Размер шрифта:
A+
A
A-
24 Июль 2022

İranı söyənlər iç üzünü göstərirlər

Qərib kişinin oğlu Zaur haqqında bir dəfə demişdik ki, doğrudan da adam qəribdir. Atasının adı Qərib olsa da Zaurun özü qəribdir. Bu da çox qəribədir. Adam Azərbaycanda qəribdir. Sionist rejimin ölkəmizdə təsir agenti olan bu şəxsin görəsən nə vaxt ölkədə İran əleyhinə danışmaq missiyası bitəcək və öz doğma yurduna qayıdacaq? Adam zənnimizcə bezib, amma etiraz edib ağalarına onun üçün başqa nökərçilik tapmalarını dilinə gətirə bilmir.

Mərhum İmam Xomeyninin məşhur bir sözü var. Buyurur ki, İranı söyənlər İslamı söyə bilmədikləri üçün İranı söyürlər. Doğrudan da bu cürdür. Məsələn Qərib kişinin Azərbaycanda qərib olan Zaur adlı oğlu dəfələrlə özü kimi sionist rejimin ölkəmizdə təsir agenti olan digər insanları öz verilişinə dəvət edir. Ağız - ağıza verib bütün günü şiə əleyhinə hürürlər. Amma açıq aşkar şiəyə söz deyə bilmirlər. Ona görə ki, onlara baxan insanların da yarıdan çoxu inanclıdır, azərbaycanlı olduqları üçün də şiədirlər. Qərib kişinin Azərbaycanda qərib olan Zaur adlı oğlu durub şiəliyi pisləsə onun verilişi həm baykot olar, həm də adekvat cavab alar. Buna görə də durub şiəliyin mərkəzi olan İranı söyürlər. Kim də onlara desə ki, ay əmioğlu niyə söyürsən, deyirlər ki, budur bax, İranı tənqid etdik farspərəstlər qıcıqlandı.

Amma Qərib kişinin Azərbaycanda qərib olan Zaur adlı oğlu bu yaxınlarda özünün mənfur kimliyini ortaya qoydu. Onsuz da bu cür sionist rejimin ölkəmizdə təsir agenti olan şəxslərini dəfələrlə təqdim edib maskalarını cırmışıq. Amma bir az da özləri öz maskalarını cırırlar. Necə ki, Zaur özünün dinazaur olduğunu xəyal edib əsəbləşdi. Belə ki, əlinə telefon götürüb demək olar ki, bütün müsəlman (şiə) ölkələrində müxtəlif dillərdə oxunan "salam komandir" mahnısının azərbaycanlılar tərəfindən oxunmasına kəskin etirazını bildirdi. Baxın, İmam Zaman (ə) ağanın düşməninin buynuzu olmur ki? Düzdür, Dəccal haqqında deyirlər ki, onun buynuzu olacaq. Amma Zaur kimi dəccallar buynuzsuz efirə çıxıb sionistlərin onlara taxdıqları buynuzlarla İrana buynuz atırlar.

Deməli, Qərib kişinin Azərbaycanda qərib olan Zaur adlı oğlu telefonu göstərib deyir ki, kimdir bizlərə bu yad şeyləri öyrədir. Görün adam necə yanıb tökülür ki, uşaqlar İmam Zaman (ə) haqda mahnı oxuyurlar, bu da deyir ki, bu şeylər yaddır. Deməli adamın şiəliyə qarşı qəlbində kini var. İstəyirlər ki, Azərbaycan vəhabi ölkəsinə dönsün. Suriyanın başına gələnlər Azərbaycan xalqının da başına gətirilsin. Amma Allah istəməsə Qərib kişinin Azərbaycanda qərib olan Zaur adlı oğlunun atası olan sionist rejimin heç bir planı baş tutmayacaq.
1927 dəfə baxılıb
ожидание...