Analoqu olmayan Azərbaycanda qəribə hadisələr baş verməkdə davam edir. Demək, neçə gün ərzində nə qədər ruhani və dindar həbs ediblər. Sanki ağına - bozuna baxmadan bir ucdan tutatutdur. Tutanda da Stalin kimi tutmurlar. Həmin 37 daha qəddar, daha ciddi davam edir. Amma Stalin heç olmasa adamları öz adıyla tuturdu. Mikayıl Müşfiq, Hüseyn Cavid kimi insanlar türkçü olduqları üçün tutulurdu. Hətta Stalin kimi bir qəddar belə onları narkotiklə şərləmirdi.
Azərbaycanda isə Stalinə sanki rəhmət oxutduran bir hakimiyyət mövcud olub.
Mübarək Ramazan ayında oruc tutanları, mübarək Ramazan ayı olmayanda siqaret çəkməyənləri narkomaniya adıyla tuturlar. Üstə gəl İran agenti damğası da vururlar. Sanki demək istəyirlər ki, İran agentləri həm də narkomandır. Əlbəttə, bu şər böhtan hakimiyyətinin yalanlarına heç evlərindəki arvadları, uşaqları da inanmırlar. Amma nə edəsən ki, hələ ki, bu qədər insanın ailə üzvləri, qohum əqrəbası sakitdir. Nəyi gözləyirlər məlum deyil.
Digər tərəfdən də işə baxın ki, gic gic fikirləri ilə ad çıxartmış molotov "kotleti" olan Siyavuş müəllim deputatxanada İmam Əlidən (ə) hədis deyir. Deyir ki, əqidəsi olmayan adamın inamı olmaz. İşə baxın. Bütün bunlar İranın bərəkətindəndir. İrana nə qədər ki, Azərbaycan hakimiyyəti və molotov "kotleti" düşmən mövqe tutmamışdı İmam Əli (ə) yada düşmürdü. Elə ki, İranla münasibətlər korlandı İmamlar (ə) yada düşdü. Bu cür bərəkətli bir ölkə olan İranla heç düşmən olmaq rəvadırmı? Bir ölkə ki, dostları bir cür İmam Əlidən (ə) danışır, düşmənlərin başqa cür.
Analoqu olmayan ölkədəki analoqu olmayan situasiya budur ki, ölkənin deputatxanasında həm İmam Əlidən (ə) hədis deyilir, həm də İmam Əli (ə) ardıcılları həbs edilir. Əlbəttə təbii ki, molotov"kotleti"ndən soruşsanız deyəcək ki, tutulan dindarlar da ruhanilər də İmam Əli (ə) şiəsi deyillər İran şiəsidilər. İndi gəl bunun yanlış olduğunu kokteyllə kotleti ayrıd edə bilməyən Siyavuş müəllimə başa sal.
Bir sözlə gör dünyanın harasına gəlmişik ki, pivənin dibinə gedən insanlar, əxlaqsız aparıcı qadınlar, evdə ailəsinə söz keçirə bilməyən sionist tulaları İrana din dərsi keçməyə qalxır. Amma bütün dünyada özlərini rəzil edirlər. Hamı bilir ki, İrana hürənlər sionist tulaları olduqları üçün hürürlər. Haqlı yerə tənqid etsələr işimiz yoxdur etsinlər.