Размер шрифта:
A+
A
A-
30 Июнь 2022

Mən Siyavuşun yerinə olsaydım

Deyirlər deputatların maaşı qaldırılıb. Xalqa sanki "spiçka" vurublar. Onsuz da bizim xalqı psix ediblər, bir az da əsəb xəstəsinə dönmüşük.

Bir mütəfəkkir buyurub ki, bir xalqı məhv eləmək istəsəniz elmini, məktəbini xaraba qoyun kifayətdir. Amma Azərbaycanda xalqı məhvə sürkləmək üçün hakimiyyət yaxşı yol tapıb. Deputatların maaşını qaldırın görün əsəbdən xalqın təzyiqindən tutmuş şəkərinə qədər necə qalxır?

Tam səmimi sözümüzdür. Elə bilirsiz ki, heç bir işə yaramayan fazilabların, qüdrətsiz qüdrətlərin, ağlamalı gündə olduğu halda birdən birə ağa malına dönən fəzilətsiz fəzailağamalıların, bütün günü quşlayan siyavuşların, üzündə bir qram nur olmayan özündən razı razinurullaların maaşı elə belə qalxır? Düzdür, onlar hakimiyyət tərəfindən inək kimi sağılıblar, mandat üçün külli miqdarda pul veriblər, digər tərəfdən də necə lazımdır GÖZƏGİRƏNLİK ediblər. Amma xalqın ürəyini partlatmaq üçün "Siyavuş Novruzovun maaşı qalxdı" xəbəri yayılsa bəsdir.

Bu cür rəzil deputat yığını deputat olmasaydılar, həyətlərində neft fontan vurduğu üçün milyonçuya dönsəydilər adamı yandırmazdı. Deyərdik ki, ola bilsin ki, Allahın sevimli bəndəsidir, Allah da başından tökür. Amma adam düşünəndə ki, gic gic danışan bir yaltaq ordusunun maaşı qalxıb adamı od götürür. Çünki xalqın tərəfindən güya seçilib xaraba qalmış deputatxanada oturublar ancaq öz qarınlarını güdürlər. Belə də ki, bizə nə olur az olur. Onsuz da bu yaltaq yığınağı gözəl bilir ki, onları xalq sevmir, onlar da xalqı sevmirlər. Bir az dindirsəniz xalqa deyərlər ki, nə olub axı, sən niyə mənim maaşımın qalxmasını istəmirsən? Sənə görə qalxır məgər maaşım? Gül kimi yaltaqlıq edirik, ordan-burdan borc tapıb prezident aparatına vermişik, haqqımızdır ki, sirkdə bir dənə bizim də mandatımız olsun.

Amma məm şəxsən Siyavuş Novruzovun, elə digər deputatxana məxluqlarının da yerinə olsaydım əziyyət çəkib deputatxanaya getməzdim.

İnanın Allaha tam səmimi sözdür. Bəs nə edərdim? Ay qardaş, Siyavuş Novruzov məgər istəsə başqa yerdən 8000 qazana bilməz. İstəsə 8000000 da qazanar. Necə? Çox sadə. XXI əsrdir. Bir dənə məsələn, "Sivayuş gülür güldürür" adlı yutub kanalı açsa bəsdir. Adamın yarım dəqiqəlik ekrana baxması ən azı yox yerdən 100000 baxış sayı gətirər. 1000-dən çox adam da şərh yazsa, like eləsə bəsdir. Yüz yutuber Siyavuşun əlinə su tökə bilməz. Beləliklə də Siyavuş Novruzov pula pul deməz. Bir yutubdan aylıq gəliri Putinin dövrəsində fırlanan oliqarxların qazancından iki - üç dəfə çox olar.

Bu da belə. Neçə nəfərin Siyavuş Novruzovun maaşının qalxması xəbərindən ürəyinin partlayıb ölməsini bilməsək də onu bilirik ki, yaxında çox təhlükə hadisələr baş verəcək.
1937 dəfə baxılıb
ожидание...