Və ya yalançının yaddaşı
İranla arası dəydiyi üçün Azərbaycan hakimiyyəti Azərbaycanda nə qədər şiə dindarları, ruhaniləri həbs elədi. Buna görə hətta Fazil şousu da təşkil elədilər. Adamın güya vurulduqdan sonra bir dənə fotosu, videosu, güllə yeri ictimaiyyətə təqdim edilmədi. Sadəcə özü kimi saxtakar, təyinatla deputatxanada oturan Zahid Oruc, Qənirə Paşayeva kimi insanlar ekranlarda göründülər. Adi halda uçan bir quş belə kameralara düşdüyü halda Fazilabın "güllə dəyərkən" necə bağırması belə nədənsə güvənlik kameralarına düşməyib. Daha sonra gördülər ki, ictimaiyyət, sosial şəbəkələrdə insanlar bu şouya inanmadılar, götürüb neçə gün sonra Fazilabın qolunu sarıyıb Murşahinin verilişinə çıxartdılar. Daha doğrusu güya Mirşahin onunla xəstəxanada görüşür və müsahibə alır.
Daha sonra Fazilab bir neçə gün sonra xəstəxandan çıxıb evinə getdi. Ayağının altında qurban kəsib onun gəlişini bayram kimi ailəsi qarşıladı. Üstəlik şiə düşməni olan Fazilab bu mərasimi Qədr gecəsinə, İmam Əlinin (ə) şəhadət günlərinə saldı. Sanki şiəliyə, şiələrə qarşı düşmənçilik başlamışkən bu ünsür də fürsəti qənimət bilib bu günlərdə, yəni şiələrin, hətta bütün sünnü müsəlmanlarının belə qəmləndiyi günlərdə şadlıq etdi.
Atalar da yaxşı deyib ki, yalançının yaddaşı olmaz. Deməli Fazilab müəllim vurulan günlərdə Eynulla Fətullayevə müsahibə verib demişdi ki, ona iki güllə vurulub. Birincisi çiynindən, ikincisi isə maşından düşəndən sonra ayaq nahiyəsindən vurulub. Amma Mirşahinı müsahibə verəndə deyib ki, birinci güllə ayağından dəyib, ikincisi isə çiyin nahiyəsindən. Hətta Mirşahinə müsahibə verəndə deyib ki, ikisi də maşında dəyib.
Bu ziddiyyətli müsahibələr göstərir ki, Fazilab müəllim vurulmayıb. Sadəcə adam illərdir şiələrin, Qum tələbələrinin əleyhinə danışan şəxsdir. İşi elə düzüb qoşublar ki, güya onun qətlini İran sifariş edib. Bununla həm İrana hürməyə əllərində bəhanə oldu həm də Fazil kimi bir ünsürdən qəhrəman düzəltməyə çalışdılar. Amma Allaha şükür olsun ki, heç kim Fazil şousuna inanmadı. Hətta Fazilin ailəsi belə əminik ki, bu şouya inanmayıblar.
Fazilab isə yalançı insan olduğu üçün yaddaşını itirib. İtirməsəydi və ya bu hadisə baş vermiş olsaydı adam on gün qabaq verdiyi müsahibənin ziddinə müsahibə verməzdi.