Размер шрифта:
A+
A
A-
30 Сентябрь 2023

Ayətullah Rəisi və rəis dedikləri Ərdoğanın Qurana münasibəti

Qurandan söz düşmüşkən Quran ayəsi ilə başlayaq. Allah Quranda buyurur ki, Allah yanında ən hörmətli olan insan ən çox təqvalı olan insandır.

Bu ayəni qeyd edib Allahı şahid gətiririk ki, bir nəfər Quran sözünü desə, İran prezidenti Ayətullah Rəisi (Allah hifz eləsin) Quranın ziddinə söz desə biz Quranın sözünü deyəni dəstəkləyəcək, Ayətullah Rəisini də ədalətli olmağa dəvət edəcəyik. Tövbə etməsə arxasında namaz qılmayacağıq. Çünki adil olmayan insanın arxasında namaz qılmazlar. Quran sözünü deməyən insan isə adil ola bilməz.

Gələk söhbətimizin məğzinə. Ayətullah Rəisi BMT iclasında çıxış etmək üçün ABŞ-a getdi. Böyük Şeytanın mərkəzində Quran yandıran şeytanları rüsvay elədi. Quranı alnına qoyub Quran yandıran ölkələrə səslənib dedi ki, dünya durduqca Quran var olacaq. Quranla mübarizə apara bilməyəcəksiz. Cənab Rəisi danışanda sionistlərdən kimlərsə zalda aranı qatmaq, təxribat etmək istədilər amma mühafizə xidməti icazə vermədi.

Sonra da dindarlar haqqında iranpərəst deyirlər. Baxın mənim kitabımı İran prezidenti Ayətullah İbrahim Rəisi müdafiyə edir. Öz ölkəmizdə nə iqtidar, nə də müxalifət bir söz deyə bilmədiyi halda İbrahim Rəisi sinəsini fəda edib şeytanları onların ən uca tribunasından rüsvay edir. Bu insanı mən niyə sevməyim? Allaha and olsun ki, Qurana tohin edən İbrahim Rəisi olsa, Quranı müdafiyə edən Azərbaycanın hansısa məmuru olsa, müxalifət partiya sədri olsa ona da təşəkkür deyib təqdir edəcəkdik. Rəisini isə məhkum edəcəkdik. Çünki bizim üçün mühüm olan İran, İraq, Əfqanıstan deyil. Bizim üçün mühüm olan İslama sədaqət, Qurana bağlılıqdır.

İrandan başqa digər müsəlman ölkələri arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dindardır. Hətta tərcümeyi-halını Vikipediyadan oxuyanda orada bu cümlə keçir:
1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur.
Adam 8 il imam xətiblik oxuyub. Yəni bizim dildə desək ilahiyyatçıdır. Amma onun Qurana olan münasibətinə baxın bir də Ayətullah Rəisinin. Doğrudur Ayətullah rütbəsi adi ilahiyyatçıdan daha yüksək rütbədir. Bir dindar kimi Ərdoğanın da camilərdə namaz qıldığını görmüşük. Quran oxuduğu videolar var. Amma...

Amması budur ki, o durub Quranı müdafiyə edəndə ona sillə kimi cavab verəcəklər. Avropada durub deyəcəklər ki, sən Quranı elə də müdafiyə edirsən ki, sanki idarə etdiyin dövlətdə Qurana hörmət var. Əxlaqsızlıq, pozğunluq Türkiyədə. Əxlaqsızların açıq aşkar şərəfsizlik etməsinə icazə Türkiyədə. Qadın alveri Türkiyədə. Bəzi azərbaycanlı qızlar da daxil olmaqla başqa qızların bədənini satması Türkiyədə. Həmcinsbazların azadlığı Türkiyədə. Barların, araq evlərinin, fahişəliyin, açıq saçıqlığın baş alıb getməsi Türkiyədə. Belə bir şərəfsiz mühit iyaradan, yaranmasına bais olan kimdir? Təbii ki, Ərdoğan. Çünki dövlətin başında duran adamdır. Buna görə də İslam camiəsində Ərdoğan Qurandan nə danışsa inandırıcı deyil. Quran ayələrini oxuyanda Quran ona lənət oxuyur.

Amma İbrahim Rəisi elə ölkənin prezidentidir ki, o ölkədə bu haqsızlıqların heç biri yoxdur. Kimsə gizlin olaraq nəsə edə bilər. Amma dövlət Qurana zidd bu cür hərəkətlərə qadağa qoyub, kimsə bu qanunu pozsa cəzalanır.

Elə dünya imperializminin İranla düşmən olmasının bir səbəbi də budur. Çünki onlar Quranla mübarizə aparırlar. Ərdoğanın təmsil etdiyi din isə İslam deyil. İslam kimi qələmə verilən bir şeydir ki, din düşmənlərinə də bu lazımdır. Onlara Ərdoğan kimi İslam dünyasının lideri lazımdır. Yəni Qurana əməl etməyən Quran oxuyan insan. O insan ki, Quran onu məzəmmət edir.
2248 dəfə baxılıb
ожидание...