Şrift ölçüsü:
A+
A
A-
06 Mayıs 2015

Qəm-qüssə xəstəlik yaradar...

Sübhü sədəqə ilə başlayın. Çünki bəlalar sədəqə sipərini aşa bilmir
Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

Bir gecə qızdırma...
İmam Sadiq (ə) İmam Baqirdən (ə), İmam Baqir İmam Səccaddan (ə), İmam Səccad İmam Hüseyndən (s), İmam Hüseyn İmam Əlidən (ə), İmam Əli (ə) də Peyğəmbərdən (s) nəql edir: Bir gecə qızdırmalı olmaq bir il günahın kəffarəsidir.

Süstlüyün çarəsi...
Həzrət Peyğəmbər (s) buyurur: Həzrət Nuh süstlük və zəiflikdən şikayətləndi. Allah-Taala buyurdu: Ey Nuh əti südlə bişir, ye. Mən onda güc və bərəkət qərar vermişəm.

Gözün zəifsə...
İmam Baqirin (ə) bele buyurduğu nqəl edilir: Peyğəmbərin (s) həyatı dövründə Əhli-beytdən (ə) kimin gözü zəifləsəydi Peyğəmbər (s) ona belə dua edərdi: “Pərvərdigara! Məni sevindir, eşitmə və görmədən bəhrələndir, onları varislərim üçün qərar ver, mənə zülm edənə qarşı yardımçı ol, qələbəyə çatdır.”

Göz üçün dərman...
Həzrət Əlinin (ə) belə buyurduğu nəql edilir: Bir gün Salman Farsi və Əbuzər Ğəffari göz ağrısından əziyyət çəkirdi. Peyğəmbər (s) onları yoxlamağa getdi. Həzrət (s) buyurdu: Allah sizə şəfa verənə qədər sol tərəf üstə yatmayın, xurma yeməyin.

Yuxuda qorxuya qarşı...
İmam Baqir (ə) buyrur: Yuxuda qorxan adam yatağa girəndə Fələq, Nas surələrini, ayətəl-kürsini oxusun... Peyğəmbər yatmazdan öncə ayətəl-kürsi oxuyardı. Həzrət (s) buyurur: Cəbrail mənə deyib ki, bir dəstə cin yatdığın zaman səni incitmək istəyir. Daim ayətəl-kürsi oxu. Həzrət Əli (ə) buyurur: Bir gün Həzrət Peyğəmbər (ə) məni çağırıb buyurdu: Ey Əli (ə) yatağa girəndə istiğfar et, mənə salavat göndər. Belə de: “Sübhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər, və la həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim.” “İxlas” surəsini çox oxu, Ayətəl-kürsiyə əhəmiyyət ver, onu tərk etmə. Onun hər sözündə 1000 bərəkət və min rəhmət var.

Xəstəlik və yoxsulluğa qarşı...
İsmail ibn Əbdül-Xaliq deyir: Səhabələrdən biri bir müddət Peyğəmbərin (s) görüşünə gəlmədi. Görüşə gəldiyi zaman Peyğəmbər (s) bunun səbəbini soruşdu. Həmin şəxs yoxsulluq və xəstəliyi səbəb göstərdi. Həzrət (s)nbuyurdu ki, xəstəlik və yoxsulluğu səndən uzaqlaşdıracaq bu duanı oxu: “La həvlə və la qüvvətə illa billahi təvəkkəltu ələl-həyyilləzi la yəmut, vəlhəmdu lillahilləzi ləm yəttəxiz vəlada və lən yəkulləhu şərikun fil mulki və ləm yəkulləhu vəliyun minəzzulli və kəbbirhi təkbira” (Allahdan başqa təsirli bir qüvvə yoxdur, daim sağ olana təvəssül edirəm, ona ölümün yolu yoxdur. Sitayiş o Allah üçündür ki, özünə övlad qərar verməyib, hökmünə şərik yoxdur, ona hami olmaz, o çox böyükdür). Çox çəkmədi ki, həmin səhabə bu duanı oxuyub yoxsulluq və xəstəlikdən xilas oldu.

Bəla və çətinliyə qarşı...
Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu: Çətinliyə düşdüyün zaman bu duanı oxu: “Bismillahir-rəhmanir-rəhim, la həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim, Allahummə iyyakə nəbubu və iyyakə nəstəin” (Bağışlayan və mehriban Allahın adı ilə, varlıq aləmində Allahdan başqa təsirli qüvvə yoxudr. Pərvərdigara! Yalnız Sənə pərəstiş edirəm, yalnız səndən kömək istəyirəm).

Yatmazdan qabaq dua...
Həzrət Peyğəmbər (s) yatmazdan qabaq Ayətəl-kürsi oxuyar sonra belə dua edərdi: Pərvərdigara! Sənin adınla Sənə iman gətirdim. Tağut və azğınlardan üz çevirmişəm! Pərvərdiğara yuxuda və oyaq ikən məni qoru.

Süfrənin bərəkətli olması üçün...
Həzrət Peyğəmbər (s) süfrənin bərəkətli olması üçün belə dua edirdi: “Pərvərdigara! Çörəyimizə bərəkət ver, bizimlə ruzi arasında ayrılıq salma”.

Tədrisdən öncə dua...
Bir mövzuda dərsə başlamaq istəyən Peyğəmbərdən (s) nəql olunmuş bu duanı oxusa faydalanar: “Pərvərdigara! Pərvərdigara azmaqdan və azdırmaqdan Sənə sığınıram, büdrəməkdən və büdrətməkdən zülm etmək və zülmə düçar olmaqdan, nadanlığa düşməkdən və nadanlığa çəkməkdən Sənə panah aparıram. Pərvərdigara! Kim Sənin civarına baş əydisə başı uca oldu. Adların müqəddəsdir. Sənə sitayiş əzəmətlidir. Səndən başqası ibadətə layiq deyil. Bütün ehtiyaclarımı ödəyən Allah mənə bəs edər. Özümü Ona tapşırıram, bütün ehtiyac və hərəkətlər onun qüdrət əli altındadır. O uca və böyükdür. Pərvərdigara! Qəlbimi möhkəm və sabit qərar ver. Dilimdən həqiqəti cari et”.

Səfərdə qorunmaq üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Müsafir və ailəsi üçün səfərdə ən üstün mühafiz budur ki, iki rəkət namaz qılıb bu duanı oxusun: Pərvərdigara! Özümü, ailəmi, malımı, övladlarımı, dünya və axirətimi, əmanətlərimi, aqibətimi sənə tapşırıram, Sənə əmanət verirəm”. Həzrət Peyğəmbər (s) buyurur: Kim bu işi görsə Allah ona istədiyini verər, özünü, ailəsini və həyat sərmayələrini qoruyar.

Vəhşi heyvan təhlükəsi...
Həzrət Peyğəmbər (s) buyurur: Kim vəhşi heyvanın hücumundan qorxsa bu ayəni oxusun: Ləqəd caəkum rəsulun min ənfusikum əzizun ələyhi ma ənittum hərisun ələykum bil-mumininə rəufun rəhim. (Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!/“Tövbə”, 128)

Minikdə qorunmaq üçün...
Miniyə süvar olan şəxs canını və miniyini qorumaq üçün bu duanı oxusun: “Bismillahi və la həvlə və la qüvvətə illa billah əlhəmdulillahilləzi hədana lihazə və sübhanəlləzi səxxərə ləna haza və ma kunna ləhu muqrinin” (Allahın adı ilə, Allahdan başqa güc yoxdur. Həmd Allaha məxsusdur, məni bu vasitə ilə hidayət etdi. Bu miniyi mənə ram edən kəs pak-pakizədir. Yoxsa mənim onu ram etmək gücüm yox idi.)

Gözdəyməyə qarşı...
İmam Sadiq (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: Həzrət Peyğəmbər (s) Həsən (ə) və Hüseyni (ə) şərdən və bəladan qurtarmaq üçün bu duanı oxuyardı: “Sizi sığındırıram Allahın kəlmələri və gözəl adlarına... Hər zəhərli heyvan və həşəratlardan, bəd nəzərdən həsədin şərindən! Həzrət (s) buyurur: Həzrət İbrahim (s) İsmail (s) və İshaqı (s) bu dua ilə Allaha sığındırardı.

Sehr və şeytana qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Sehr və şeytandan qorxan şəxs bu ayəni oxusun: “İnnə rəbbəkumullahulləzi xələqəssəmavati vəl ərzə fi sittəti əyyamin summəstəva ələlərşi yudəbbiruləmrə ma min şəfiin illa min bədi iznihi zalikumullahu rəbbukum fəbuduhu əfəla təzəkkərun.” (Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?/ Yunis, 3)

Yenə gözdəyməyə haqqında...
Peyğəmbərdən (s) rəvayət olunur ki, bir şeyi görəndə heyrətlənən və narahat olan insan zərəri uzaqlaşdırmaq üçün bu duanı oxusun: “Əllahussəməd, maşaəllah, La qüvvətə illa billah.”

Qorxu və həyəcana qarşı...
Bir şəxs Peyğəmbərə (s) qorxu və nigarançılıqdan şikayətləndi. Həzrət buyurdu ki, kim bu duanı davamlı şəkildə oxusa qorxu və nigarançılıq ondan uzaq olar: “Sübhanəllahil-məlikil-qudus, Rəbbil məlaikəti vərruhi xaliqissəmavati vələrz, zil-izzəti vəlcəbərut” (Malik və müqəddəs Allah pakdır, mələklər və ruhun rəbbidir, göylər və yerin xaliqidir, izzət və hökm sahibidir).

Bir daha misvak haqqında...
Həzrət Peyğəmbər (s) buyurur: Kim gündə bir dəfə misvak çəksə, Allah ondan razı qalar. Kim gündə iki dəfə misvak çəksə, peyğəmbərlərin sünnəsini yerinə yetirirb, Allah onun hər rəkət namazına yüz rəkətin savabını yazar, yoxsulluqdan uzaq olar.”

Çətinliyə qarşı istiğfar namazı...
Həzrət Peyğəmbər (s) buyurur: Əgər dolanışıqda çətinlik, işdə maneə yaransa Allaha dua et, istiğfar namazı qıl. Bu namaz iki rəkətdir. Birinci rəkətdə Həmd, Qədr, surələri oxunur, sonra 15 dəfə istiğfar edilir. Rükuda 10 istiğfar deyilir. Rükudan sonra, səcdədə, səcdədən sonra, ikinci səcdədə, ikinci səcdədən sonra 10 dəfə istiğfar edilir. İkinci rəkət də birinci rəkət kimidir. Bütün namazda 150 istiğfar var.

Təmizlik...
Həzrət Peyğəmbər (s) buyurur: Libaslarınızı yuyun, saçlarınızı qısaldın, misvak çəkin, zinətlənin, təmiz olun. Bəni-İsrail bu işləri görmədiyindən qadınları zina etdi.”

Qəm-qüssə xəstəlik yaradar...
Həzrət Peyğəmbər (s) buyurur: Əxlaqı pis olan özünə əzəb verir. Pərişanlığı çox olanın bədəni xəstələnir. Xalqla sərt davrananın şərafəti əldən çıxır. Beləsinin alicənablığı aradan qalxır... Həzrət (s) buyurur: Qəm-qüssə qocalığın yarısıdır. İnsan tez qocalır, süstləşir, beli əyilir, saçları ağarır.

Yenə sədəqə...
Həzrət Peyğəmbər (s) buyurur: Sübhü sədəqə ilə başlayın. Çünki bəlalar sədəqə sipərini aşa bilmir.
10823 بازدید
در حال ارسال اطلاعات...