Vadi əs-Səlam İraqın Nəcəf şəhərindəki bir qəbristanlığın adıdır. Buranın məşhurluğunun səbəbi qəbristanlığın qiyamət günü bir neçə peyğəmbər, imam və möminin rəcət yeri olacağı haqqında rəvayətlərə görədir. Vadi əs-Səlam qəbristanlığı Nəcəf şəhərində İmam Əlinin hərəminin şimal hissəsində yerləşir. Bu qəbristanlıq Yaxın Şərqin ən böyük qəbristanlığı sayılır. Qəbristanlıq cənubdan İmam Əlinin (ə) hərəmi və Nəcəf-Kufə prospekti (Əli ibn Əbitalib (ə) prospektinə), Şərqdən Nəcəf-Kufə yolu, şimaldan Həyy əl-muhəndisin və qərbdən keçmiş Nəcəf su hövzəsilə əhatə olunub. Hədislərə əsasən, möminlərin ruhu bu qəbristanlıqda bir araya gəlirlər. Dünyadan köçən hər bir möminin ruhunu mələklərdən biri buraya gətirir. Bu qəbristanda dəfn edilən şəxsə qəbir əzabı verilməz. İslam peyğəmbəri (s) də bu barədə Həzrət Əliyə (ə) buyurur: “Sən mənim qardaşımsan. Mənimlə sənin görüş vədəm Vadi əs-Səlamdadır.”
Nur-az.com ABNA-ya istinadla bu qəbristanlığın fotolarını sizə təqdim edir: