Размер шрифта:
A+
A
A-
31 Август 2023

Hamı psix olub özünü atacaq

Bakıda bir hakim özünü öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov. Bütün sosial şəbəkələrdə alçağa lənət oxuyurlar. Lənət oxumaqlarına əsas kimi Rahibin evini yıxdığı insanların adlarını çəkirlər. İşə baxın, hakim özü cinayətkardır və nahaq yerə insanları cinayətkar hesab edib içəri atıblar.

Aydın məsələdir ki, Azərbaycanda məhkəmələr ya yuxarıdan gələn sifarişlə işləyir, ya da rüşvətlə. Məhkəmə şəffaf və ədalətli olmayanda hakimlər də şərəfsizliyə əl atırlar. Çünki Azərbaycanda ədalət yoxdu. Ölkə zalım və xain insanların idarəçiliyində qalıb.

Məzlumların ahı Rahim Salmanovu tutub. Mən şəxsən inanıram ki, bu məzlum ahıdır, zalımın ağlını başından alır. Kimsə düşünməsin ki, Rahibin öhdəsinə daha böyük şərəfsizlik qoyulub deyə o da dözməyib intihar edib. Əsla yox. Bu cür alçaqların bütün varı yoxu puldur, vəzifədir. Puldan və vəzifədən ötrü hər cür alçaqlığa əl atarlar. Bu cür vicdansız insanlar məhz məzlumun ahı nəticəsində psix olub özlərini xəstəxanadan aşağı atırlar.

Siz elə bilirsiniz ki, o birilərinin ağlı başındadır. Əsla yox. Onlar da xəstədilər. Xəstə olmasalar bu qədər xalq səfalət içində yaşamağa məhkum olar? Bu qədər qazi dəli olublar ki, özlərini yandırırlar? Xeyr. Onları pis vəziyyətə salanlar var.

Vaxt gələcək digər şərəfsiz insanlar da vəzifəsindən asılı olmayaraq Rahibin gününə düşəcəklər.

Kim bilir, bəlkə də xalqın oyanması heç zaman mümkün olmayacaq, amma ölkədə zalımlar bu cür özlərini məhv edəcəklər. Hər necə olur olsun zalımın məhv olduğu gün məzlumun gün gördüyü gündür.
1779 dəfə baxılıb
ожидание...