İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələr komandanı general Əmir Hacızadə Zəncanda kiber-müharibə üzrə gənc zabitlərin ikinci konfransında İran İslam Cümhuriyyətinin nüvə proqramına işarə ilə deyib: ABŞ müzakirələri ciddi şəkildə izləyir və bunun səbəbi çətin duruma düşmələri, bu müzakirələrə ehtiyaclı olmalarıdır... Biz nüvə hüququmuzu güzəştə getmək fikrində deyilik...
General Əmir Hacızadə deyib: Cənab Rəhbər Ayətullah Xamenei İran İslam Cümhuriyyəti məsullarına tapşırıb ki, tələbələrlə görüşüb, onların suallarına cavab versinlər.
General Əmir Hacızadə kiber-müharibənin inqilabın əvvəllərindən başladığını və bu günədək davam etdiyini vurğulayaraq deyib: Hazırda düşmənin kiber-hücumlarına qarşı çeşidli fəaliyyətlər həyata keçirilir.
General Əmir Hacızadə bildirib ki, düşmən bizi strateji bir tələyə salmaq istəyir: Onlar inqilabımızın əvvəlindən buna çalışıblar. Kiber-müharibə düşmənə ucuz başa gəlir. Onlar bu müharibəyə başlamaqla dövlətimizə zərbə vurmaq istəyirlər.
Yüksək rütbəli hərbçi hadisələrin sürətləndiyini və şəraitin dəyişdiyini vurğulayaraq deyib: Düşmən nə yolla olur-olsun bizi ciddi problemlə üzbəüz qoymaq istəyir. Əgər İran xalqının müqaviməti olmasaydı bəlkə də düşmən məqsədə çatardı.
General Əmir Hacızadə düşmənlərin İran İslam İnqilabını əsas düşmən saymasına işarə ilə deyib: Düşmənlər çalışırlar ki, regionda neçə ildir alovlanmış İslam Oyanışının qarşısını alsınlar.
General Hacızadə deyib: Düşmənlər İran İslam Cümhuriyyətinin bir çox proqramlarından xəbərsiz qalıblar.
Aerokosmik Qüvvələr komandanı nüvə danışıqlarına münasibət bildidərək deyib: ABŞ müzakirələri ciddi şəkildə izləyir və bunun səbəbi çətin duruma düşmələri, bu müzakirələrə ehtiyaclı olmalarıdır.
General Hacızadə İŞİD mövzusuna da toxunub: ABŞ-ın ərsəyə gətirdiyi İŞİD Amerikanın beyin mərkəzlərindən buraxılmış virus kimidir. İranla qarşılaşmaq iqtidarı olmayan ABŞ təkfirç i İŞİD qrupunu yaradıb. Amerikanın yaratdığı virus hazırda 80 ölkə üçün problemə çevrilib.
Aerokosmik Qüvvələr komandanı ABŞ-ın planlarının bir-birinin ardınca müvəffəqiyyətsizliyə uğradığını qeyd edərək deyib: İranın uğurları arxasında bu nizamın ilahi təlimlərə istinad etməsi dayanır. Tərəqqimizin səbəbi vilayətə bağlılıq, İslam qanunlarına sayğımızdır.
Hacızadə düşmənlərin İranın addımları qarşısında aciz qaldığını vurğulayaraq deyib: Biz bu müvəffəqiyyətlərə görə İran xalqının bütün sahələrdə ortaya qoyduğu müqavimətə minnətdar olmayıq.
Hacızadə tələbələrin suallarını cavablandırarkən deyib: İran İslam Respublikası heç bir halda nüvə proqramını dayandırmayacaq. İran xalqı bu sahədə öz hüquqlarını güzəştə getməyəcək.
Hacızadə şəhid Tehrani Müqəddəmi yada salıb: Bu böyük şəhid səkkiz illik müharibə zamanı çox dəyərli xidmətlər göstərib. O 1361-ci ildə Xusiztanda ilk topxananı yaradıb. Bu gün bir həmkarlarımız araşdırma mərkəzlərində məşğuldurlar və dəyərli nəticələr əldə ediblər.
General Hacızadə İranın hava sərhədini pozmuş İsrail təyyarəsi ilə bağlı sualı savablandırıb: Bu təyyarə region ölkələrindən birinin ərazisindən havaya qalxıb. SEPAH Nətənz bölgəsində təyyarəni nəzarətə götürüb və yerə endirib. Bu casus təyyarəsi olub. Onun qeydə alınması və endirilməsi böyük bilik və təcrübə sahəsində mümkün olub. Böyük dövlətlər bu nöqtələrə diqqətli olmalıdır.
General Hacızadə tələbələri aerokosmos sahəsində ixtiralarını mərkəzə təqdim etməyə, həmkarlığa çağırıb.
Sonda General Hacızadə bir daha nüvə mövzusuna qayıdaraq bilirib ki, düşmən ölkələrin məqsədi təkcə nüvə proqramına nəzarət etmək deyil və onlar İslam İnqilabı, Hizbullah, Fələstin Müqavimətinə görə narahatdırlar.
Nur-az.com