Размер шрифта:
A+
A
A-
13 Ноябрь 2022

İsrailin ölkəmizdəki agent şəbəkəsi silsiləsindən - Kamran Həsənli

Şoumenlikdən lomenliyə

İndiyədək sionist rejimin ölkəmizdə təsir agenti olan bəzi insanlar barədə sizə məlumat vermişik. Bu günkü yazımızda daha bir sionist nökəri, başqa adla sionist türkü olan Kamran Həsənli barədə məlumat verəcəyik.

Bu cür sionist türklərinin fəaliyyəti iki haldan biridir. Ya sionist səfirliyindən yal alıb İran əleyhinə hürürlər, ya da yal almadan, könüllü hürürlər. İndi hansı pisdir, hansı daha pisdir bunu özləri bilər. Yəqin ki, yal almadan sionist köpəyi olmaq daha pisdir deyə bunlar yallanıb hürürlər. Əlqərəz.

Deyirlər ki, 2000-ci ildə Musiqili meydan adlı veriliş aparan Kamran müəllimə biri zəng vurub deyib ki, sizin çox gözəl oynamağınız var (tez tez cavan vaxtlarında aparıcısı olduğu musiqili verilişdə Kamran bir neçə saniyəlik oynayardı) Tamaşaçı xahiş edib ki, Kamran bir də oynasın. Oynayandan sonra zəng vurandan soruşub ki, adınız nədir? O da deyib ki, adım Məmməddir, amma mənə itoynadan Məmməd deyirlər. Kamranı oynadandan sonra adamın özünə itoynadan Məmməd deməsi çox pis haldır.

Kamran Həsənlinin yaşı 60-a çatır. Bir il sonra 60 yaşı olacaq. Sovetlər dağılanda düz əməlli siyasətçi, prezidentliyə layiq adam olmadığı üçün bir müddət boşluq yarandı. İsrail türklərinin lideri Elçibəy təsadüfi və çarəsizlikdən prezident seçildiyi kimi Kamran Həsənli də necə oldusa təsadüfi prezidentin təsadüfi milli məsələlər üzrə nümayəndəsi oldu.

Niyə təsadüfi? Çünki Kamran Həsənli musiqi məktəbi oxuyub, konservatoriya oxuyub. Siyasətdən qandığı qrafa olmayıb. Daha sonra Heydər Əliyev Elçibəyi siyasətdən uzaqlaşdırandan sonra Elçibəylə birlikdə komandası da getdi. Kamran da otağını təhvil verməli oldu. Şair demişkən, səhv düşəndə yerimiz. Kamran anladı ki, yeri səhv düşmüşdü və qayıtdı köhnə işinə. Gedib ancaq musiqili, şou verilişlər aparmağa başladı.
Deyə bilmərik ki, İran əleyhinə fikirləri Elçibəy Kamranın beyninə soxub yoxsa Kamran Elçibəyin?

Amma musiqi, oyanmaq şoumenlik də bir yerə qədər olur axı. İsrailin köhnə əlaltısı olan və Elçibəy komandasının qalığı olan bu məxluq gördü ki, 60 yaşında daha nəsə etmək olmur. Özünə kanal açıb özü kimi insanları dəvət edib debatda güya İran əleyhinə danışırlar. Adamın yeri yenə səhv düşdü. Amma bu dəfə təsadüfən yox, sadəcə pul qazanmaqdan ötrü nəsə iş görmək lazımdır deyə bu işə başladı. Bilir ki, ölkədə Elçibəyin xəstə pantürk zehniyyəti qalmaqdadır.

Verilişində dinə inanmayan bu məxluq deyir ki, İran bizə hücum etsə İsrail dalımızda durub. Bədbəxt anlamır ki, İsrail Azərbaycan və İran - iki qardaş ölkəni bir birinə qırdırmağa çalışır. Azərbaycan rəhbərliyi səviyyəsində Elçibəydən sonra xəstə pantürk tapa bilmədikləri üçün sionistlərin ümidi Kamran kimi məxluqlara qalıb.

İndi bu adam ermənini pis hesab edərək İrana irad tutub deyir ki, sən niyə "müslüman"la dostluq etmirsən. Amma anlamır ki, Kamranın bəyənmədiyi erməni şəxsən Kamran kimi araqızışdıran insanlardan daha yaxşıdır.

Dinsiz, alçaq bu məxluq özü də müsəlmançılıqdan elə ağız dolusu danışır ki, tanımayan deyər ki, ömrü Ərbəinlərdə, Aşura ziyarətnamələrində, təvəssül dualarında keçib. Dünənə qədər o fəsad olmayıb ki, etməsin, o hoqqa qalmayıb ki, çıxarmasın. Fəsad verilişləri açıb xalqın balasının əxlaqını pozan bu əxlaqsız indi İrana deyir ki, müsəlman müsəlmanla dostluq edər. Amma axmaq anlamır ki, sən də İranı yox sionist İsrail rejimini özünə dost seçmisən. Müsəlman müsəlmanla dostluq edər qanunu sənin üçün keçərli deyil? Yoxsa müsəlman deyilsən?

Əlbəttə, biz inanırıq ki, Kamran Həsənli İran Azərbaycan arasında soyuqluq aradan qalxan sonra YouTubedəki şələ şüləsini Elçibəyin zamanında yığışdırıb getdiyi kimi siyasətdən də rədd olub gedəcək. Təbii ki, biz onun yenidən öz koluna girməsini, şoumenliyə qayıtmasını da istəmirik. Nə şoumen olub xalqın əxlaqını pozmasın, nə də lomen olub lo xəbərlər ilə Azərbaycan xalqının psixologiyasını bərbad hala salmasın. 60 yaşında gedib məscidlərin birində qalan ömrünü ibadətlə, tövbə ilə keçirsə yaxşıdır.
1949 dəfə baxılıb
ожидание...