Размер шрифта:
A+
A
A-
01 Февраль 2023

Azərbaycanda vicdanlı deputat?

Sonra da deyirlər ki, Azərbaycanda vicdanlı deputat yoxdur. Amma var imiş. Misal üçün Erkin Qədirli müəllim kimi. Realın üzvü reallığı əks etdirib. Blogger Mehman Hüseynov Erkin Qədirliyə deyib ki, mənə bir nəfər deputatın adını çəkin ki, deputatxanada xalqın səsi ilə seçilib oturub. O da qayıdıb nə desə yaxşıdır? Deyib ki, onu öz haqqımda da deyə bilmərəm. Niyə? Çünki Azərbaycanda demokratik seçki yoxdur. Demokratik seçki olandan sonra kimin xalqın səsi ilə seçilməsini görmək olar.

Doğrudan da Erkin müəllimə halal olsun. Düzdür adama deyərlər ki, bəs əgər demokratik seçki yoxdursa niyə deputatxanada oturmusuz. Bunun cavabını da yəqin ki, Erkin müəllim özü düşünüb. Bizlik deyil. Bizə maraqlı gələn Azərbaycanın analoqu olmayan ölkə olmasının bir daha sübuta yetməsi oldu. Düzdür bəzi adamlar deyə bilər ki, zaman zaman Azərbaycan iqtidarı gözdən pərdə asmaq üçün bir iki müxalifəti deputatxanaya buxarıb və kəskin çıxış etməsinə şərait yaradıb. Deməli Erkin Qədirli bəyin etdiyi ilk deyil. Ondan qabaq da bunu edənlər olub. Doğrudur. Amma burada başqa bir maraqlı məqam var. O da budur ki, Erkin bəy məhz oturduğu yeri tənqid edib. Yəni bir var çıxıb deyəsən ki, xalqı hakimiyyət pis günə qoyub. Ölkədə azad seçki yoxdur. Azərbaycan hakimiyyəti diktator hakimiyyətdir. Bunu çoxları deyə bilər. Amma biri də var ki, deyirsən ki, mənim oturduğum deputatxana demokratik üsulla təşkil edilmədiyi üçün özüm haqqında da bir söz deyə bilmərəm.



O gündən bu yana hakimiyyətin təyin etdiyi deputatlar Erkin Qədirlini tənqid etməyə başlayıb.
Əslində Erkin bəy deputatxanda inqilab edib. İllərdir ağzına su alıb susan deputatlar da danışmağa başlayıb. Ona görə də həm cəsarətinə, həm də deputatxananın ölüxana olmadığı sübut etdiyinə görə Erkin bəyə xüsusi təşəkkürnamə verilməlidir. Deputatlar da qış yuxusundan ayıldıqlarına, az da olsa tanındıqlarına görə Erkin bəyə təşəkkür etməlidirlər.
1992 dəfə baxılıb
ожидание...