Ərdəbilin imam-cüməsi höccətülislam Seyid Həsən Amili bu həftəki xütbələrdə elan etdi ki, miladi 1990-cı il, 20 yanvarda çoxsaylı azərbaycanlılar Sovet Ordusunun Bakıya hücumu zamanı həlak oldu. Faciə baş verən zaman Türkiyənin o vaxtkı prezidenti Turqut Özala hadisə ilə bağlı məlumat veriləndə, qırılan insanların türk soylu olduğu bildiriləndə, Türkiyənin bu qətliama seyrçi mövqeyi pislənəndə demişdi: “Azəri türkləri nə qədər qətliam edilsə narahatlığa dəyməz, çünki onlar şiədir.”
Ərdəbilin imam-cüməsi sözünün davamında deyib: “İki aydır ki, İraqda Əmr Əli şiə türklər İŞİD-ın mühasirəsindədir. BMT də xəbərdarlıq edib ki, dəhşətli faciə baş verə bilər. Amma Türkiyə susur. Bu türklər şiə olduğu üçün Türkiyə müttəfiqi İŞİD-i azad buraxıb, Turqut Özalın yolunu gedir. Aydın olur ki, Türkiyənin milliyyətçilik iddiaları dini, milli mənafeləri kölgədə qoyan siyasi mənafələrə çatmaq üçün bir vasitədir. Regiondakı türkmənlər - Əmr Əli, Telafer, Tuzhurmatu türkmənləri İstanbul yox, azəri türkcəsində danışır.” İmam-cümə faciəyə münasibət bildirməyən Azərbaycan dövlətini də tənqid edib. O bilidirib ki, İraqın şimalında İŞİD qarşısında dayanan yalnız İran İslam Cümhuriyyətidir.