Размер шрифта:
A+
A
A-
08 Январь 2023

Sionistlər Razinin axmaq söhbətlərinə etimad edəcək qədər aşağılanıb

Yəqin ki, müxalifət olduğu halda deputatxanda təyinatla oturmaq üçün müxalifəti satıb iqtidara qoşulan Razi Nurullayevin növbəti sərsəm çıxışını dinləmisiz. Allaha şükür etməliyik ki, bu cür axmaqları ifşa edir. Görün sionist nökəri olan hakimiyyət və sionistlər nə günlərə qalıb ki, axmaq bir deputatın sərsəmləməsini İran əleyhinə silah kimi istifadə edirlər.

Deməli bu axmaq deyir ki, sovet höküməti vaxtında Ukraynadan İrana qənd gəlirdi. Güya İmam Xomeyni ağa o vaxt fətva verib deyib ki, bəs qeyri müsəlmanın qəndi murdardır. Daha sonra güya İmam Xomeyni fətvasını dəyişib deyib ki, suya batırıb yesəniz murdar olmaz.

Bu cür axmaqların sərsəm çıxışlarını studiyada dinləyən aparıcı və digər qonaq da deyəsən ondan soruşmayıb ki, bu axmaq sözünü isbat edəcək hər hansısa bir dəlilin varmı? Hansı qəzetdə oxumusan bunu? O zamanın Azadlıq radiosumu deyib bunu? Yoxsa Azərbaycanı Türkiyəyə qurban verməyə hazır olan Elçibəy bunu damağında siqaret qoyub o zamanın Milli Məclisində deyib bunu?

Axı belə olmaz ki, çıxıb ağzına gələni danışasan və dəlil də deməyəsən. Məsələn mən deyirəm ki, Razi Nurullayev müxalifətdə olan vaxtlarda sionist rejimin nökəri olan Azərbaycan hakimiyyəti ondan tələb etmişdi ki, müxalifəti tərk edib iqtidara tərəf dursun. O isə imtina etmişdi. Daha sonra isə hakimiyyət onu həbs edib qulaqlarından divara mıxlayandan sonra dözməyib razılaşdı. Ona görə də adı Razi qaldı. Mənim bu sözümə inanmaq olarmı? Razi Nurullayev bu sözə inanarmı? Bizim iddiamız nə qədər doğru olarsa Razinin sərsəmləməsi də bir o qədər doğru ola bilər. Amma dəlilimiz olmadığı halda buna kim inanar.

Bu axmaq adam hələ bilmir ki, İmam Xomeyni (r) sağ olanda sovetlər hələ dağılmamışdı. Ukrayna da Sovet Sosialist Respublikası idi. Sovetlər ilə İran isə indiki Rusiyadan fərqli olaraq əməkdaşlıq etmirdilər. Bəs necə olub ki, Ukrayna İrana qənd göndərib.

Razi kimi axmaqlar nə qədər ki ölkədə varlar və deputatxanada söz sahibidirlər xalq ağ gün görməyəcək. Yazıq xalqın bütün ömrü Razi kimi axmaqlara baxıb "bu lap başdan xarabdı ki" deməklə keçəcək. Əks halda isə xalq mütləq bir tədbir görməlidir.
1829 dəfə baxılıb
ожидание...