sərsəm fikri desəydi Ceyhunun özü gedib Suriyada, Liviyada fırlana bilməyəcəkdi. Amma, onun haqqında onun özünün dediyi söz doğru sözdür. Çünki o azərbaycanlının gedib agent olmasından "qorxduğu" üçün belə deyib. Digəl ki, özü gedib Qəzzafinin ölkəsində agent olub. İslam əleyhinə sionist agenti. Gəlib Azerbaycan dövlətinin qadağan etmədiyi bir şeyi qadağan etmək istəyir. Anlamır ki, həmin İranda oxuyan tələbələrdən üçü vətən müharibəsində şəhid oldu. Həmin vaxt bu şər Allah bilir hansı deşiydə qaçıb gizlənmişdi.
Gələk, İsrail agentinin Suriya və Liviyada fırlanması məsələsinə. Niyə deyirik fırlanıb? Ona görə ki, adam dərs oxusaydı bilərdi ki, ilahiyyat universitetinə qəbul edilən qız tələbələrin heç olmasa başında örpək olmalı idi. İkincisi, sən necə ilahiyyatçısan ki, məzun qızlara diplom təqdim edərkən onlarla əllə görüşür, pozlar verir bundan sonra özünü utanamdan ilahiyyat üzrə fəlsəfə nə bilim nəyi də hesab edirsən?
Sən necə ilahiyyatçısan ki, yüzlərlə, bəlkə minlərlə müsəlmanın haqqında sui zənn edib onların agent olacağına eyham vurursan? Nəhayət sən necə ilahiyyatçısan ki, ilahi elmin yayılmasına mane olursan? Bütün bunları nəzərə alıb Ceyhun kimi insanlar haqqında deyə bilərik ki, belələri Suriyaya, Liviyaya ancaq fırlanmaq üçün gedə bilərlər.
Yaxşı ki, üzünü lezva ilə qırxıb dibindən yerə tökdüyü kimi özünü də lezvalayan bu insan axır gedib layiq olduğu yeri tapıb - təyinatla oturanların məclisinə dürtülüb. Sən ilahiyyatçı hardan oldun ki? Sənin yerin deputatxanadır, Azərbaycanın heç bir işə yaramayan bir obyekti.