İraq din alimlərinin müharibəyə səfərbərlik çağırışından sonra yüzlərlə könüllü ordu sıralarına qoşulub

İraq din alimlərinin müharibəyə səfərbərlik çağırışına əsasən, yüzlərlə könüllü ordu sıralarına qoşularaq hal-hazırda Nəcəf ətrafında hərbi təlim məşqləri keçirlər. Bu səfərbərlik yürüşləri keçən il iyul ayında Ayətullah Sistaninin cavanları din və məzhəbin üzünü qaraldan qaragüruh İŞİD-lə cihada dəvətindən etibarən başlayıb. İraqın ordu komandirləri bu məsələni çox müsbət qarşılayıblar. Odur ki, bundan sonra xalq arasında ifratçı terrorist qruplarına qarşı nifrət daha da artıb.
Hal-hazırda İŞİD neçə istiqamətdə ― kürdlər, ordu və yeni koalisiyanın hava qüvvələri tərəfindən ciddi mühasirə hissini keçirir və sərt sıxıntıya məruzdur. Onların Museldə yerləşən əsas mərkəzi düşərgəsi daim təhdid altındadır və xalq təkfirçi-terrorist qruplarının amansızlığından cana gəlib və orduya qoşulmaq arzusundadır. Bu ünsürlərin keçən il yezidi kürdlərinə qarşı törətdikləri qətliamı hətta BMT-nin də ciddi nigaranlığı ilə qarşılanıb.
Nur-az.com/qasemsoleimani.ir/