Размер шрифта:
A+
A
A-
04 Октябрь 2014

ARM Hacı Mövsüm Səmədova qarşı olan təzyiqləri pisləyir

Azərbaycan Ruhanilər Məclisi (ARM) bəyanat yayaraq AİP rəhbəri, Hacı Mövsüm Səmədova qarşı olan təzyiqlərə son qoyulmasını tələb edir.


ARM-ın mətbuat xidmətindən Maide.az-a daxil olan bəyanatda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim.
Son zamanlar ölkədə baş verən insan haqlarının tapdanılması və günahsız insanlara qarşı təqib və təzyiqlərin artması, hər bir kəsi narahat etməkdədir. Azərbaycan Ruhanilər Məclisi bu ölkənin övladlarına qarşı bu rəftar tərzini əsla bəyənmir, insanlara qarşı amansız rəftarlara son qoyulmasını tələb edir.
Hamımızın şahid olduğu kimi, Azərbaycan İslam Partiyasının rəhbəri, ruhani-alim Hacı Mövsüm Səmədova qarşı hüquq və insani rəftarlara zidd olan münasibətlər bitib tükənmək bilmir. Hacı Mövsüm Səmədovun öz haqq səsini cəmiyyətə çatdırmaq məqsədi ilə aclıq elan etməsi belə, mövcud durumun yaxşılaşmasına heç bir təsir bağışlamamamışdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Ruhanilər Məclisi Hacı Mövsüm Səmədova qarşı bütün təzyiqlərə son qoyulmasını tələb edir və dini kəsimin haqlı tələbinin yerinə yetirilməsi məqsədi ilə bütün əlaqədar qurumlara çağırış edir.”

Azərbaycan Ruhanilər Məclisi
7192 dəfə baxılıb
ожидание...