Размер шрифта:
A+
A
A-
17 Август 2023

MƏN Kİ, SAHİBSİZ DEYİLƏM

Bəzən fikrə qərq oluram,
Düşüncədən tam doluram,
Yerimdəcə qovruluram,
Amma yenə yorulmuram,
Öz-özümə hey deyirəm,
Mən ki, sahibsiz deyiləm!

Fikirlərim yorur məni,
Problemlər boğur məni,
Gələn-gedən vurur məni,
Sanki əcəl qovur məni,
Danişsam da səbr edirəm,
Mən ki, sahibsiz deyiləm!

Mələk kimi görsənənlər,
Üzdə məsum bilinənlər,
Arxanda iş çevirənlər,
Özün böyük zənn edənlər,
Ətrafimda cox görürəm,
Mən ki, sahibsiz deyiləm!

Həyat bizə bir sınaqdı,
Ömür tərif, gah qınaqdı,
İnsanlar nakam qonaqdı,
Dünya evi boş maraqdı,
Mühüm budur düz bilirəm,
Mən ki, sahibsiz deyiləm!

Ürəyimdə nisgil, acı,
Namərd qoymaz başa tacı,
Axmaqların yox əlacı,
Seyyid Rovşən, ol duaçı!
Paxıllara hey gülürəm,
Mən ki, sahibsiz deyiləm!
912 dəfə baxılıb
ожидание...