Şrift ölçüsü:
A+
A
A-
02 Şubat 2015

İslam İnqilabı və şah ordu generalının xatirələri

İnqilablar tarixində çox az inqilab qarşıya qoyulan məqsədə çata bilib
İran İslam İnqilabı tarixi azadlıq və mənəvi dəyərlər ardınca olanlar üçün ibrətamiz bir səlnamədir. İnqilablar tarixində çox az inqilab qarşıya qoyulan məqsədə çata bilib və öz həyatını davam etdirməyə müvəffəq olub. Ötən 35 il göstərdi ki, İran İslam İnqilabı fundamental bir inqilabdır və artıq bu dövləti siyasi küləklər aşırmağa qadir deyil. İnqilab yolunu gedənlər üçün İran İslam İnqilabının tarixi bir məktəbdir. Bunu nəzərə alaraq Fars informasiya agentliyi İran şah ordu generalı Hüseyn Fərdustun xatirələrini nəşr edib. Ordu generalı Hüseyn Fərdust şah rejiminin xüsusi kəşfiyat idarəsinin rəisi və uzun müddət SAVAK rəisinin müavini vəzifəsində çalışıb. Təbii ki, bütün inqilablar qarşısında böyük maneələrdən biri əvvəlki rejimin təhlükəsizlik xidməti və kəşfiyyat orqanının fəaliyyətləridir. Hüseyn Fərdustun şah rejiminin təhlükəsizlik xidmətlərinin işi barədə bölüşdüyü xatirələr inqilab yolunu gedənlər üçün dəyərli dərs hesab oluna bilər.
***
20 bəhmən günü səltənət, şah rejimi süqut etdi, mən həmişəki kimi ETTELAAT (Təhlükəsizlik İdarəsi) idarəsinin xüsusi ofisində idim. Bacım Turanın həyat yoldaşı Məhəmməd Əli Əfraştə mənə zəng vurdu. Dedi ki, Mühəndis Bazərqan sabah axşam sizinlə görüşmək istəyir və görüş yeri kimi onun Rüstəmabaddakı evi təklif olunur. Dedim ki, ünvanı dəqiqləşdirsin, mən deyilən vaxtda orada olacağam. Əfraştə dedi ki, şübhəsiz onun sualları var, səndən məlumat istəyəcək. Məhəmməd Əli Əfraştənin Mühəndis Bazərqanla qohumluğu vardı. Bazərqanın qardaşı oğlu neçə illər qabaq Məhəmməd Əli Əfraştənin əmisi oğlu Abbas Əfraştənin qızı ilə ailə qurmuşdu. Mən Bazərqanın qardaşı oğlunu görməmişəm. Amma bilirəm ki, inqilabdan sonra Bazərqanın ofisinin rəhbəri kimi çalışıb. İzdivacdan sonra Mühəndis Bazərqanın qardaşı öz oğlu və gəlini ilə bir yerdə yaşayıb. Neçə illər qabaq Mühəndis Bazərqanın məndən bir xahişi vardı və Abbas Əfraştəni yanıma göndərmişdi. O 25 nəfərlik bir siyahı göndərmişdi, istəyirdi ki, bu adamlar qrup şəklində Həccə getsin. Bu siyahı əlimə çox gec çatdı. Artıq Həcc siyahısı dolmuşdu. O zaman Mənuçehr Azmun Vəqf idarəsinin rəisi idi. Bazərqanın göndərdiyi siyahını ona çatdırsam da bildirdi ki, gecdir. Mən Vəqf idarəsi rəisinin yanına göndərdiyim zabitə dedim ki, rəisdən bu siyahını qəbul etməsini xahiş etsin. Bu xahişdən sonra həmin siyahını qəbul etdilər. Bazərqanın özünün bu siyahıda olub-olmadığı yadıma gəlmir. Amma əksəri onun dostları və yaxınları idi. Bu dəfə də Bazərqan Abbas Əfraştəni yanıma göndərmişdi. 21 bəhmən günü günortadan sonra idi. Mən yenə də ofisdə idim. Zəng gəldi. Qarabaği mənimlə əlaqə saxladı. O dedi: “Mən Ləvizandayam, Mühəndis Bazərqan və doktor Səhabi oradadırlar.” Qərəbağinin danışığından hiss etdim ki, həmin iki şəxsin yanında söhbət edir. O dedi: “Cənablar şəhərdə gedən döyüşləri nəzərə alaraq istəyirlər ki, yüksək rütbəli zabitlərin iştirakı ilə sabah sübh ordu qərargahında komissiya yaradılsın və elan edilsin ki, ordu Bəxtiyarı müdafiə etmir.” Mən dedim ki, mənim salamımı onlara çatdırın və deyin ki, tam razıyam. Səhəri gün hökmən komissiya yaradılar və Bəxtiyarın himayə olunmaması barədə bəyanat verilər. Qərəbaği dedi: “Cənablar təşəkkür edirlər.” Bu telefon əlaqəsindən sonra Əfraştə ilə əlaqə saxladım və soruşdum ki, görüş məsələsi nə yerdə qaldı? Əfraştə bir müddət sonra zəng vurub xəbər verdi ki, artıq görüşə ehtiyac yoxdur. Başa düşdüm ki, görüşdə məqsəd Qərəbağinin dediyi mövzu imiş. 22 bəhmən günü təlimata uyğun olaraq baxışa getdim. Saat 9:30 - 10 radələrində Qərəbaği ordu qərargahından zəng vurdu və dedi ki, 7:30-da komissiya təşkil olunub və zabitlər sizin də iştirakınızı istəyirlər. Dedim ki, mən indi yola düşürəm. Yarım saat sonra ordu qərargahına çatdım. Binanın qarşısında 100-ə yaxın silahlı əsgər keşik çəkirdi. Konfrans otağına daxil oldum. Otaqdakılar məni görüb ayağa qalxdılar. Otaqda təxminən 30 zabit vardı. Oturacaq az olduğundan 5-6 nəfər ayaq üstə qalmışdı. Ordu komandanı Xosrovdad və Əmini Əfşar ayaq üstə duranlar arasında idilər. Əksəriyyət ordu komandanları idi. Üç general vardı: Qərəbaği, Şəfqət və mən. Əksəriyyət hərbi libasda idi. Qərəbaği iclasın rəisi yerində əyləşmişdi. Şəfqət, mən Bədreyi, Rəbii, Həbibullah sağda, general Xatəm və başqaları solda əyləşmişdilər. Qərəbaği mənə üz tutub dedi: “Sübh erkən vaxtı komissiya təşkil olunub, mövzu budur ki, ordu Bəxtiyarı himayə edir, yoxsa yox? Müvafiqlər və müxaliflər var. Komissiyanın son qərarı verilməyib. Buna görə də sizin gəlişinizi istədilər.” Quru Qoşunları komandanı Bədreyi mənim yanımda əyləşmişdi. Ondan soruşdum ki, ixtiyarındakı qüvvələrin sayı nə qədərdir? Dedi ki, sübh vaxtı 700 nəfər idi, hazırda bu sayın azalması mümkündür. Mən ondan nə düşündüyünü soruşdum. Bədreyi bir planı olmadığını bildirdi. Dedi ki, ordu qərargahını müdafiə edə bilsək, elə bu özü böyük işdir. Aşkar görünürdü ki, çox narahatdır. Amma özünü sakit göstərməyə çalışırdı. Komandan Rəbiyi Bədreyinin sağ tərəfində əyləşmişdi. Mənim sözlərimə diqqətlə qulaq asırdı. Ehtimal edirdim ki, əgər Amerika çevriliş etmək istəsə o 1 nömrəli namizəddir. Xosrovdad və Əmini Əfşar da məni diqqətlə dinləyirdi. Sonra iclasdakılara üz tutub dedim: “Qanun ordunun vəzifəsini müəyyən edib. Ordunun vəzifəsi İranın sərhədlərini qorumaqdır. Düşmən təcavüzünün qarşısını almaq bizim vəzifəmizdir. Ordunun baş naziri müdafiə etmək vəzifəsi yoxdur. Bu sözdən sonra iclasdakılar razılıq əlaməti olaraq əllərini qaldırdılar. Rəbiyi yalnız mən ona baxanda əlini qaldırdı. Əlbəttə ki, mənim dediyim sözlər düzgün deyildi. Çünki qanuna əsasən daxili düşmənlərə qarşı da ordudan istifadə etmək olardı. Sonra komandan Xatəmə dedim: “Bu barədə yazın, onu oxuyun, təklifi olanlar danışsın və imzalansın. Dərhal radioya təqdim edin, təcili xəbər kimi yayımlansın.” Xatəm bir mətn yazdı, mətni oxudu və hamı bu mətnlə razılaşdı. Mətni imzalamaq üçün əvvəlcə Şəfqətə verdilər. O dedi ki, mən Bəxtiyar dövlətinin müdafiə naziriyəm, bu mətni imzalaya bilmərəm. Kağızı alıb mən imzaladım və digərləri növbə ilə onu imzaladılar. Bu arada Qərəbaği iki dəfə qonşu otağa keçdi və Bəxtiyarla telefon əlaqəsi saxladı. Tez geri qayıdıb dedi ki, əgər bu kağız imzalansa o gedəcək. Dedim ki, kimsə ona getmək göstərişi vermir. Biz ordunun vəzifəsini təyin edirik. Qərəbaği yenə otaqdan çıxdı və geri qayıdıb dedi: “Bəxtiyar getdi!”
Qərəbaği otaqda olmayanda Xatəm bundan istifadə edib dedi: “General Qarabaği bir aydır məni qəbul etmir, amma hər gün sübhdən gecəyə qədər amerikalı general Hayzerle bir yerdədir. İndi də Hayzer qərargahdadır. Komandan Təbatəbai mənə yaxınlaşıb dedi ki, biz bu kağızı imzalayandan sonra nə etməliyik? Dedim məsuliyyəti mənim üzərimə qoyarsınız. Təbatəbai təşəkkür etdi. Bu zaman Əmini Əfşar mənə dedi ki, hazırda iki min nəfər qərargaha doğru yaxınlaşır. Mən dərhal konfrans otağından çıxdım. Qərəbaği mənim ardımca gəlirdi. O dedi: “General Hayzerlə görüşsəniz pis olmaz.” Dedim ki, nümayişlər belə alovlandığı halda bu görüşü sonraya saxlasaq daha yaxşıdır. Dərhal uzaqlaşdım. Qərargahın həyətinə çıxdım, gördüm ki, əskərlər silahı atıb qaçıblar. Mənim sürücüm nümayişçilər oraya yaxınlaşana qədər qərargahdan uzaqlaşdı və mən bir başa ofisə getdim. 22 bəhmən günortadan sonra saat 4-ə qədər ETTELAAT-ın xüsusi ofisində oldum. Nümayişçilər havaya güllə atır, baş nazirin qərargahına yaxınlaşırdılar. Bəziləri divarı aşmışdı. Bizim binaya daxil olub, məni qollarımdan tutdular, özləri ilə apardılar. Mən keşikdə dayanan əskərlərə göstəriş verdim ki, nümayişçilərə qarışsınlar. Nümayişçilər darvazaları açıb içəri daxil oldular. Amma məlum oldu ki, onlar baş nazirin ofisini hədəf seçiblər. Məni binadan çıxardılar, piyada hərəkət etdik. Məni ofisin xidmətçisi və sürücüm müşayiət edirdi. Bir qədər sonra kimsə məni uzaqdan çağırdı. Baxdım gördüm ki, əlini qaldıran çempion Namcudur. O maşında idi. Onu qədimdən tanıyırdım. Dedi istəyirsiniz sizi aparım? Dedim ki, bəli. Namcunun maşınına əyləşdik, qədim dostum doktor Ümidin evinə getdik. Namcu 2 saata qədər orada qaldı. Ümidin evinə daxil olandan sonra bacım Turana zəng vurdum, harada olduğumu dedim. Həmin gecə zəng gəldi, telefonu doktor Ümid götürdü. Dedi ki, baş nazirdir, sizi istəyir. Aydın oldu ki, Mühəndis Bazərqan məni harada olduğumu Məhəmməd Əli Əfraştədən öyrənib. Dəstəyi götürüb salam verdim. Bazərqan məndən hal-əhval tutdu. Dedi ki, sənə zəng vuracağam. Onun zəngindən çox sevindim. Bir qədər sonra Qarabaği zəng vurdu. Dedi ki, telefon nömrəsini Bazərqandan alıb. O da dedi ki, mənimlə telefon əlaqəsi saxlayacaq. Qərəbağidən nömrəsini istədim. Ev sahibi dedi ki, əgər harada olduğunu bilsələr gərək gedəsən. 23 bəhmən günü günortadan sonra saat 3-4 olardı. Yenidən zəng gəldi. Doktor Ümid telefonu götürdü. Dedi ki, baş nazir sizinlə danışmaq istəyir. Bazərqanla söhbət etdim. Məndən soruşdu ki, zabit Qərənini tanıyırsan? Dedim ki, bəli, tanıyıram. Dedi onun sizinlə işi var, dəstəyi ona verirəm. Dəstəyi alan Qərəni mənimlə salamlaşdı və dedi: “Təcili mənim evimə gəlməlisiniz.” Ünvan və telefon nömrəsini aldım və dərhal yola düşdüm. Maşın onun evinin qarşısında dayandı. Qapının zəngini vurdum, kim olduğumu dedim. Qapı açıldı, evə daxil oldum. Qərəninin həyat yoldaşı məni bir otağa qədər müşayiət etdi. 15 dəqiqə, yarım saata qədər gözlədim. Nəhayət Qərəni otağa daxil oldu. Hal-əhval tutduqdan sonra dedi: “Sizinlə iki işim var. Əvvəla, Bədreyi, Xosrovdad və Rəbiyiyə zəng vurun, deyin ki, oyun oynamasınlar. Onlar Ləvizanda sabah qiyam qaldırmaq istəyir.” Söz verdim ki, bu işi görərəm. Onların arxasınca deyindim. Qərəni dedi: “İkinci iş budur ki, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Donanma və SAVAKA rəhbərlik üçün dörd nəfər namizəd verin.” Soruşdum ki, bunu baş nazir özü istəyir? O qonşu otağa keçdi, bir qədər sonra qayıtdı və dedi ki, baş nazir bu işi dərhal görməyinizi istəyir və həmin namizədlər yüksək rütbəli zabitlər olmasın.” Dedim ki, aşağı rütbəli zabitlər arasında belələrini tanımıram. Dedi ki, eybi yox, yüksək rütbəli zabitlər olsun. Sonradan onları əvəz edəcəklərini bildirdi. Mən dərhal Quru Qoşunları üçün Xatəmi, Hərbi Hava Qüvvələri üçün Azərbərzini, Donanma üçün Mədənini, SAVAK üçün Müqəddəmi təklif etdim. Qərəni dərhal zəng vurdu, həmin adları dedi. Göstəriş verdi ki, həmin 4 şəxs dərhal verilən ünvana çağırılsın. Mən Qərəni ilə söhbətimi başa çatdırandan sonra oranı tərk etdim, doktor Ümidin evinə qayıtdım. Hələ hava qaralmamışdı. Bədreyinin evinə zəng vurdum. Telefonu həyat yoldaşı götürdü. Dedim ki, Bədreyi ilə mühüm işim var. Yoldaşı onun harada olduğunu bilmədiyini söylədi. Dedim məsələ çox mühümdür, həyatidir. Gələndə mənimlə əlaqə saxlasın. Doktor Ümidin telefon nömrəsini verdim. Sonra Xosrovdadın evinə zəng vurdum. Oradan da eyni cavabı aldım. Rəbiyinin evindən cavab verən olmadı. Gecə saat 2-yə qədər gözlədim, kimsə zəng vurmadı. Qərəniyə zəng vurdum, dedim ki, bu adamların heç birini tapa bilmədim. Dedi Ləvizandadırlar. Mənə dedi ki, Müqəddəm təklifi qəbul etməyib, ona deyin ki, SAVAK-a getsin. Müqəddəmin telefon nömrəsini verdi. Ona zəng vurdum, həmin sözü çatdırdım. Dedi ki, itaət edirəm. Müqəddəmin cavabını Qərəniyə dedim. 24 bəhmən gecə vaxtı Mühəndis Bazərqan yenidən zəng vurdu və dedi: “Sabah sübh saat 8-də nazirliyə gəlin. Memar Sadiqiyə də demişəm ki, gəlsin.” 25 bəhmən sübh vaxtı doktor Ümidlə birlikdə getdik. Avtomobili 1 saylı polis idarəsinin qarşısında saxladıq və mən maşından düşdüm. Nazirlik binasına doğru getmək istədim. Küçəni bağlamışdılar. Barrikada qurulmuşdu. İnqilabçı görkəmli bir şəxs mənə yaxınlaşdı və yanındakılara göstəriş verdi ki, bu şəxs keçib gedə bilər. Özünü təqdim etdi, məlum oldu ki, Hava Qüvvələrinin zabitlərindəndir. Baş nazirin ofisinə qədər getdik. Memar Sadiqi də orada idi. Keşiş çəkən zabitə bildirdim ki, baş nazir özü məni çağırıb. Bir saata qədər həyətdə gözlədim. Gözləyənlər çox idi. Sonra zabit mənə yaxınlaşdı və dedi ki, bir neçə saat əvvəl baş nazirin binası atəşə tutulub və baş nazir dərhal İmamın görüşünə gedib. Dedi ki, gözləməyin faydasızdır. Təşəkkür edib, oradan uzaqlaşdım. Mühəndis Bazərqan daha doktor Ümidin evinə zəng vurmadı. Mən 5 günə qədər orada qaldım. Vəziyyət çox gərgin idi. Bədreyi, Rəbiyi, Xosrovdad, Əmini Əfşar, Nəsiri kimi yüksək rütbəli zabitlərin ölüm xəbəri gəlirdi. Aydın olurdu ki, Bazərqan və Qərəni vəziyyətə tam nəzarət edə bilmir. Əgər inqilabçıların əlinə düşsəydim məni də ölüm təhlükəsi gözləyirdi. Həmin gün nazir Nasir Müqəddəmin həbs olunması xəbəri yayıldı. O həmin şəxs idi ki, Bazərqan və Qərəni onu SAVAK-a rəis vermək istəyirdi, o isə imtina edirdi. Doktor Ümid çox narahat idi, tez-tez küçəyə baxırdı. Bir gün sübh tezdən telefon zəng çaldı, doktor Ümid dəstəyi götürdü. Telefon danışığından sonra halının dəyişdiyini gördüm. Mənə dedi ki, mərkəzi komitədən zəng vurmuşdular, məni ora çağırırlar. Həmin ünvan İsveç səfirliyinin yaxınlığında idi. Doktor Ümidə dedim ki, narahat olmasın, mən gedirəm. Əfraştənin evinə getdim, gecəyə qədər orada qaldım. Əfraştənin yeznəsinin atası, polis idarəsi rəisi də orada idi. Telefon zəng çaldı, Əfraştə dəstəyi götürdü. Başa düşdüm ki, orada qalmağım münasib deyil. Qərəninin evinə getdim. Həyat yoldaşı məni mehriban qarşıladı. Qohumları da orada idi. Nəhayət Qərəni gəldi. Onun yanında iki əsgər vardı. Axşam yeməyi üçün yeməkxanaya getdik. Əsgərlər də bizimlə idi. Dedilər ki, adım və rütbəm dilə gətirilməsin. Telefon zəng çaldı, xanım Qərəni dedi ki, cənab Taliqanidir. Qərəni onunla bir saatdan artıq danışdı. Şam yeməyindən sonra sürücü ilə əlaqə saxladım, sabah sübh məni dediyim yerdə gözləməsini istədim. Sonra Qərəni ilə sağollaşdım. Qərəni dedi ki, getməyin, burada otaq var. Mən getmək istədiyimi bildirdim. Qərəni mehribanlıqla dedi ki, nə vaxt istəsəniz, gələ bilərsiniz. Təşəkkürümü bildirib Əfraştənin evinə getdim. Təsadüfdən iki əsgərin yanında mənim adım çəkildi və onlar mənim kim olduğumu bildilər. Bir saat olardı Əfraştənin evində idi. Qardaşımın bacanağı gəldi və məni Nadirin evinə apardı. Nadir də qohumlardan idi. Gecəni orada qaldım. Səhəri gün qardaşım Nüsrətullah gəldi. Dedi ki, inqilab məhkəməsində komandan Nazimə iş veriləcəyini deyirlər. Bu məni sevindirdi. Onunla əlaqə saxladım. Nazimdən öz aqibətim barədə soruşdum. Dedi ki, bir müddət gizlən, ən yaxşı yer İsfahandır. Dedim ki, İsfahanda tanışım yoxdur. Sağollaşdıq. Mən Nüsrətullahla birlikdə bir müddət Nadirin evində qaldım. Ardıcıl edm xəbərləri məni narahat edirdi. Bir gün Mühəndis Bazərqan zəng vurdu, mən özümü müdafiə üçün hazırladığım mətni ona oxudum. Dedi ki, onu mənə çatdırın. Abbas Əfraştənin yeznəsi ilə kağızı Bazərqana göndərdim. Məktubun üzərinə baş nazir Cənab Mühəndis Bazərqan yazmışdım. Məktubda öz xidmətlərimi sadalayırdım, son aylarda şahın cinayətlərinə şərik olmadığımı qeyd edirdim. Bağışlanma, əfv istəyirdim. Mühəndis Bazərqan dedi ki, bir müddət öz evinizdə olmayın. Mən məktub yazanda Nüsrətullah da bağışlanma ərizəsi yazmaq istəyirdi. O bu məktubu mənim məktubumla birlikdə göndərmək fikrində idi. Mən bunu qəbul etməyəndə məndən küsdü və özünü inqilabi hökumətə təslim etdi. Bir müddət həbsdə qalıb, sonra azad oldu. 1358-ci il Novruz bayramından qabaq bacım İranın evinə getdim. Bu ev Əmirabad küçəsində idi. 2 il orada qaldım. Bazərqan hələ ki, baş nazir idi. Ona ikinci və son məktubumu yazdım və maddi yardım istədim. Dedim əgər lazımsa ölkədən gedim. Abbas Əfraştə vasitəsi ilə məktubu göndərdim. Amma bir müddət sonra Bazərqan dövləti süquta uğradı. Nüsrətullahla məsləhətləşdim ki, Bazərqandan necə cavab ala bilərəm? Məsləhət gördü ki, Bazərqanın qardaşı ilə görüm. Bazərqanın qardaşı ilə Abbas Əfraştənin evində görüş təyin etdik. O vəd etdi ki, kömək edəcək. Amma nəticə olmadı. Həmin vaxtdan Bazərqanla əlaqəm kəsildi. Sonralar onun kömək etmək imkanı da qalmadı.
Həmin vaxtdan general Hüseyn Fərdustun həyatında yeni mərhələ başlayır. O 5 il gizli şəraitdə yaşayır. İnqilabın başlanğıc dövründəki edamlar səngiyir. 1359-cu il aban ayının 13-də Amerika səfirliyinin casus yuvası olaraq ələ keçirilməsi ilə Mühəndis Bazərqanın liberal dövləti süquta uğrayır. İnqilab ikinci mərhələyə qədəm qoyur. İmam Xomeyni bu dövrü əvvəlki dövrdən də böyük inqilab adlandırır. Düşmən öz işindədir, inqilabı uğursuzluğa düçar etmək üçün daxildə və xaricdə qüvvələr işləyir. Müvəqqəti dövlətin süqutundan sonra da daxildə əks-inqilabi qüvvələr fəaliyyətdədir. Amma inqilab hər gün daha da xalisləşir, əsilləşir. Bu illər ərzində Amerika imperializmi öz müttəfiqləri ilə ələ-ələ verərək bütün qüvvəsini sərf edir ki, inqilabı süquta uğratsın. Bu fəaliyyətlər arasında şah rejimindən qalma fərdlərdən də istifadə olunur. Əşrəf Pəhləvi, Əli Əmini, Şapur Bəxtiyar, Bəhram Aryana, Qulaməli Uveysi bu kimi şəxslərdəndir. Bu insanlar Avropa və Amerikada yerləşrdirilir, onların ixtiyarına imkanlar verilir ki, İslam Respublikasının əleyhinə işləsinlər. Amerikanın CİA, Britaniyanın Mİ-6 casus təşkilatları, İsrailin MOSSAD təşkilatı İran əleyhinə çalışanların ixtiyarına güclü təbliğat vasitələri verir. Düşmənin əlində olan əsas vasitələrdən biri şayiələr yaymaqdır. Psixoloji müharibə adlandırdığımız bu hadisəyə ABŞ, Britaniya, İsrail rəhbərlik edir. BBS, Amerikanın səsi kimi şəbəkələr 24 saat islam cumhuriyyəti əleyhinə təbliğat aparır. Şapur Bəxrtiyarin təbliğatlarında yer alan şaiyələrdən biridə general Fərdustun islam cumhuriyyətinin təhlükəsizlik xidmətinə işləməsidir. Əslində Fərdustun Bəxtiyar dövləti zamanında fəaliyyətləri bir məcburiyyət üzündən olub. İnqilab qələbə ərəfəsindəikən dövlətin yüksək çinli məmurları yanlız öz həyatını xilas etmək barədə düşünürdü. Bu təbi bir proses idi və bu şəxslərin islam cumhuriyyətinin təhlükəsizlik orqanları ilə əlaqələri şaiədən başqa bir şey deyil. Bu şəxslərin başqa seçimi olmayıb. Məsələn, şah rejiminin şura rəisi Seyid Cəlal Tehrani Parisə səfərində öz istefasını İmama təqdim edib. Abbas Qərəbaği, Nasim Müqəddəm, Şapur Bəxtiyar özüdə inqilabın qələbəsindən sonra hərbi mövqe tutub. Əgər inqilab ilk addımlarda bu şəxsləri rədd etsəydi təbi ki düşmən cəbhə bundan faydalanardı. Milli cəbhə kimi quruplarin inqilabı ilk əvvəllərində səhnədə olması məhs bu siyasətlə bağlıdır. Təbi ki, bu qəbil insanların inqilaba sədaqətindən danışmaq olmaz. İnqilabın ilk günlərində mühüm əhəmiyyətə malik sənədlərin şah rejiminin gizli idarələrində yoxa çıxması həmin insanların Pəhləvi rejiminə, dünya imperializminə xidmətidir. İnqilabı səmimi qəbul etməyənlər amerikalı general Haydzerin planları əsasında müxtəlif təxribat işləri görürdülər. Hüseyn Fərdustun xatirələri sübut edir ki, əgər inqilab Pəhləvi rejiminin qalıqlarını aradan qaldırmasaydı Nasir Müqəddəm kimi bir şəxs yenidən Sabakın rəisi olardı. Hazırda nasirilər, hüveydalar dünya iperializminin süfrəsi kənarında ölüm gözləyirlər. Allahın yardımı ilə islam inqilabı 20-ci əsirdə 2 qütbə bölünmüş dünyada yeni sistem ortaya qoydu. İran İslam İnqilabı dünyanın siyasi xəritəsini dəyişdi. Hüseyin Fərdust nə müvəqqəti hökumət dövründə, nə də ondan sonra islam cumhuriyyətinin təhlükəsizlik qüvvələri ilə qisməndə olsa əməkdaşlıq etməyib. İslam cumhuriyyətinin təhlükəsizlik orqanları xalqın potensial imkanlarından yararlanaraq cihadla qurulmuş orqanlardır. Ordu, polis, məhkəmə, Sepah cəmiyyətin daxilindən qaynaqlanmış qüvvələrdir. Bu qurumlardan biridə Sepahın ettelaat bölməsidir ki, öz bağlığı dövründə məmləkətə müstəsna xidmətlər göstərib. Dünya imperializminə bağlı təbliğat vasitələri hələdə Fərdustun xidmətlərindən danışırlar. Şapur Bəxtiyar 37 günlük hakimiyyəti dövründə Fərdusta lazımınca yararlanmadığı üçün bu şəxsi qaralamağa çalışır. Bu şaiyənin yayılmasında Fərəh Pəhləvi, Azadə Şəfiqin böyük rolu olub. Tudə partiyasının da xidmətlərini qeyd etmək lazımdır. Tudənin sovetlər birliyinin təhlükəsizlik idarələri ilə gizli əlaqələri onun işinə cəhət verib. Tudə öz təbliğatlarında məzlum görkəmi almağa çalışır. Hansı ki, əsas işləri inqilab ziddinə şaiyə yaymaqdır. Bir sözlə, Şərq və Qərb imperializmi Hüseyin Fərdustdan dolayı manevrlərini uzun müddət davam etdirdi. İslam cumhuriyyətinin ettelaat təhlükəsizlik qurumu yaranana qədər müxtəlif qurumlar onun vəzifələrini yerinə yetirib. Xüsusilə Sepahın ettelaat bölməsi bu sahədə çox fəal olub.

Nur-az.com
5373 بازدید
در حال ارسال اطلاعات...