Xəbərdə deyilir: "Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirildiyi bildirilir. Səbail rayon Məhkəməsindən verilən məlumata görə, o, mayın 26-da ev dustaqlığına buraxılıb. Məlumata görə, sabiq nazirin səhhəti səbəbi ilə ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxılıb, məhkəmə müraciəti təmin edib."
Adam ötən il Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilmişdi.
Əvvəla, bu cür insanların səhhətində yox daha çox başında problem olur ki, xalqın malını, mülkünü oğurlayıb özlərinə sərvət yığırlar. İkincisi də ki, güya əqli qeyri-səlim (qeyri-sağlam) olan Müslümov həbs həyatı görüb ki? O həbsxanadan ev dustaqlığına yox, sanatoriyadan kurorta buraxılıb.
Zalım, oğru hakimiyyət bu alçağı Allah bilir nə qədər pulun müqabilində azad edib. Çünki məlum olduğu kimi Azərbaycanda tutulan insanlar daha yuxarıların işinə yaramadığı üçün onları tullayır, yerinə yenilərini gətirilər ki, o da xalqı soysun, soyanda yuxarılara da ötürsün. O da bir həddə soyub yuxarı ötürür. Özü də yeyir, yuxarıları da yemləyir. Vaxtı çatanda onun da dalından bir təpik vurub tullayırlar.
Müslümov kimi xəbislər evdustaqlığına buraxılanda da təbii ki, milyonları alınıb sonra buraxılır.
Bu cür qansızlar tutulanda da buraxılanda da bu cür kilkələri buraxan akulalar özlərinə xalqdan hörmət qazanır, rəhmli olduqlarını jest edib göstərirlər. Amma bəsirətli adamlar Müslümovu da onu soyub buraxanları da söyməkdən yorulmurlar.
Özü də bu sanatoriyadan kurorta buraxılmaq hadisəsi ADR-in qurulduğu günün ildönümü ərəfəsində (26 mayda) baş verib. O boyda dövlət quran kişilərin dövlətinin qurulmasının ildönümündə dövlət düşməni sanatoriyadan kurorta buraxılıb.