Размер шрифта:
A+
A
A-
12 Июнь 2022

Hacı Taleni "öldürə" bilməyiblər!

İlahiyyatçı, siyasi fəal Hacı Tale Bağırzadə artıq bir neçə gündür ki, həbsxanada aclıq aksiyası keçirir. Artıq başqa bir çox müsəlman ölkələrinə də xəbər gedib çıxıb. Başqa müsəlman ölkələrində də insanlar Azərbaycan hakimiyyətinin necə alçaq, rəzil olmasından xəbərdardır. Çünki istənilən yerdə müsəlman və qeyri müsəlman başa düşür ki, Allahı söymək olmaz. Ümumiyyətlə müqəddəsatlara toxunmaq olmaz. Hacı Tale isə əməlli başlı inqilab edib. Bir tərəfdən özünü dinin, məscidin dostu kimi göstərən hakimiyyət var. Onlar hətta 44 günlük Qarabağ zəfərindən sonra işğaldan azad edilmiş ərazilərdəki məscidlərə gedib şou göstərir, jest edir, özlərini dinin dostu, məscidin himayədarı kimi göstərirlər. Həmçinin, saray mollaları vasitəsilə insanlara dinin dostu olduqlarını göstərmək istəyirlər. Bu tərəfdən də Hacı Tale kimi qeyrətli oğullar həbsxanda baş alıb gedən haqsızlqıları, məmurların Allahı söymələrini ifşa edirlər. Bu da təbii ki, alçaq hakimiyyətə sərf eləmir. Artıq bunun qabağını nəinki ala bilmirlər, üstəlik başqa bir neçə məhbus da bu aksiyaya qoşulub. Məsələ bir az daha çox ictimailəşib.

Qalıblar nə etsinlər, bəzi alçaq adamları danışdırıb deyirlər ki, həbsxanada belə bir hal yoxdur, Hacı Tale yalan danışır. Bu axmaqlar elə bilir ki, xalqı inandıra biləcəklər. Ay alçaq, mənəviyyatsız tayfa, məgər, xalq öz ilahiyyatçısını qoyub sizin trollarınıza inanacaq? Yaxşı, əgər bu yalandırsa niyə indiyədək olmurdu. İndiyədək Hacı Tale aclıq aksiyasına başlamayanda deyirdiz ki, yalançıdır? Nə yaxşı, danışmayanda yaxşı insan, "sözəbaxan dustaq" olur, danışanda narahat olursuz?

Hacı Talenin bu hərəkəti Azərbaycanda İslami ruhu bir az da diriltdi. Elə məhz buna görə də o və onun kimi qeyrətli oğullardan qorxurlar. Çünki onlar həbsdə olmalarına baxmayaraq bir çıxışları, hətta susmaqları, yemək yeməmələri ilə dini, azadlıqsevər camiələri ayağa qaldıra bilirlər. Buna görə də Hacı Talenin potensialından qorxan alçaq zümrə ona Nardaran şousunda töhmət vurmaq istədi. Amma bacarmadı. Hacı Taleni nə cismani olaraq nə də maddi olaraq öldürə bilməyiblər. Xalqın, xüsusilə inanclıların gözündən sala bilməyiblər.

Bir məsələni diqqətdə saxlayaq. Bu gün Hacı Taledən başqa digər bir neçə məhbus da aclıq aksiyasına başlayıb. Kimlər ki, zindanda və ya azadlıqda bu aksiyaya qoşula bilmir, heç olmasa əllərində olan onlayn imkanlardan, sosial şəbəkələrdə açdıqları səhifələrdən istifadə edib məsələni ictimailəşdirsən. Bacaran qardaşlar xarici dillərə tərcümə edib mövcud vəziyyəti daha çox insana, inanclıya çatdırsınlar. Bununla ən azından müqavimət ruhunun, hüseynçi amalların, idealların hələ də yaşadığını dünyaya göstərmək olar. Zalımların qorxduğu da haqq əhlinin birliyi, bir-birinə dəstək olmasıdır.
1879 dəfə baxılıb
ожидание...