Размер шрифта:
A+
A
A-
04 Февраль 2023

Dünyada Azərbaycan hakimiyyəti kimi...

Azərbaycan dünyada analoqu olmayan ölkədir deyirlər. Düzdür ki, bu söz aztv başda olmaqla yaltaqların sözüdür. Elə Heydər Əliyevin dövründən hər cəhətdən bədbəxt gündə olan Azərbaycan hətta avropanın ən inkişaf etmiş ölkələrindən belə gözəl ölkə kimi qələmə verilib. Amma insaniyyətini itirməyən insanlar gözəl bilirlər ki, Azərbaycan daim bədbəxt gündədir.

Son hadisələr isə göstərir ki, Azərbaycan doğrudan da dünyada analoqu olmayan ölkədir. Misal üçün son günlərdə 50-ə yaxın ruhani və dindar həbs edilib. Onların yeganə "günahı" nə vaxtsa İranda olmaları və ya oxumalarıdır. Onları tutub deyirlər ki, ya casus kimi həbs ediləcəksən ya da ki, narkoman kimi.

Görəsən dünyada Azərbaycan hakimiyyəti qədər iyrənc, şərəfsiz, rəzil, axmaq, bir hakimiyyət varmı ki, İranla düşmənçiliyi var deyə İrana güc göstərmək üçün öz vətəndaşlarını həbs etsin?! Bunlar o qədər şərəfsizdir ki, öz vətəndaşlarını həbs edir, adını da qoyur ki, dtx İran cəsuslarını kəşf edib. Sionist tulası olan media da iştahla bu xəbərləri tirajlayır. Zərrə qədər də ölüb yerə girmirlər. Çünki hakimiyyət də media da sionist tulası funksiyasını yerinə yetirir. Görəsən Ərdoğan belə bir iş edərmi?

Bu şərəfsizlər anlamır ki, bu məntiqlə başqa ölkələrdə təhsil alan digər insanlar da həmin ölkənin casusudur. Məsələn Allahşükür müəllim Özbəkistan casusu olmalıdır.

Bundan başqa təqlid edən insanları da incidirlər. Bu məntiqlə gərək Papanı özünə mənəvi lider hesab edən bütün xristianlar Vatikan agenti hesab edilməlidir.

Bu şərəfsiz hakimiyyət uzun illərdir bu çür alçaqlığa əl atır. İllər ötsə də inkişaf etmirlər, ağıllanmırlar. Ona görə ki, bunlar insaniyyətini itirmiş bir dəstə vəhşidən başqa bir şey deyillər. Bunlar heyvandan aşağı məxluqlardır.
1199 dəfə baxılıb
ожидание...