Размер шрифта:
A+
A
A-
10 Апрель 2023

İslamı söymək istəyənlər İranı söyürlər

İmam Xomeyni ağanın məşhur sözü hələ də dillər əzbəridir. Buyururdu ki, onlar ki, İranı söyürlər əslində İslamı söymək istəyirlər.

Bu dahiyanə sözün məğzi budur ki, onlar ki, özlərini müsəlman kimi göstərirlər amma İslamla əlaqələri yoxdur onlar müsəlman etiqadlarına hörmətsizlik etdikləri üçün məsuliyyətə cəlb olunmaqdan qorxurlar və buna görə də İslama dil uzatmırlar. Bəs nə edirlər? Bütün kinlərini İranın üzərinə tökürlər.

Tez tez sionist nökəri olan Zaur Qəriboğlunun verilişinə dəvət alan Cahandar Bayoğlunu hamı demək olar ki, tanıyır. Əslində dostlar onu zayoğlu hesab edirlər. Deməli Zay müəllim bu yaxınlarda özünün iç üzünü demək olar ki, göstərib. Öz son çıxışlarının birində müsəlman şiə əqidəsini şarlatan əqidə hesab edib. Bildirib ki, sizin şarlatan əqidəniz olan 12-ci, 13-cü imam gəlməyəcək.

Əlbəttə bir zamanlar Azərbaycanda şiələrə və şiəliyə hörmət olduğu üçün bu cür zaylar şiə əleyhinə danışa daha doğrusu hürə bilmirdilər. İndi elə vəziyyətdir ki, kimsə durub şiəliyi müdafiə edib bu zay müəllimə desə ki, şarlatan sənsən sənin əqidəndir. Şarlatan sənsən sənin erməni babalarının etiqadıdır, bəlkə həmin şəxsi də İran agenti və narkoman hesab edib həbs edəcəklər. Ona görə də hələ ki, zay müəllimin cavabını bu mənada verən yoxdur. Amma Allaha şükür olsun ki, bu cür zaylar özlərini tezliklə və asan bir şəkildə ifşa edirlər.

Arxayın olun ki, Allahın izni ilə vaxt gələcək Zay müəllim kimi heyvandan aşağı məxluqlar həm müsəlman xalq qarşısında həm qanun qarşısında cavab verəcəklər. Düzdür hələ ki, ölkədə qanun yoxdur, dərəbəylikdir. Zay müəllim də bu dərəbəylikdən istifadə edib xalqın inancını İrana görə təhqir edir. Amma vaxt gələcək bütün bunların cavabını verəcək.
2083 dəfə baxılıb
ожидание...