Niyə Azərbaycan inanclısı İrana meyillənir?
Bu dəqiqə Azərbaycanda zalım rejimdən tutmuş, onun əlaltıları, trolları, sionist İsrail türklərinə qədər hamını Azərbaycan inanclısının İrana meyillənməsi narahat edir.
Səbəb nə imiş? Azərbaycan inanclısının İrana meyillənməsinin səbəbi bir qədər də adları çəkilən ünsürlərdir.
Misal üçün keçən dəfə sosial şəbəkələrdə bir nəfərin köynəyi paylaşılıb. Köynəyin üzərində 313 rəqəmi və Zülfüqar qılıncı əks etdirilib. 313 nəfər İmam Zaman ağanın (ə.f) zühur edərkən xas döyüşçülərinin sayının rəqəmidir. Zülfüqar qılıncı isə İmam Əlinin (ə) qılıncıdır. Bu qardaşı şəhərdə polis tutub deyib ki, burda bu köynəyi geyinə bilməzsən. Niyə ay rəis? Niyə olacaq? Çünki bura İran deyil, bura Azərbaycandır. Sanki Azərbaycan elə 313 nəfərin aşiqi, Zülfüqar qılıncının dəlisi olanların, Əli (ə) şiələrinin yurdu deyil. Sanki Qarabağı alanlar şəhərdə üzərində əxlaqsız bayramnursuzların şəkli əks etdirilən köynəklə gəzən insanlar idilər. Ay alçaqlar, işğal altında olan torpaqları "Ya Hüseyn" deyib sinə vuran, mərsiyə oxuyan igidlərin əliylə almadınızmı? Yoxsa siz özünüzü 313 nəfərin düşməni olan dəccal hesab edirsiz. Yoxsa Zülfüqar qılıncının boynunu vurduğu insanlar sizin əcdadınız olub? Niyə bu dini atributlardan bu qədər qorxursuz?
Bundan başqa məktəblərdə 12 İmamdan (ə) oxuyan bir şəxsi də xəbərdarlıq etmişdilər ki, bura İran deyil. Son olaraq da Yevlaxda məktəb müəlliməsi "Salam fərmandeh" mahnısını şagirdlərə öyrətdiyi üçün məzəmmət edilib. Sonra deyirlər ki, niyə Azərbaycan inanclısı İrana meyillənir? Ay alçaq, siz səbəb olursuz da. Harda yaxşı şey varsa İrandadırsa inanclı əlbəttə İrana meyillənəcək.
Özü də "Bura İran deyil" deyən alçaq zümrə görün nə qədər axmaqdır ki, bu cür dedikdə insanları İrana meyilləndirirlər, İrana meyilləndikcə də narahat olurlar. Sabah yenə də Azərbaycan inanclısının İrana meyillənməsindən narahat olub bura İran deyil deyirlər. Yenə də bundan ötrü İrana meyillənəndə narahat olurlar.
Bu səbəbdən də deyirik ki, bu axmaq zümrənin iki köpüklük ağlı yoxdur.