Размер шрифта:
A+
A
A-
20 Ноябрь 2021

Ərdoğan Çavuşoğlunu niyə İrana yollayıb?

(İsrail türkləri hansı cəhənnəmdədir?)

İranla Azərbaycan əlaqələri gərginləşəndə insanların ağlına ilk gələn bu oldu ki, Ərdoğan İsrail və ABŞ kimi ağalarının əmrini icra edərək Azərbaycanı İranla üz üzə qoymağa çalışır. İraqda, Suriyada uğursuzluğa düçar olandan sonra düşünüb ki, yəqin ki, Azərbaycanda uğur əldə edəcək. Bu iş baş tutsaydı, yəni Azərbaycana güya Türkiyə də İsrail də hətta Pakistan da kömək edəcəkdi. Etmələri də 99 faiz mümkün ehtimal idi. Çünki zatən İsrail və ABŞ-ın məqsədi İranı çökdürməkdi. Ya iqtisadi, ya sanksiya yolu ilə. Bunlar baş tutmadığı halda hərb və müharibə vasitəsilə. Bu yolda da Türkiyə kimi bir maşa varsa nəyə görə İsrail və ABŞ özünə əziyyət verib nəsə etməlidir ki? Bəs Ərdoğan niyə var? Ərdoğan ona görə var ki, vəhabi Ali Səud ABŞ kuklası olduğu kimi Türkiyə kimi bir sünnü dövlətinin vasitəsilə də ABŞ "islamının" regionda hakim olduğunu göstərsinlər, beləliklə də rahatlıqla şiə dövləti olan İranı çökdürsünlər.

Amma İranın güclü olmasından əlavə nə Azərbaycan hakimiyyəti, nə də regionda Rusiya buna heç zaman razı olmazdı. Azərbaycan hakimiyyəti razı olmaz ona görə ki, bu hakimiyyət xalqın qırılıb ölməsi onun vecinə olmasa da İran kimi bir nəhənglə üz üzə gəlib məhv olmaq istəməzlər. Türkiyə də maşa olmasına baxmayaraq öz ölkəsinin müharibədən ziyan çəkməsini istəmədi. Çünki bu, ölkələrinin və dövlətlərinin məhv olması ilə nəticələnə bilərdi. Beləliklə də heç biri İranla müharibəyə cürət etmədi.

Eyni halda artıq Avropa da ABŞ da Ərdoğandan üz döndərib. Çünki Ərdoğan Suriyada artıq heç nə edə bilmir. Ölkə daxilində də nüfuzdan düşmüşdür. Həmçinin şayələr gəzir ki, Ərdoğan xəstədir. O da məlumdur ki, ABŞ İraq diktatoru alçaq Səddamı tualet kağızı kimi istifadə edib atdığı kimi Ərdoğandan da istifadə etdikdən sonra atacaq. Buna görə də əbəs deyil ki, Ərdoğan özü kimi zalım, oğru, diktator türk liderlərini yığıb türk birliyi filan yaradır. Güya bununla türk dünyasını gücləndirirlər.

Heç kimə sirr deyil ki, ABŞ və İsrail kəşfiyyatı Ərdoğanı devirmək üçün planlar cızıb. Bu artıq Ərdoğana da deyilib, onun da bundan xəbəri vardır. Məhz belə bir halda onun öz Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu İrana yollamasına nə ad vermək olar? Yoxsa beləliklə ABŞ və İsrailə demək istəyir ki, çaşmayın, siz çaşsanız biz də İrana işləyərik?

İş elə gətirib ki, Ərdoğan Bakıda Arazı ayırdılar şeirini oxuyur, amma XİN başçısı İrana gedir və fars dilində prezident cənab Rəisiyə təşəkkür mikonəm deyir, fars şairinin şeirinə istinad edib İranı dost evi, dost qapısı adlandırır? Görünür öz aqibətinin necə olacağını artıq bilir və İrandan kömək istəyir. Necə ki, bir neçə il əvvəl hərbi çevrilişdə İrandan kömək istəmişdi. İddialar var ki, onu çevrilişdən İran xilas etmişdi.

Bu yerdə İranla Azərbaycanın arası dəyəndə sevinən sionist tulaları olan İsrail türklərinin də dili girib qarnına. İranda soruşulanda ki, niyə pantürklər İranın əleyhinə təxribat hazırlayır, Türkiyə rəsmiləri cavab olaraq deyirlər ki, qələt edib başlarını daşa döyürlər, onlar türk yox sionist tulalarıdır. Doğrudan da izzzətli türk xalqı həmin insanları sionist tulasından başqa heç bir şey hesab etmir.
2508 dəfə baxılıb
ожидание...