Fatimə (s) haqqa arxalanır və dayandığı meydanda hücumlara məruz qalır. Axı evdə oturan adamla kimin işi var?!

Bu mövzuya digər bir sübut siyasi və ictimai səhnələrdə Fatimənin (s) iştirakıdır. Fatimənin (s) ictimai-siyasi mətnlərdə öz yeri var və haqqı, İslamı, Əhli-beyti müdafiə edir. Qanlı Ühüd döyüşündə döyüşçülər qaçır və peyğəmbərin ətrafında Əli (ə) ilə bir neçə şəxs qalır. Bu həssas məqamda meydanda Fatimə (s) görünür və yaralılara tibbi kömək göstərib, atasının yarasına məlhəm qoyur. («Bihar» cild 20.)
Peyğəmbərin (s) vəfatından sonra həmin həssas, çətin, İslamı düşmənlərin hədələdiyi bir dövrdə ictimai-siyasi səhnələrdə iştirak edib, İslamın əsası olan vilayət məqamı və rəhbərliyin müdafiəsində dayanan həmin bu Zəhra (s) idi.
Peyğəmbərdən (s) sonra o fitnələrdə ki, Əhli-beytə təzyiq göstərildi, xalq onların ilahi feyzindən məhrum, Əhli-beytin öz haqqı kəsildi, Peyğəmbərin hədiyyəsi Zəhraya qayıtmadı, bəli, o vaxt Zəhra meydanda görünüb, Əhli-beyt hüquqlarını müdafiə etdi. Məgər Peyğəmbərdən (s) sonra Mədinədə Zəhranın (s) alovlu nitqi unudula bilərmi?! Məgər cəmiyyət qarşısında bu ictimai-siyasi xütbənin iradları siyasi proseslərə müdaxilə deyilmi?!
İslam ümmətinin siyasi həyatında bu Fatimə (s) yoludur.
Nə qədər ki, Quranın və İslamın xeyrinədir, öz haqqını nə qədər ki, sağdır İslamı və Quranı müdafiə edir. Müxtəlif ictimai səhnələrdə görünür, zülmü ifşa və məhkum edir.
Fatimə (s) siyasi meydanda rəhbərlik məqamının müdafiəsində tam ciddiliklə müqavimət göstərir və hücumlarla, təhqirlərlə qarşılaşır.
Fatimə (s) haqqa arxalanır və dayandığı meydanda hücumlara məruz qalır. Axı evdə oturan adamla kimin işi var?! Zəhranın (s) həyatı və xarakteri digər məsulların həyatı və xarakteri kimi hamı üçün şəri dəlildir.
Bəli, bu Fatimə (s) həyatıdır ki, daim müxtəlif səhnələrdə canlanır. İctimai-siyasi səhnələrdə onun ardınca görünənlər də Fatimə (s) qızlarıdır. Onlardır Hüseyn (ə) inqilabında iştirak edib, Kərbəla şəhidlərinin qan salnaməsini bəşəriyyətə çatdıran və Allah dinini müdafiə edən!
Zeynəb və Gülsümün (s) yandırıcı fəryadları, alovlu sözləri hələ də Kufə və Şamda, Yezid sarayından əks-səda verir. Bu qızlar Fatimə qucağında tərbiyə olundular. Mücahid yetirən həmin qucaq bəşər dünyasına əbədi iftixar ediləsi imam Həsən və imam Hüseyn (ə) təqdim etdi.
Bu Əhli-beyt, Fatimə, Zəhra balalarıdır ki, daim həqiqətin müdafiəsindədirlər. Hər bir şəraitdə meydanda dayanıb, möhkəm qamət, dəmir iradə ilə İslam və Quranı müdafiə edirlər. Ona görə də Əhli-beyt həyatı tarix boyu insanlar üçün nümunədir.
Fatimə (s) və müsəlman qadın
Ötənlərə nəzər saldıqda ictimai-siyasi proseslərdə qadının iştirakına Zəhra (s) baxışı, münasibəti aydın olur. Hər bir qadın Fatimədən (s) nümunə götürməklə həqiqət və İslamın müdafiəsində durmalıdır. İslam dini bu iştirakı nəinki qadağan etmir, hətta çox zaman ilahi vəzifə hesab edib, vacib buyurur.
Əgər Fatimə (s) buyurmuşdursa müsəlman qadınının xüsusiyyəti budur ki, bir naməhrəm kişinin, eləcə də bir naməhrəm kişi onu görməsin, bu o demək deyil ki, müsəlman qadın bir guşədə oturub tərpənməməlidir. Burada məqsəd qadının öz ictimai fəaliyyətlərində İslami qaydalara əməl etməsidir. Qadın elə ötrünməlidir ki, naməhrəm kişilərin baxışına səbəb olmasın və özü də naməhrəmə haram nəzər salmasın. Başqa bir izaha görə qadınların işlərinə qadın rəhbərlik etməlidir ki, kişi ilə təmasa ehtiyac qalmasın.
İslami cəmiyyətdə qadınlara məxsus elm və təhsil, tibb, əczaçılıq və s. sahələrdə bütün qulluqçular, müəllimlər, həkimlər, mütəxəssislər qadın olmalıdırlar ki, mənfi hallar, qadın və kişi işləri və iqtisadi məsələlərdən kənarlaşdırılması nəzərdə tutulmur. Əgər bir qadın kişi həkimə möhtac olmuşsa, heç bir ayə, rəvayət demir ki, bu xəstə ölməlidir və ya naməhrəmə müraciət etməməlidir!
Fatimə (s) görüşlərinə görə qadın heç zaman tərkidünya olub, evdə oturmamalıdır. Necə ola bilər ki, bütün müsəlmanlar üçün nümunə olan Fatimə özü ictimai-siyasi səhnələrdə iştirak etsin, amma başqa qadınlara bu fəaliyyətləri qadağan etsin? Fatimənin (s) söylədiyi «naməhrəm görməsin» sözləri tərkidünyalıq mənasında olsaydı, ayə və rəvayətlərlə, o xanımın öz həyat yolu ilə uyğun gəlməzdi.