Nəzakət Məmmədova adlı politoloqun fikirləri sosial şəbəkələrdə dolanır. Xanım haqlı olaraq bildirir ki, yerindən duran türkiyəli gəlib bizə minnət qoyub deyir ki, Qarabağı bizim hesabımıza almısınız. Xanım politoloq isə bildirir ki, Türkiyə bizə yardım edibsə əvəzində milyardlarla pul bizdən alıb. Təbii ki, maraqlar dünyasında Türkiyənin marağı olmasaydı bizə yardım etməzdi.
Amma türkiyəlilərdən əlavə və daha çox elə özümüzünkülər yaltaqlıq edirlər. Çünki ölkədə həm müxalifət həm də siravi insanlar arasında türkpərəst çoxdur. Müxalifət bir yandan Türkiyəyə pərəstiş edir, digər yandan da avropapərəstlikdən qalmır. Ölkə camaatının çoxu da Türkiyəyə meyillidir. Amma sionist türkləri də aramızda az deyil. Sırf şiə dövləti olan İranı erməninin yanında göstərmək, fars, rus, erməni bizim düşmənimizdir demək naminə Türkiyə ilə dostluq edirlər. Üstəlik avropapərəstlikləri də öz yerində.
Amma unutduqları bir məsələ var ki, Qarabağın açarı rusun əlindədir deyən bu xalqın öz torpaqlarına qovuşmasına rusun dabrosu da səbəb oldu. Düzdür, öz şəhidlərimiz, qazilərimiz, igidlərimiz çalışdılar, özlərini, canlarını, mallarını, sağlamlıqlarını fəda etdilər. Elə cib müxalifəti olan Qüdrət Həsənquliyev də bunu etiraf edib demişdi ki, rus əvvəldən bizə nə qədər icazə verdisə o qədər irəliləyə bildik. Zatən o deməsə də ermənilərin bizdən qorxduğunu, bizə məğlub olmalarını hamı bilirdi. Sadəcə neçə illər idi ki, rus icazə vermirdi deyə torpaqları işğaldan azad edə bilmirdik.
Ölkə müxalifəti, xalqın müxtəlif təbəqələri Türkiyəyə meyilli olduqları üçün onlar Türkiyənin tərəfini vermirlər, özlərinə qəbul elətdiriblər ki, doğrudan da Qarabağı Türkiyə alıb bizə verib.