Размер шрифта:
A+
A
A-
08 Октябрь 2022

Azərbaycanda vəhhabilərin at oynatması kimə sərf edir?

İndilərdə insanların söylədiyi sözlərdən biri də Azərbaycanda vəhhabilərin at oynatmasıdır. Hətta adamlar var deyirlər ki, Azərbaycan üçün hazırlanan plan bundan ibarətdir ki, bir neçə il sonra xalq tamamilə vəhabiləşdiriləcək. Əlbəttə bu heç də asan məsələ deyil. Azərbaycan kimi qədimdən şiə ölkəsi olan bir ərazidə ümumiyyətlə mümkün bir iş deyil. Allaha şükür olsun ki, Azərbaycan xalqı şiə xalqdır. Şiəlik, dindarlıq son illərdə ötən illərə nisbətdə daha da artıb çoxalıb. Bu ölkədə şiə müsəlmanları digər məzhəblərin mənsublarından dəfələrlə çoxdur. Üstəlik şiə müsəlmanları hər zaman sünnü müsəlmanları ilə qardaş kimi dolanıblar. Sadəcə ingilislərin əliylə yaradılan vəhhabi - təkfirçi qruplaşmalar Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada olduğu kimi Azərbaycanda da şiə ilə sünnü müsəlmanlarını bir birinə düşmən etməyə çalışırlar. Düzdür, Allaha yenə şükürlər olsun ki, vəhhabilər adlarını sadaladığımız ölkələrdə olduğu kimi Azərbaycanda silahlı dəstə, ordu şəklində fəaliyyət göstərə, şiə məscidini partladıb sünnünün, sünnü məscidini partladıb şiənin üstünə yıxa bilmirlər. Ən azından hələlik. Amma yenə də vəhhabi siyasi cərəyanının bölgə üçün, demək olar hətta bütün dünya üçün potensial təhlükə olduğunu unutmamalıyıq.
Azərbaycanda isə bu sözlər elə belə sözlər deyil. Necə deyərlər od olmayan yerdən tüstü çıxmaz. Məsələn, elə indilərdə xəbərlər yayılıb ki, şiə diyarı olan gözəl Lənkəranımızda qazini döyən vəhhabilərdən Lənkəran rayon prokuroru Tariel Ələkbərov rüşvət alaraq azadlığa buraxıb. Bu məsələ müvafiq orqanlar tərəfindən araşdırılmalıdır ki, dövlətin içində kimlər xəyanət edirlər. Kimlər ölkədə vəhhabi - şiə qarşıdurması yaratmağa çalışırlar?

Bildiyimiz kimi vəhhabilərin öz içində belə parçalanmalar mövcuddur. Məsələn, vəhhabilərin arasında xəvaric, qismən xəvariclər, oturaq xəvariclər mövcuddur. Onların müqabilində ölkədə asayişi pozmanın haram olduğunu, ölkə başçısının əleyhinə iş görmənin düzgün olmadığını deyən vəhhabilər var. Düzdür ki, biz bunların əslində hamısının biri bezin qırağı olduğunu düşünür, ilanın ağına da lənət, qarasına da deyirik. Amma məsələ burasındadır ki, ölkədə hər vəhhabi qarşıdurma çıxartmaq əzmində olmaya bilər. Qarşıdurma istəyən dəstələr isə qazi döydükləri üçün həbs edilib rüşvət müqabilində azadlığa buraxılırlar. Bunların azadlığı görəsən niyə təmin edilir? Vəhşi, insanlıqdan çıxan bu yırtıcı təsiri bağışlayan məxluqlar vasitəsilə yoxsa Azərbaycanı Suriyanın, Pakistanın gününə salmağa çalışan və bu işdə maraqlı olanlar var?

Onu da unutmayaq ki, 44 günlük Qarabağ müharibəsində şiələr canfəşanlıq edib totpaqları almalarına baxmayaraq sünnü prezident olan Ərdoğanı daha çox bu işin qalibi, qəhrəmanı kimi xalqa təqdim edirlər. Ərdoğanın isə vəhhabilərdən ibarət dəstələrinin olduğunu bildirirlər. İstər bu vəhhabi terrorçularına Azərbaycanda yaşaymaq üçün yer verilməsi nöqteyi nəzərindən, istərsə də sabah biri gün Azərbaycanın Suriyaya döndərilməsi məsələsi qabağa gələndə bu terrorçulardan istifadə etmək cəhətindən bu məsələ gündəmdə saxlanmalıdır. Bu səbəbdən də Rəcəb Təyyib Ərdoğan daim vəhhabiləri himayə, İŞİD- ə atalıq edən bir ünsür kimi tanıdılmalıdır. Ümumiyyətlə isə Azərbaycanda, xüsusilə də Lənkəranda möminlər ayıq sayıq olmalıdır. Təxribata da uymaq olmaz. Həmçinin ölkədə vəhhabilərin at oynatmasına icazə də vermək olmaz. Çünki vəhhabilərin Azərbaycanda at oynatması və buna icazə vermək ABŞ, ingilis kimi şər dövlətlərin maraqlarına və mənafeyinə tam olaraq uyğun bir hadisədir. Onların isə müsəlman ölkələri üçün cızdıqları olanlar ancaq müharibə, qarşıdurma, dağıdıb xaraba qoymaqdan, sərvətini talamaqdan ibarətdir. Allah özü kömək olsun.
1722 dəfə baxılıb
ожидание...